Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-55/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi paylı mülkiyyətdə olan ünvan 1 mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 66.1 kv.m olan 2 otaqlı mənzildən iddiaçının və cavabdehin hər birinin ½ hissədə olan paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzil atası Qəhrəmanov Tapdıq Ağəmməd oğlundan miras qalmışdır. Atası Qəhrəmanov Tapdıq Ağəmməd oğlu 2011-ci ildə Əfqanıstan Respublikasında xidməti vəzifəsini yerinə yetirərkən təyyarə qəzasında həlak olmuşdur. O, 2011-ci ilin iyul ayının 5-dən 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsindəki ekipaj üzvlərindən biri olmuşdur.Atasınn ölümü ilə əlaqədar vərəsələri, anası- X3, qızı- İddiaçı və oğlu- Cavabdeh sığorta ödənişi ilə bağlı 31 saylı Notariat Kontorunda xx xxxxxxx 2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələrdən biri X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı 2018-ci ildə 31 saylı notariat ofisinə müraciət edərək atasının mülkiyyətində olan ünvan 1 mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notarius notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar vermiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 31 saylı notariat ofisinə tapşırılmışdır. Notarius tərəfindən xx.xx.2019-cu il tarixdə ünvan 1 mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron qaydada verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsi iddiaçının adına qeydiyyatdan keçirilmişdir. Mənzilə dair digər 1/2 hissə pay isə açıq saxlanılmışdır. Cavabdeh atalarından miras qalmış ünvan 2 mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzilə öz payını faktiki qəbul etmişdir. Hal-hazırda qeyd olunan mənzildə Cavabdeh anası ilə birlikdə yaşayır. Cavabdeh iddiaçıya mənzilin ona aid hissəsindən istifadə etməyə icazə vermir. Ümumi mülkiyyətidə olan həmin mənzildən iddiaçı hal-hazırda istifadə edə bilmir. O, həmin mənzildən öz payının ayrılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsinin xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 mənzil 2 ünvanının ½ hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Qəhrəmanov Tapdıq Ağamməd oğlunun adına qeydiyyata alınmış həmin mənzilin ½ hissəsi isə açıq saxlanılmışdır. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-1718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı mərhum atası Qəhrəmanov Tapdıq Ağəmməd oğlundan miras qalmış ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzilə dair ərizəçi İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat ofisinin üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2019-cu il tarixli məktubunda xx.xx.2011-ci il tarixdə vəfat etmiş Qəhrəmanov Tapdıq Ağəmməd oğlundan miras qalmış ünvan 1 mənzil 2-dən mirasın qəbuluna dair İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsi xx.xx.2018ci il tarixdə qəbul edildiyi, İddiaçı ərizəsində digər vərəsə olaraq xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh olduğunu göstərdiyi,vərəsəlik işinin araşdırılması zamanı xx.xx.2011-ci il tarixdə vəfat etmiş Qəhrəmanov Tapdıq Ağəmməd oğlunun adından vərəsəlik işi xx.xx.2011- ci il tarixdə 33 nömrə ilə açıldığı, xx.xx.2011-ci il tarixdə 2V-58 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə mərhumun 3 vərəsəsi- X4, İddiaçı və Cavabdeh hər biri miras əmlak olan sığorta ödənişindən bərabər hissədə irs aldığı, həmçinin, vərəsələrdən biri-X2 xx.xx.2012-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/2398 saylı ekspert rəyindən görünür ki, ünvan 3 mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 66,1 kv.m olan mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Belə ki, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil ”. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutub, eləcə də iddia ərizəsində “mübahisəli daşınmaz əşyaların paylara uyğun naturada bölünməsi” tələbinin olduğunu nəzərə alaraq, ilk növbədə mübahisəli mənzillərin naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2398 saylı ekspert rəyində ünvan 3 mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 66,1 kv.m olan mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 2.2-ci bəndinin və Məhkəmə X1 Metodlarının tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmaması öz əksini tapmışdır. Məhkəmə, bu halın xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertizanın rəyi ilə razılaşaraq bu nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan mənzillərdən payın naturada ayrılması mümkün deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi paylı mülkiyyətdə olan ünvan 1 mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 66.1 kv.m olan 2 otaqlı mənzildən iddiaçının və cavabdehin hər birinin ½ hissədə olan paylarının naturada ayrılması mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması”tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-55/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-55/2021
29.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver