Məhkəmə qərarları › İş №2(003)-52/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-52/2022

12.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-52/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçrilməsinə maneələr aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri 400000 (dörd yüz min) manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi ******* (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0.1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160.9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli, 22 aprel 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki tikililərdən ticarətiaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsinə icazə verilmişdir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak, yəni Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evinin ümumi sahəsi 222,90 kv.m, həmin ərazidə (sahədə) yerləşən DƏDRX tərəfindən verilmiş çıxarışa daxil edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi isə 866,80 kv.m-dən ibarətdir. Eyni zamanda, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,12809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 148.5 kv.m. yaşayış, 136.2 kv.m köməkçi sahədən ibarət 183 “ç” nömrəli bağ evinin ərazisində (sahədə) yerləşən, DƏDRX tərəfindən verilmiş çıxarışa daxil-edilməyən, lakin sərəncamla İddiaçı istifadəsinə verilmiş tikililərin ümumi sahəsi 727,80 kv.m-dən ibarətdir. Bundan başqa, İddiaçı məxsus yuxarıda göstərilən daşınmaz əmlaklar (tikililər) ümumilikdə istirahət mərkəzi olmaqla böyük əmlak kompleksi kimi fəaliyyət göstərmişdir. Həmin əmlak kompleksinin içərisində isə siyahısı iddia ərizəsinə əlavə edilmiş 400000 manat dəyrində əşyalar avadanlıqlar olmuşdur. Yuxarıda qeyd edilən istirahət mərkəzinin toplam icarə haqqı bazar qiymətlərinə əsasən aylıq 19000 (on doqquz min) manat təşkil etmişdir. İddiaçının sözlərinə əsasən, Cavabdeh ona məxsus olan yuxarıda qeyd edilmiş daşınmaz əmlaklardan (istirahət mərkəzindən) və orada olan əşyalar və avadanlıqlardan əsassız və qanunsuz olaraq faydalanır (istifadə edir) və bununla da iddiaçıya külli miqdarda maddi zərər yetirilir. Beləliklə, iddiaçı hesab edir ki, onun mülkiyyət hüquqları bərpa edilməli və Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mancələr aradan qaldırılmalı, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən iddiaçıya məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 400000 (dörd yüz min) manat məbləğində pulun, habelə son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi ümumilikdə 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutularaq. iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artıtılmasına dair ərizə ilə müraciət edərək, iddia ərizəsində tələblər olduğu kimi saxlanılmaqla, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən iddiaçıya məxsus əşyaların dəyəri 472460,74 manat məbləğində pulun da Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artıtılmasına dair ərizə ilə müraciət edərək, iddia ərizəsində tələblər olduğu kimi saxlanılmaqla, həmin tələblərin tam olaraq təmin edilməsi və həmçinin İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehon çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli ərazidə yerləşən 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki tikililərdən ticarət-iaşə xidməti və istehsalat obyekti kimi cavabdehə istifadə edilməsinə etibarnamə əsasında icazə verilmişdir. Süleymanın adına verilmiş olan etibarnamə qüvvədən düşmüşdür. Cavabdeh hazırda iddiaçıya məxsus olan daşınmaz əmlakdan və orda olan əşyalar və avadanlıqlarda əsassız və qanunsuz olaraq istifadə eməklə faydalanır. Kompleks bərbad vəziyyətə salınmışdır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianın etiraf etməyərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında əmlakın əvəsiz olaraq istifadəyə verilməsi ilə bağlı tərəflər arasında razılaşma var. 175000 manat pulu ödənilməsi ilə bağlı tərəflər razılıq əldə etmişlər. Etibarnamənin ləğv edilməsi ilə bağlı hər hansı bir məlumatları yoxdur. Tünzalə və onun həyat yoldaşı 175000 manat kredit götürüblər, lakin ödəniş edə bilmədikləri üçün müflis olmuşlar, Tünzalədə əmlakı əvəzsiz olaraq Süleymana vermişdir. Həmin əmlak işlədilməsi üçün verilib və aralarında obyektin icrayə verilməsi ilə bağlı hər hansı bir müqavilə olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 210 nömrəli sərəncamında qeyd edilmişdir ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində ona məxsus 183c və 183ç saylı bağ sahələrindəki tikililərin təyinatı dəyişdirilərək əhaliyə ticarət-iaşə xidməti və istehsalat obyeki kimi istifadə edilməsinə sərəncam verilməsini xahiş etmişdir. Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində vətəndaş İddiaçı məxsus 183c və 183ç saylı bağ sahələrində olan mövcud tikililərdən təyinatı dəyişdirilərək, ticarət-iaşə xidməti və istehsalat obyekt kimi istifadə edilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Xaşa- Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 4 otaqlı 62 m2 yaşayış qeyri-yaşayış 160,9 m2 köməkçi sahədən ibarət olan 183 c nömrəli bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan X4 xx.xx.2021-ci il tarixli 99 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, sualın tədqıqat hissəsində qeyd edilən xususatlara muvafiq olaraq inertnet saytı (Əmlak az) məlumatlarına əsəsən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi və ora yaxın ərazilərdə yerləşən market, təndirxana, restoran, şadlıq sarayı otel və sair təyinatlı yüksək dərəcədə təmir edilmiş, müvafiq avadanlıqlarla təchiz edimiş obyektlərin orta aylıq icarə haqları Marketlər və təndirxananın umumi orta icarə qiyməti market avadarnaqlarla birlikdə, inşaat malları mağazası avadanlıqlarla birlikdə və kürəxana təndir və mətbəxlə birlikdə tam təmir olunmuş vəziyyətdə, səmərəlilik və gəlirgətirmə, imkanlarından asılı olaraq təxminən 3500 manat (yəni 2000-5000 manat civarında) muəyyən edilir. Hər bir şəraiti olan RESTORAN-LOUNGE Pub icarəyə verilir, restoranın hər br şərait və avdanlığı var tam ideal vəziyyətdədir: 14 kabinet ve gözəl dizayınla yığılmıs zalın aylıq icarə haqqı qiymətinə müvafiq olaraq, sözügedən 250-300 nəfərlik şadlıq zalı, 89-100 nəfərlik bar, 30 və 20 nəfərlik 2 ədəd banket zalı, 2 ədəd dairəvi 8 nəfərlik və 5 ədəd 6 nəfərlik kabinetlərdən ibarət Restoran kompleksinin orta aylıq icarə haqqı təxminən 8500 manat müəyyən edilir, 14 otaqlı otel və sauna sağlamlıq mərkəzinin (6 nömrəsi, o cümlədən 4 nömrə 2 otaqlı, 2 nömrə 3 otaq olmaqla, bütün müasir otel aksesuarları ilə təhciz edimiş və 6 ədəğ avtomobil park yeri olan) aylıq icarə haqqı müştəri sayından bilavasitə aslı olaraq təxminən 3000 manat (2000-4000 manat civarında) muəyyən edilr. Hazırda dünyada 1,5 ilə yaxın mövcud olan “COVİD-19” epidemiya şəriti ilə əlaqədar icarə elanları məhdud xarakter daşıdığına görə icarə qiymətləri və şərti nəzəri və hesablama yolu ilə təxmini hesablanmışdır. Qeyd: Respublika əmlak bazarında mövcud olan giymətlərdən, teləblə-təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (sözügedən istirahət mərkəzinin rentabelli və gəlirli fəaliyyət göstərməsindən, müştəri axınından, komersiya yönümlü tələblərə uyğunluğundan, təmir səviyyəsindən, müştəri sıxlığından, tərəflərin sövdələşməsindən və sair) asılı olaraq, müəyyən edilmiş aylıq icarə qiymətində dəyişiklik olması istisna edilmir. Sualın tədqiqat hissəsində qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş siyahılarda sadalanan restoran biznesinə aid avadanlıqların, ofis mebellərinin, qab-qacağın və sair 663 adda əşyaların 2011-ci ilə mövcud olmuş qiymətlərlə ümumi dəyəri nəzəri və şərti hesablama yolu ilə təxminən 216777,10 manat müəyyən edilir (həmin material-qiymətlilərin ayrı-ayrılıqda adı, miqdarı və qiyməti rəyə əlavə edilmiş 36 cədvəldə ətraflı əks etdirilmişdir). Qeyd: Bakı şəhəri daşınan və daşınmaz əmlak bazarında mövcud olmuş qiymətlərdən, tələblə və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (əşya və avadanlıqların əmtəə-keyfiyyət göstəricilərindən, təyinatı üzrə istifadəyə yararlıq dərəcəsindən, dəbindən, modelindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərdə fərq olması istisna edilmir. Digər tərəfdən qazanxananın, şadlıq zalındakı bəy-gəlin səhnəsinin və barın İtalyan dizaynlı quraşdırılmasına, hovuza və sauna sisteminin müəyyən edilmiş 12000 manat, 2900 manat, 15000 manat və 12000 manat qiymətin, sərf edilən materialların xüsusiyyətindən, həcmindən və usta xərcinin məbləğindən və digər amillərdən asılı olaraq dəyişilməsi istisna edilmir. Bu istisna cədvəllərdə göstərilən digər qiymətlərə də şamil edilir. Bundan əlavə qeyd olunur ki, 2011-ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 0.78 manat olduğunu nəzərə alaraq, 2011-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri ABŞ dolları ilə 277918,08 (216777,10 : 0.78), hazırkı məzənnəsi isə 1,70 manat olduğunu nəzərə alaraq, 2021-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri AZN ilə 472460,74 (277918,08 x 1,70) təşkil edir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli təhvil-təslim aktına əsasən 663 adda əşyalar Cavabdeh Zenəddin oğlu və X8 təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri 33 saylı Notariat kontoruna vermiş olduğu xx.xx.2013-cü il tarixdə 7E/01-180 nömrə ilə qeyd edilmiş ərizədə qeyd edilmişdir ki, “Mən Cavabdeh yazıb sizə bildirirəm ki, xx.xx.2013-cü 1 tarixli, 75/01-119 reyestli etibarnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qalq qəsəhəsi, Xaşa-Xuna bağ massivi, 183 ç saylı və ünvan 1 ünvanda yerləşən obyekti baş etibarnamə ilə X2 borc əvəzinə qəbul etmişəm. Həmin obyektlərə olan Bank of Azerbaycana olan 20 nömrəli kredit müqaviləsinə əsasən (X6) borcunu və 22 nömrəli kredit müqaviləsinə əsasən (İddiaçı) borcunu va faizlərini idəməyi öz öhdəmə götürürəm.” İş materiallarında olan İddiaçı Cavabdeh vermiş olduğu xx.xx.2011-ci il tarixli 7E/06- 2518 nömrə ilə qeydə alınmış etibarnamədə qeyd edilmişdir ki, “İddiaçı həmin etibarnamə ilə Bakı şəhəri Əzizbəyov RİHB vermiş 210 saylı, xx.xx.2008-ci il tarixli sərəncama əsasən və Daşınmaz Ənlakın dövlət reyestində 1 nömrəli kitabının 133 vərəqə, seriya MH ******* saylı, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c saylı və Daşınmaz Əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 135-ci vərəqə, seriya MH ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsində yerləşən əmlakını idarə etmək və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləğ, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdləri üzrə haqq-hesab aparmağı miras qəbul etməyi və yaxud ondan imtian etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, o cümlədən bank orqanlarından, poçdan və teleqraf bütün əsaslar üzrə mənə çatası pulu, əmanəti, qiymətli kağızları, ələcə də sənədləri almaq, bank orqanlarda olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, əvəzimdən notariat kontorunda məni təmsil etməyi, vərəsəlik işi açmağı, özəlləşmə işləri aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilarlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı qanunla iddiacıla, cavabdehə, üçüncü şəxsə zərərçəkmişə verilmiş bütün hüquqlarda o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüquqi ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı və bü tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edirəm.” İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, “Fantan” adlı restoran bütün əmlakı ilə birlikdə “Bank of Azərbaycan” bankına olan 175000 manat məbləğ Cavabdeh tərəfindən ödənilmək şərti ilə Cavabdeh əvəzsiz verilir. Cavabdeh bütün səlahiyyətlər verilən tarixdən sonra bir ay müddətində satılma ixtiyarı Əhmədov X1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2210 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş “X7” MMC-nin məlumatlarina əsasən qeyd edilən malların 2011-ci ildən 2018-ci ilə dək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 195099,0 (216777-10%) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: Həmin malların qiymətlərində 2011-ci ildən-2018-ci ilə dək kəskin artırrı müşahidə edildi. Eləcə də, “X7” MMC-nin məlumatına əsasən: qeyd olunur ki, 2011ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 0.78 manat olduğunu nəzərə alaraq, 2011-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri ABŞ dolları ilə 277918,08 (216777,10 : 0.78), hazırkı məzənnəsi isə 1.70 manat olduğunu nəzərə alaraq, 2021-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri AZN ilə 472460,74 (277918,08 x 1.70) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 210 nömrəli sərəncamına əsaəsn İddiaçı Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində ona məxsus 183c və 183ç saylı bağ sahələrindəki tikililərin təyinatı dəyişdirilərək əhaliyə ticarət-iaşə xidməti və istehsalat obyeki kimi istifadə edilməsinə icazə verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 4 otaqlı 62 m2 yaşayış qeyri-yaşayış 160,9 m2 köməkçi sahədən ibarət olan 183 c nömrəli bağ evi İddiaçı xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda müəyyən edildi ki, 21 dekabr 2011-ci il tarixli İddiaçı 10 il müddətinə etibarnamə ilə Bakı şəhəri Əzizbəyov RİHB vermiş 210 saylı, xx.xx.2008-ci il tarixli sərəncama əsasən və Daşınmaz Ənlakın dövlət reyestində 1 nömrəli kitabının 133 vərəqə, seriya MH ******* saylı, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c saylı və Daşınmaz Əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 135-ci vərəqə, seriya MH ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsində yerləşən əmlakı idarə etmək və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləğ, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdləri üzrə haqq-hesab aparmağı miras qəbul etməyi və yaxud ondan imtian etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, o cümlədən bank orqanlarından, poçdan və teleqraf bütün əsaslar üzrə mənə çatası pulu, əmanəti, qiymətli kağızları, ələcə də sənədləri almaq, bank orqanlarda olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, əvəzimdən notariat kontorunda məni təmsil etməyi, vərəsəlik işi açmağı, özəlləşmə işləri aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilarlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı qanunla iddiacıla, cavabdehə, üçüncü şəxsə zərərçəkmişə verilmiş bütün hüquqlarda o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüquqi ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında İddiaçı aid olan mülki işləri aparmağı və bü tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Hazırda iddiaçı tələbi mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri 472460,74 manat manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi ******* (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutulması, həmçinin İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsidir. İddiaçının iddia tələbinin mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, həmçinin İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa- Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmişəsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində yerləşən 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililəri İddiaçı məxsusdur və iddiaçı qanuni əsaslarla sahibi olduğu əmlak üzərində mülkiyyət, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının bərpasıdır. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. İddiaçının iddia tələbinin iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən İddiaçı məxsus məxsus əşyaların (avadanlıqların) dəyəri 472460,74 manat manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi ******* (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətləri zamanı tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı mülki iş üzrə iddiaçı əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi son 3 il üçün 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməli olduğunu iddia etsə də, həmin əmlak kompleksinin icarəyə verilməsinə dair, həmçinin cavabdehin qanunsuz istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki. iş materiallarında olan 21 dekabr 2011-ci il tarixli İddiaçı 10 il müddətinə etibarnamə ilə Cavabdeh mülkiyyətində və qanuni sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c saylı və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsində yerləşən əmlakı idarə etmək və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etrməyi etibar etmişdir. Verilmiş etibarnamənin müddəti xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmuşdur. Göründüyü kimi mübahisə predmetinə aid olan müddət ərzində, həmçinin son 3 il ərzində iddiaçı mülkiyyətində olan əmlak kompleksini cavabdehə əvvəsiz olaraq etibarnamə əsasında idarəçiliyinə vermişdir və tərəflər arasında bunun qarşılığında hər hansı əvəzli öhdəçilik nəzərdə tutlmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının iddia tələbinin iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən İddiaçı məxsus məxsus əşyaların (avadanlıqların) dəyəri 472460,74 manat manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki işin materiallarında göründüyü kimi mübahisəli əmlak kompleksi Cavabdeh əvəzsiz olaraq etibarnamə əssında idarəçılıiyinə verilmişdir. Həmin əmlakın istifadəsi nəticəsində avadanlıqların qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən İddiaçı məxsus məxsus əşyaların (avadanlıqların) dəyəri 472460,74 manat manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də rədd edilməlidr. Məhkəmə Cavabdeh ilə iddiaçının əri X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə münasibət bildirərək qeyd edir ki, hazırda mübahisə pretmetinə aid olan əmlak kompleksi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olduğundan onun əri tərəfindən belə bir müqavilə əsasında razılaşma qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulu 50 manatı iddaçı İddiaçı, 50 manatı isə Cavabdeh tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelər aradan qaldırılmalı, İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən Cavabdeh çıxarılməlı və həmin daşınmaz əmlaklar boşaldılaraq İddiaçı təhvil verilməli, iddia İddiaçı (iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən) məxsus əşyaların (avadanlıqların) dəyəri 472460,74 manat manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi ******* (bir milyon səksən dörd min) manat məbləğində pulun Cavabdeh tutulması hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyət hüquqları bərpa edilsin və Cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelər aradan qaldırılsın. İddiaçı məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılsın və həmin daşınmaz əmlaklar boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun, 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar