Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-624/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamədə doğum tarixinə düzəliş edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnamədə doğum tarixinə düzəliş edilərək, yanlış olaraq qeyd edilmiş 28.06.*999-cu il doğum tarixinin düzəliş edilərək *9.06.*999-cu il tarixinin qeyd edilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi və iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatında müəyyən edilir ki, iddiaçının tələbi ona məxsus olan doğum haqqında şəhadətnamədə 28.06.*999-cu il doğum tarixinin düzəliş edilərək *9.06.*999-cu il tarixinin qeyd edilməsinin Cavabdehnə həvalə edilməsidir. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0.04.20*5-ci il tarixli 4 nömrəli qərarının 9.*-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin Lakin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 202*-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 337-34*-ci (XXXVİİ fəsli) maddələri ləğv edilmşdir. Göründüyü kimi iddiaçının iddia tələbi üzrə vətəndaş vəziyyət aktları qeydiyyatının düzgün olmaması ilə bağlı mülki işlə üzrə icraatın tənzimləndiyi müddəalar Mülki Prosessual Məcəlləsindən ləğv edilmişdir. Həmçinin iddiaçının iddia tələbindən görünür ki, iddiaçının tələbi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yox, məhz inzibati orqan tərəfindən aparılmış qeyddəki (hazırkı halda doğum haqqında qeydin) yanlışlığa düzəliş edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin * mart 200*-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edilməsi barədə qaydalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir (maddə *). Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır (maddə 2). Həmçinin qaydalar əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər (maddə *2). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının hazırkı tələbi üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi inizbati oraqn olaraq Qeydiyyat şöbələri tərəfindən həyata keçirilr. İddiaçı ilkin olaraq inzibati orqana vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi ilə bağlı müraciət etməli və düzəliş edilməsindən imtina edilərsə iddiaçının yuxarı inzibati orqana və ya inzibati mühakimə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*— 26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi ilə bağlı aidiyyəti üzrə (Qeydiyyat şöbəsinə) inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarından görünür ki, 23.*2.202*-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70, 26*, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamədə doğum tarixinə düzəliş olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi ilə bağlı aidiyyəti üzrə (Qeydiyyat şöbəsinə) inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüququ vardır. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş (23.*2.202*-ci il tarixli əməliyat İD 26693860, qəbzin nömrəsi 29024) *00 manat dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-624/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-624/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver