Məhkəmə qərarları › İş №2(003)-63/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-63/2023

04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-63/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı X6 qəyyumu X3 iştirakı ilə, İddiaçı1 və X6 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 (X4 qəyyumu olaraq onun əvəzinə) Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə edərəkCavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsinin paylara uyğun naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı mərhum X10 prosessual hüquq varisi olaraq qardaşı X15 ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi, ½ hissə İddiaçı1, ¼ hissə- X4 və ¼ hissə isə Cavabdeh ümumi paylı mülkiyyətindədir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin 1/4 hissəsinin sahibi olan X10 Bakı şəhər Xətai rayon Məhkəməsinin 23 fevral 2009-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Xətai rayon İcra Hakimiyyətinin sərəncamı əsasında baldızı İddiaçı2 onun üzərində qəyyum təyin edilmişdir (Xətai rayon Məhkəməsinin notaril təsdiqli qətnaməsi və Xətai rayon İcra Hakimiyyətinin notarial təsdiqli Sərəncamı iddia ərizəsinə əlavə olunur). Paylı mülkiyyətlərində olan bu torpaq sahəsindən cavabdeh səbəbindən birgə istifadə mümkünsüz hala gəldiyindən onun naturada bölünməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq cavabdehə yazılı şəkildə müraciət olunsa da, heç bir cavab əldə edilməmişdir. Hətta DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən paylara mütənasüb bölgü sxemi tərtib edilsə də, cavabdeh həmin sxemi imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, digər tələbkar X10 ölmüşdür. Onun üç vərəsəsi vardır. Vərəsələrdən ikisi İddiaçı1 və X15 mirası qəbul etməklə vərəsəlik haqqında şəhadətnamə alıblar. Lakin digər vərəsə X11 mirası qəbul etməmiş pay həmin hissədə açıq almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li tikiti-texniki ekspert rəyinə əsasən əlavə olunmuşbölgü sxemi əsasında torpaq sahəsinin tərəflərin payına uyğun naturada bölünməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 qəyyumu X12 iddianı müdafiə edərək bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E saylı 0,12 ha torpaq sahəsi ½ hissədə İddiaçı1, ¼ hissədə X4 və ¼ hissədə Cavabdeh paylı mülkiyyətində olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun vərəsələri qardaşları İddiaçı1 və X6 hər birinə miras əmlakdan 1/3 hissədə pay hüququ ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda paylara uyğun olaraq daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarış alınmışdır. Həmin çıxarışla mübahisəli əmlaka dair İddiaçı1 7/12, Cavabdeh ¼, X6 1/12 hissədə pay hüququ vardır. X4 1/12 hissədə payı isə açıq qalmışdır, bununla bağlı vərəsəlik müəyyən olunmamışdır. Paylı mülkiyyətdə olan həmin torpaq sahəsindən cavabdehə görə birgə istifadə mümkünsüz hala gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 10/3479 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı deyil. Belə ki, hal-hazırda cavabdehin istifadəsində olan torpaq onun payına uyğundur. Həmin torpaq sahəsində də o təsərrüfat aparmaqla ağaclar əkmişdir. xx.xx.2022-ci il tarixli 10/3479 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmiş qaydada bölgü aparılması cavabdehi hüquqlarını pozur. Bundan başqa qeyd edir ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında da şahid olduqları kimi, nə İddiaçı1, nə də mərhum bacısının o zamankı qəyyumu və İddiaçı1 arvadı İddiaçı2 da vəkili, mərhum bacısı Quliyeva Yaqut xx.xx.2022-ci il tarixində vəfatı ilə əlaqədar nə məhkəməyə, nə də ekspertə məlumat verməmişdir. Halbuki, İddiaçı1 2022-ci ilin mart ayının əvvəlində mərhum bacısının vərəsəliyi üçün müraciət etmiş və cari ilin avqust ayında 1/3 hissədə vərəsə kimi tanınmışdır. Ekspertin məhkəməyə təqdim etdiyi eskizdə, paylarına müvafiq olaraq İddiaçı1 6 sot, Cavabdeh 3 sot, mərhum Quliyeva Yaquta isə 3 sot olaraq 3 nəfərə pay ayrılmışdır. Əslində isə, mərhum Quliyeva Yaquta məxsus paylı torpaq sahəsi vərəsələr arasında bölündükdən sonra, İddiaçı1 7 sot, Cavabdeh 3 sot, digər qardaşı Quliyev Vüqara 1 sot və ona da 1 sot olaraq 4 nəfərə pay ayrılmalıdır. Bu məsələ ilə əlaqədar iddiaçının eksperti və məhkəməni məlumatlandırmağı açıq şəkildə görülməkdədir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, X10 (İddiaçı2 qəyyumu olaraq onun əvəzinə) xx.xx.2022-ci il tarixdə öldüyündən X15 onun hüquqi varisi kimi mülki işə cəlb edilmişdir. Lakin sonrakı məhkəmə prosesində X6 qəyyumu X12 məhkəməyə sənədlər təqdim etdikdə müəyyən olunmuşdur ki, Vüqar Quliyev iş üzrə hüquqi varis kimi cəlb edildiyi tarixdə artıq mərhum bacısı X2 miras qalmış payı qəbul etməklə xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi, xx.xx.2022-ci il tarixxdə isə Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış almışdır. Məhkəm hesab edir ki, Vüqar Quliyev məhkəmə prosesində prosessual hüquqi varis hesab edilməlidir. Məhkəmə iclasında dindirilmiş ekspert X16 bildirmişdir ki, Mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. Torpaq sahəsinin yerini ona idiaçı göstərmişdir. İş materiallarında bölgü sxemi olduğundan ekspert rəyinə bölgü sxemi əlavə etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX1434586 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 1\2 hissədə İddiaçı1, ¼ hissədə Cavabdeh, ¼ hissədə X4 mülkiyyətində olmuşdur. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(011)- 737/2009 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, İddiaçı2 X4 üzərində qəyyum təyin edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, X1 Vüqar Bəxtiyar oğlunun üzərində qəyyum təyin edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsələri İddiaçı1 və X15 onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ¼ hissəsindən ibarət olan miras əmlakının 1/3 hissəsinə payları müəyyən edilmişdir. İşdə olan Daşınmaz Mmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 7/12 hissədə İddiaçı1, ¼ hissədə Cavabdeh, 1/12 hissədə X6 (1/12 hissədə X4 payı açıq qalmışdır) mülkiyyətindədir. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 10/3479 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə, yəni ½, ¼ və ¼ paylara uyğun naturada ayrılması texniki baxımdan mümkündür (bölgü sxemi mülki iş materialının 21-ci səhifəsinə əlavə edilmişdir). Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə və dörd hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bölgü sxemi rəyə əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yrləşən torpaq sahəsi paylı mülkiyyət üzrə /12 hissədə İddiaçı1, ¼ hissədə Cavabdeh, 1/12 hissədə X6 (1/12 hissədə X4 payı açıq qalmışdır) mülkiyyətindədir. Həmin əmlak sahə 0,12 ha torpaq sahəsindən ibarətdir. Tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; Məhkəmə qeyd edir ki, iddia tələbində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsinin İddiaçı1, X10 və Cavabdeh arasında paylara uyğun naturada ayrılması xahiş olunmuşdur. Lakin iş üzrə məhkəmə araşdırılması davam etdiyi vaxt ərzində iddiaçı X10 vəfat etmiş, İddiaçı1 və X15 onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ¼ hissəsindən ibarət olan miras əmlakına dair vərəsələri kimi tanınmışdır. Hazırda həmin mübahisəli əmlak 1/12 hissədə İddiaçı1, ¼ hissədə Cavabdeh, 1/12 hissədə X6 (1/12 hissədə X4 payı açıq qalmışdır) mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyi nəzərə alınmalı, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməlidir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi naturada bölünməlidir. Lakin, məhkəmə qeyd edir ki, ekspert rəyinə əlavə olunmuş bölgü sxemindən görünür ki, torpaq sahəsi paylara uyğun olaraq 700 kv.m, 300 kv.m, 100 kv.m və 100 kv.m hissələrlə bölünmüşdür. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, 300 kv. m torpaq sahəsi cavabdeh X22 Qızının istifadəsindədir. Hazırki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 isə Cavabdeh əri olmaqla onunla birgə təsərrüfat aparırlar. Eyni zamanda Bayram Quliyev mərhum bacısı Yaqut Quliyevanın vərsələrindən biridir. Ona görə də məhkəmə hesab edirki, torpaq sahəsi ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun naturada bölünərkən Bayram Quliyevində həmin torpaq sahəsində payının olmasının və onun Cavabdeh əri olması, həmçinin gələcəkdə ona düşən payı cavabdehin torpaq sahəsi ilə birləşdirməsi ehtmalını nəzərə aldıqda, bölgü sxemində olan iki 100,0 kv.m hissədən Cavabdeh düşən hissəyə bitşik olmayan hissə naturada ayrılaraq X7 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq İddiaçı1, 300,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X8, 100,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X7 (X8 naturada ayrılmış sahəyə bitşik olmayan hissədən) verilsin. Bundan başqa, iş materiallarından görünür ki, iş üzrə keçirilmiş ekspertizalar üzrə ekspert tədqiqatının dəyəri hər biri 50,0 manat olmaqla, cəmi 100,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 100,0 manat məhkəmə xərci cavabdehə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi İddiaçı1, Cavabdeh və X6 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünsün. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq İddiaçı1, 300,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X8, 100,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X7 (X8 naturada ayrılmış sahəyə bitşik olmayan hissədən) verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar