Məhkəmə qərarları › İş №2(003)-529/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-529/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-529/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1 Əsəd qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əsəd qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Əsəd qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş zərərin əvəzi olaraq 2400 manat maddi ziyanın, 3000 manat müalicə xərclərinin, 3000 manat mənəvi ziyanın, cəmi 8400 manat pulun, 104 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə xx.xx.2022-ci ildə iddia ərizəsi ilə müraciət edərək ondan vurulmuş zərərin ödənilməsinə dair 6000 manat pul tələb etmişdir. Cavabdeh iddia ərizəsində ondan ev tikmək üçün 400 kv. m. torpaq sahəsini aldığını, 400 kv. m. olan həyətin yarısında onun özünə ev tikdiyini, yarısını cavabdehə satdığını, bunun müqabilində onun cavabdehdən əvvəlcə 11200 manat, sonra isə əlavə olaraq 110 manat,cəmi 11300 manat pul aldığını göstərmişdir. İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 06 aprel 2023-cü i tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 5221/2023 saylı qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və ondan Cavabdeh1 Əsəd qızının xeyrinə 2401 manat tutulması qət edilmişdir. Onun cavabdehə satdığı torpaq sahəsində onun tərəfindən oğlu İmamhüseyn Allahverdiyevin köməkliyi ilə inşa etdiyi su quyusu qalmışdır. O, həmin quyunun tikilməsinə 2000 manat pul xərcləmişdir. Cavabdeh bu pulu könüllü ödəməkdən imtina edir. Onların həyətlərinin giriş darvazasıncavabdeh dəfələrlə ələ keçirmək istəmiş, hətta qəsdən Güləvatın adlı şəxslə birlikdə və başqa 4 nəfərin köməkliyi ilə darvazanın bir tayını çıxarıb aparmaq istəmiş, bununla da darvazaya 400 manat ziyan vurmuşdur. Həmin şəxslər darvazanı sökən zaman “şveller” adlanan dəmir hissəni söküblər, darvazanın kosmetik boyasına zərər vurublar, darvazanın üstünü boya ilə yazıblar. Cavabdeh X5 darvazanın oğurlanmasında birbaşa iştirak etmiş, özü ilə 6 nəfər adam gətirmişdir. Cavabdeh X5 əlində heç bir hüquqi sənəd olmadan torpaq alan adamların səlahiyyətlərini ona etibar etmələrini bildirərək onu aldatmışdır. Lakin əslində belə olmamışdır. Cavabdeh dəfələrlə əsassız olaraq onun barəsində polis orqanlarına şikayət etmiş, cavabdehin ona qarşı olan böhtanları öz təsdiqini tapmadığından rədd qərarı qəbul edilmişdir. Nəticədə o, əsəb və stressdən xərçəng xəstəliyinə düçar olmuşdur. Cavabdeh ona mənəvi əzablar vermişdir. O, dəfələrlə keçirdiyi stresslərin nəticəsində xəstələnmişdir. O, müalicəsi üçün 3000 manat pul xərcləmişdir. O, ona vurulan mənəvi ziyanın müalicə ilə birlikdə 6000 manat olduğunu hesab edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil idda ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsi almış və buna görə cavabdehə 11300 manat pul vermiş, lakin iddiaçı torpaq sahəsini əksik verdiyinə görə, həmçinin iddiaçının torpaq sahəsi üçün cavabdeh tərəfindən çəkilmiş hasarı sökməsi və darvazanı oğurlaması səbəbindən ona zərər dəydiyini iddia edərək 6000 manat ziyanın iddiaçıdan tutularaq ona verilməsinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 6000 manat pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsindən verilmiş şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı Cavabdeh1 xeyrinə 2401 manat pul tutulmasına dair 2(103)-5221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Bundan başqa Cavabdeh2 da torpaq alqısatqısında iştirak etmişdir. Cavabdeh2 əri ilə torpaq sahəsini alarkən aldıqları həyətdəki dəmir darvaza ilə birlikdə almışlar və İddiaçı torpaq sahəsi ilə öz torpaq sahələrinin arasında mişar daşı ilə hasar çəkib həyətləri ayırmışlar. Onlar hasar çəkmək üçün əlavə 1500 manat xərc çəkmişlər. Cavabdeh2 əri X13 19 iyul 2021-ci ildə vəfat etmişdir. Təqribən 3 ay sonra Cavabdeh1 Cavabdeh2 ev tikməyə imkanı çatmadığına görə torpaq sahəsinin satılmasını təklif etmişdir. Cavabdeh2 torpaq sahəsini satmağa cəhd göstərsə də, İddiaçı buna mane olmuşdur. Bu barədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 3-cü polis bölməsinə Cavabdeh2 məlumat vermişdir. Səfərova X8 Sədaqət Nəsir qızı ilə əlaqə yaratmışdır. İddiaçı Cavabdeh1 torpaq sahəsini özünün alacağını demiş və iki ay vaxt istəmişdir. Vaxt bitəndən sonra İddiaçı bir də oğlu Hüseynin toyu ilə bağlı vaxt istəmişdir. Bu vaxt da bitmişdir. Artıq 2022-ci ilin avqust ayının 17-də Cavabdeh1 torpaq sahəsini özü satmaq qərarına gəlmişdir. Cavabdeh1 aldığı torpağın həyətinə girəndə hasarın söküldüyünü görmüşdür. Cavabdeh1 bu barədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 3cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Avqust ayının 19-da Cavabdeh2 Cavabdeh1 darvazanın orada olmadığını demişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 torpaq sahəsinə getmiş, darvazanı orada olmadığını görmüşdür. Cavabdeh1 102 xidmətinə zəng vurmuşdur. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı 2400 manat, 3000 manat, 3000 manat, cəmi 8400 manat maddi və mənəvi ziyanın tutulmasına dair pul tələbi qanuna ,ədalət və məhkəmə təcrübəsinə zidd olan tələbdir. İddiaçı Cavabdeh1 xeyrinə 2401 manat pul tutulmasına dair 2(103)-5221/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ziyan kimi qiymətləndirilə bilməz. Su quyusuna çəkilmiş xərcləri 2000 manat dəyərində qiymətləndirmək olmaz. Belə ki, torpaq satılarkən satılan torpaq sahəsinin içərisində yerləşən su quyusu da satılmışdır. Satılan torpaq sahəsi hasarlanmış, mübahisələndirilən su quyusu da hasarın içərisində qalmışdır. İddiaçının müalicə xərclərinə, əsəb və stress keçirməsinə görə cavabdehlərdən 3000 manat pul tələb etməsinə münasibətdə qeyd etmək lazımdır ki, alqı-satqını normal notariat ofisində deyil, tində, bucaqda həyata keçirmək, sənədsiz torpaq sahəsi alıb-satmaq iddiaçının öz əməlləridir. Polisə şikayət etmək hər bir vətəndaşın hüququdur. Məhkəmədə iddia qaldırmaq, vurulmuş zərəri tələb etmək mənəvi ziyan üçün səbəb hesab edilə bilməz. Maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyil. İddiaçı qanunsuz hərəkətlərindən Cavabdeh1 da mənəvi sarsıntılar keçirmiş və müalicə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin m\zmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Əsəd qızı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baıxlmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarına İddiaçı müayinəsinin nəticələri ilə bağlı sənədlər, müayinə xərcləri barədə qəbzlər və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 ar torpaq sahəsini satması ilə bağlı müqavilənin surəti əlavə edilmişdir. İş materiallarında olan: Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışın surətindən görünür ki, X7 0.08 ha torpaq sahəsi ayrılmışdır. AR-İ seriyalı, 121557 nömrəli, 10 iyun 2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, Çopurova-X1 Sədaqət Nəsir qızına Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə aid sənədləri toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri AZ.R.ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ. DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncam verməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar X2 qızının adından ərizə verməyi, imza etməyi, digər hərəkətlər etməyi etibar etmişdir. AR-İİ seriyalı, 225202 nömrəli, 13 yanvar 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 (səlahiyyətlərini ötürdüyü İddiaçı vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ.DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi Cavabdeh1 etibar etmişdir. AR-İİ seriyalı, 796392 nömrəli, 17 sentyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 (səlahiyyətlərini ötürdüyü Cavabdeh1 vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,0317 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ. DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi X6 etibar etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat və dövlət rüsumu 80 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindaən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 2401,0 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbini ona maddi və mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci iltarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntıkeçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurundamüəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair müraciət etmişdir. Lakin iddiaçı həmin tələbin təmin edilməsi üçün əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlərdən müalicə xərclərini tələb etsə də, xəstəliyinin cavabdehlərin hərəkətləri nəticəsində yarandığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və bu hal məhkəmədə sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Əsəd qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar