Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-6/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadənin qadağan edilməsi və s tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin cavabdehə qadağan edilməsi, B tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, B tikilisinə giriş üçün cavabdeh tərəfindən yol verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizəsinə dəqiqləşdirmə verərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 m2 yaşayış, 36.8 m2 köməkçi sahədən, 28.4 m2 meydançadan ibarət olan “B” tikilisindən istifadənin Cavabdeh qadağan edilməsi və “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı müdafiəçisi və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi Əvvəlki məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi Əvvəlki məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh və onun vəkili və nümayəndəsinə, eyni zamanda İddiaçı və onun vəkili və nümayəndəsinə, həmçinin 3-cü şəxs qismində cəlb edilmiş X9, X12 məlumat verilsədə onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi bağın icarəyə verilməsi haqqında müqavilə ilə X3 ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 saylı 03 may 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -X2 Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi İddiaçı Məmmətağı qızına bağışlamışdır. - İddiaçı Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini X5 bağışlamışdır. -Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. -Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 21 aprel 2006-cı il tarixli 374-E/6 nömrəli rəyində də Əzizbəyov (hazırkı Xəzər) rayonu Buzovna qəsəbəsi 330 a nömrəli ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, “tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun “torpaq sahəsinin planı” və “sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində 3 otaqlı “A” tikilisinin, 3 otaqlı “B” tikilisinin mövcud olması qeyd edilmişdir. -Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin 0,16 ha hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. -Bakı şəhəri Buzovna qəsəbəsi 0,08 ha torpaq sahəsi olan 330a nömrəli bağ sahəsi üzərində X4 mülkiyyət hüququ 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 8. 29 dekabr 2019 tarixdə ölmüş X4 vərəsələri Cavabdeh, X14, X13r. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. - "X17 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla iddiaçı Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-2328/2022 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın ləğv olunması barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330A saylı bağ evinin İddiaçı mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni, 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2328/2022 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın ləğv olunması barədə iddiası mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiasının 28 sentyabr 2022ci il tarixli, 2-1(102)-1694/2022 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(006)- 4896/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə (608325 saylı çıxarışla) Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin koordinatları müəyyən edilmişdir: Qeyd olunan bağ sahələri, yəni Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualında qeyd olunan “B” tikilisi Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)- 374/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin İddiaçı mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması qət edilmişdir (hakim A.İbadzadə). -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-249/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)-374/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsi qət edilmişdir (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev). Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a saylı bağ evinin 0,08 ha ondan miras qalmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının 0,08 ha pay hüququ müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, 330 a saylı bağ evi 16 sot olmuş, onun 0,8 ha torpaq sahəsi cavabdehin əri (iddiaçının qardaşı) Pərviz Manafova bağışlanmış,digər hissəsi isə iddiaçının adındadır. Bundan əlavə hər iki torpaq sahəsinin üzərində inşa edilmiş “A” və “B” tikili olan evlər iddiaçının mülkiyyətindədir. İddiaçı hazırda öz mülkiyyətində olan və cavabdehin çıxarışla adına olan torpaq sahəsində yerləşən əmlakından istifadə edə bilmir. Bu isə onun mülkiyyət hüququnu pozmuş olur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehlər tərəfindən yaradılan hər hansı maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, Ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. İddiaçı dəqiqləşdirmə ərizəsi verərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 m2 yaşayış, 36.8 m2 köməkçi sahədən, 28.4 m2 meydançadan ibarət olan “B” tikilisindən istifadənin Cavabdeh qadağan edilməsi və “B” tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması təmin edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddiaçının cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin qadağan edilməsi tələbinə dair qiymət verərək məhkəmə hesab edir ki, bu tələb konkret əsaslandırılmadığından yəni istifadənin nədən ibarət olması həqiqətən hazırda cavabdeh tərəfindən B tikildən istifadə edilməsi hallarına dair sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi daha çox hissədə rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu və hüquqi yardım xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin cavabdeh X16 tərəfindən hər hansı maneənin edilməsi qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-6/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-6/2025
19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver