Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-529/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Mixaylovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Mixaylovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Mixaylovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yaşadıqları mənzillərdən iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi 8A, mənzil 11 saylı mənzilə su axıntısının dərhal dayandırılması, dəymiş maddi zərərə görə 2500 (iki min beş yüz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbindən imtina etdiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında digər İddiaçı2 Mixaylovanın iddia tələbindən imtina etdiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının iddia tələbindən imtina etməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh3 iddiaçının iddia tələbindən imtina etməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh2 iddiaçının iddia tələbindən imtina etməsinə etiraz etmədi. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası barədə ərizəsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələdə həl olunmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, mühəndis tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 100,0 manat təşkil edir. İddiaçı iddia tələbindən imtina etdiyindən məhkəmə hesab edir ki, 100,0 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 100,0 (yüz) manat mühəndis tikinti-texniki ekspertizasının xərci 100,0 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Mixaylovadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Mixaylovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Mühəndis tikinti-texniki ekspertizasının xərci kimi 100,0 (yüz) iddiaçılar İddiaçı1 və İddiaçı2 Mixaylovadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-529/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-529/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver