Məhkəmə qərarları › İş №2(003)-57/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-57/2021

10.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-57/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, Quliyeva X6 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X7 və X3 qarşı evin və torpaq payının naturada ayrılması tələbinə dair ilk, Cavabdeh1 və X2 İddiaçı1, Quliyeva X8, İddiaçı3 və X7 qarşı payın naturada ayrılması barədə qarşılıqlı iddialarına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, Quliyeva X10 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X7 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq 1-də yerləşən 1691 nömrəli bağ sahəsinin onlara məxsus hissəsinin yəni hər birinin ayrıayrılıqda payına düşən 1/5 hissəsinin və iddiaçı Quliyeva X6 evinə düşən payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və X1 Nazim Əli oğluna, Quliyeva X8, İddiaçı3 və X7 qarşı payın naturada ayrılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün valideynlərindən miras qalan Xəzər rayonu Vişnyovka-1 bağ sahəsi, 1691 nömrəli bağ sahəsi ünvanda yerləşən torpaq sahəsindən onların hər birinə ayrılan 1/5 hissə varis payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra Cavabdeh1 və X4 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi məqsədi ilə Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1691 nömrəli bağ sahəsi ünvanda yerləşən bağda varis paylarının naturada ayrılması ilə yanaşıbölgünü həyata keçirməyə mane olan X7 məxsus tikililərin onun öz hesabına, tamamilə sökülərək maneənin aradan qaldırılması vəzifəsini cavabdeh X5 üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçılar İddiaçı1, Quliyeva X10 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ilk iddia tələbindən imtina etdiklərini bildirmişlər. İddiaçılar Cavabdeh1 və X4 ərizə ilə məhkəmə müraciət edərək, iş üzrə qarşılıqlı iddia tələbindən imtina etdiklərini bildirmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtina qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə ilk və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, onların iddiadan imtina etməsi özlərinin subyektiv hüququ olub, Buna görə də ilk və qarşılıqlı iddia üzrə iddialardan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, Quliyeva X6 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X7 və X3 qarşı evin və torpaq payının naturada ayrılması tələbinə dair iş üzrə iddiaçıların iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Cavabdeh1 və X2 İddiaçı1, Quliyeva X8, İddiaçı3 və X7 qarşı payın naturada ayrılması barədə qarşılıqlı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar