Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-5127/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə (ərizənin forma və məzmun tələblərinə əməl olunmamaqla) tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxlərin adları, onların poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, qanunverici, iddia ərizəsi (ərizə) üçün nəzərdə tutulmuş məzmun tələblərindən biri kimi işdə iştirak edən şəxslərin poçt ünvanlarının göstərilməsini müəyyən etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin bu tələbinə əməl etməyərək, iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Cavabdeh poçt ünvanını qeyri-müəyyən göstərmişdir(Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi). Həmçinin cavabdehin həmin ünvanda qeydiyytda olmasını təsdiqləyən sənədi ərizəyə əlavə etməmişdir. Bu hal isə iddia ərizəsinin forma və məzmun tələbinə riayət olunmadığına dəlalət etməklə yanaşı, məhkəməni cavabdehin işdə iştirakının təmin edilməsi üçün zəruri olan tədbirləri görmək imkanından məhrum edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-5127/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-5127/2024
20.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver