Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-629/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 27081,64 manat sığorta ödənişinin, ödənilmiş 171,25 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 məxsus Cavabdeh tərəfindən idarə olunan ** CS *** dövlət qeydiyyat nişanlı Amico Truck M2631 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2016-cı il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən KYP 302579 saylı inzibati protokol tərtib olunmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. Hadisə tam təsfilatı ilə aydınlaşdrırarkən müəyyən olunmuşdur ki, cavabdeh X5 məxsus avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli zərər aktına **-JH-*** dövlət qeydiyyat nişanlı, İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 27081,64 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 02 iyun 2016-cı il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 27081,64 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, sığortalı aktına **-JH-*** dövlət qeydiyyat nişanlı, İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən sığortalıya 27081,64 manat məbləğində vəsaitin subroqasiya qaydasında X1 qaydasında tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, iş üzrə təyin edilmiş olan ekspertiza zamanı amortizasiya xərcləri nəzərə alınmamalı idi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahat vermiş Cavabdeh iddianı qismən qəbul edərək, hadisənin törədilməsində təqsirli olduğunu etiraf etmiş, lakin hadisə nəticəsində dəymiş zərərlə razı deyil. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 64543 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" şirkəti tərəfindən verilmiş ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin hesabına 41031,04 manat pul köçürülmüşdür. İş materiallarında olan sığorta aktından görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus olan "xxxx" ASC-də sığortalanmış **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dəyən zərər 27081,64 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 387/016 nömrəli "xxxx" MMC tərəfindən tərtib edilmiş hesab fakturadan görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə ədəyən zərər 27081,64 manat müəyyən edilmişdir. İş materiallarında olan C-MİC-0245/15 nömrəli avtonəqliyyat vasitəsinin tam sığorta şəhadətnaməsinə 01 nömrəli əlavədən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlıİveco Crealis markalı avtonəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli KYP 302579 nömrəli DİN Baş Dövlət Yol Polis İdarəsinin İnzibati protokolundan görünür ki, xx.xx.2016-cı il tarixdə Zığ yolu ilə şəhər tərəfə hərəkt edən zaman baş vermiş yol nəqliyyat hadisəsində Qurbanov X4 Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan AB 153268 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, AMİCO TRUCK M 2631 markalı ** CS *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sahibi X6r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 AMİCO TRUCK M 2631 markalı ** CS *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh vermişdir. İş materiallarında olan AC 347923 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2562 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2016-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanı, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 21208 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan X5 məxsus AMİCO TRUCK M 2631 markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməklə “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişi cavabdehdən tutulmalıdır. Tulucaq sığorta ödənişinə münasibətdə məhkəmə hesab edir ki, 27081,64 manat sığorta ödənişi tutulamlıdır. Belə ki, mülki iş təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq sığorta obyektinə dəyən zərər müəyyən edilərək köhnəlmə faizi tətbiq edilməklə təxmini olaraq 21208 manat müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə sığorta obyektinə vurulmuş zərər müəyyən edilərəkən köhnəlmə dəyəri nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 35.1-ci maddəsinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Həmin qaydaların 35.2-ci bəndinə əsasən avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur. Mülki işin materiallarından göründüyü kimi İveco Crealis markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin istehsal tarixi 2014-cü ildir. Yol nəqliyyat hadisəsi isə xx.xx.2016-cı il tarixdə baş vermişdir. Göründüyü kimi yol nəqliyyat hadisəsi baş verərəkən köhnəlmə əmsalı tətbiq olunması üçün yuxarıda qeyd edilən qaydalara əsasən müəyyən edilmiş iki illik müddət ötürülməmişdir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 27081,64 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 171,25 manat dövlət rüsumunun və 0.40 xidmət haqqının cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 27081,64 manat sığorta ödənişi, ödənilmiş 171,25 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci olmaqla, cəmi 27253,29 manat pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-629/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-629/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver