Məhkəmə qərarları › İş №2(003)-64/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-64/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-64/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X5 qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi tərəflərin ümumi istifadəsində olan 0,38422 ha həyətyanı torpaq sahəsinin iddia ərizəsinə əlavə edilmiş mütəxəssis rəyi nəzərə alınmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışdır ki, iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. DƏDRX tərəfindən tərtib edilən xx.xx.2013-cü il tarixli texniki pasport üzrə həmin ünvanda yerləşən 0,38422 ha həyətyani torpaq sahəsi iddiaçıların ümumi birgə istifadəsindədir. Hazırda iddiaçıların, yəni paylı mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinin naturada ayrılması barədə öz aralarında mübahisə yoxdur, lakin paylı mülkiyyətçilərdən biri olan cavabdeh X10 ilə iddiaçılar arasında ümumi istifadədə olan torpaq sahəsinin naturada ayrılması ilə bağlı uzun müddətdir ki, mübahisə vardır. Bu səbəbdən, iddiaçılar istifadəsində olan torpaq sahəsinin naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışlar. Onu da qeyd edirlər ki, iddiaçılar tərəfindən, istifadələrində olan torpaq sahəsinin naturada ayrılmasına dair 27 iyul 2021-ci il tarixli mütəxəssis rəyi alınmış və bu rəy iddiaçıları qane etmişdir. Onlar hal-hazırda öz mülkiyyətindən istifadə edə bilmirlər, mülkiyyət hüquqları pozulmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X10 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X3 vəkili Vəkil2 torpaq sahəsinin dövlətin mülkiyyətində olduğu üçün naturada bölgüsünün mümkün olmadığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi, ev 4 ünvanında yerləşən 0,38422 ha həyətyanı torpaq sahəsi dövlət mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsində yerləşən 4 saylı ev 1/6 hissə olmaqla İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh, X1 və X11 paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 04/8439 saylı X4 Yaşayış evinin Texniki Pasportunun sürətindən görünür ki, ünvan 1 ünvanı X12 məxsusdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2166/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdehlər Bakı şəhari 5 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh, İddiaçı1, X9, X6 və İddiaçı2 Nazım qızına qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, qeydiyyatın ləğvi və digər tələblərə dair”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh iddaçı X12 və cavabdeh Bakı şəhəri 5 saylı Notarat Kontoruna qarşı "vərəsəlik payının müəyyən edilməsi" tələbinə dair müstəqil tələb üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər və iş üzrə iddia tələbi və müstəqil tələbin təmin olunması qət edilmişdir. İş materiallarında olan X2 xx.xx.2021-ci il tarixli 256 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən, ümumi birgə istifadədə olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 01 iyun 2013-cü il tarixli Texniki pasport üzrə 0.38422 ha həyətyanı sahəsinin, istifadəçilərin hər birinə bərabər olaraq 0.05 ha (500 kv.m) torpaq sahəsinin ayrılmaqla, naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10/73 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən, torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən evə dair hər bir paylı mülkiyyətçinin paylarına uyğun naturada istifadələrinə ayrılması texniki baxımdan mümkündür. İş materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsinin sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh varisi X7r və o miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünr ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən, ümumi birgə istifadədə olmaqla tərəflərin mülkiyyətindədir, lakin iddia tələbi olan ünvan 3 ünvanda yerləşən 0,38422 ha həyətyanı torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırda iddiaçılar həmin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin fərdi ev üzrə payları naturada bölünməyib. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin qərara əsasən, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin çıxarış əsasında paylı mülkiyyəti olmadığından, yani ünvan 3 ünvanda yerləşən 0,38422 ha həyətyanı torpaq sahəsi dövlətin mülkiyyətində olduğundan mübahisəli payların naturada ayrılması həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququ olmaması səbəbindən mümkün olmadığından mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən 50,0 (əlli) manat ekspertiza xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutulub X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X5 qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutulub X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar