Məhkəmə qərarları › İş №2(003)-66/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-66/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-66/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X1rşı subroqasiya qaydasında pul tələbi barədə iddia tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24757 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında barışıq əldə edildiyindən barışıq sazişi təsdiq edilməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən iddiaçı iddia ərizəsində göstərilən ümumi 24.757 (iyirmi dörd min yeddi yüz əlli yeddi) manat məbləğində iddia tələbinin 17.757 (on yeddi min yeddi yüz əlli yeddi) manat hissəsindən, o cümələdən 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumdan və həmin hissədə iddia tələblərindən imtina edir. 1-ci cavabdeh (Cavabdeh2) tərəfindən 7.000 (yeddi min) manat məbləğinin ödənilməsi təklifini qəbul edərək işə barışıq yolu ilə xitam verilməsi öhdəliyini götürür. 2. 1-ci cavabdeh (Cavabdeh2) 7.000 (yeddi min) manat məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürür. 3. 2-ci cavabdeh (Cavabdeh1) tərəfindən hər hansı məbləğin ödənilməsi tələb olunmur. 4. tərəflər təsdiq edirlər ki, 1-ci cavabdeh (Cavabdeh2) tərəfindən bu Barışıq Sazişinin 2-ci bəndi üzrə nəzərdə tutulmuş məbləğin ödənilməsi bu Barışıq Sazişinin məhkəmə tərəfindən qərardadla təsdiq edilərək hüquqi qüvvəyə mindikdən sonra həyata keçirilir və İddiaçının aşağıdakı bank hesabına ödənilir: "xxxx" ASC, VÖEN: **********, Bank: "xxxx" ASC, Bankın VÖEN-i: **********, Kod: 505594, H/H: AZ10GUNA********************, M/H: AZ25NABZ2013501**********47944 SVVİFT: GUNAAZ22, 5. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq bu Barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Barışıq Sazişinə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq Sazişində təsbit edilənlər etibarlı olur. Hər-hansı mübahisəyə və ya müqavilənin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər sığorta hadisəsi, həmçinin mübahisə predmeti ilə əlaqədar münasibətlərindən onlara məlum olmamış iddialara da bu Barışıq Sazişi aid edilir, 6. bu Barışıq Sazişi imzalandıqdan sonra tərəflər məhkəməyə müvafiq qaydada ərizə ilə müraciət edirlər, 7. tərəflər Barışıq Sazişi bağlanmasını nəzərə alaraq məhkəmə xərci olan ekspertə ödənilməli 100 (bir yüz) manat məbləğinin bərabər bölünməsinə razılaşırlar, 8. bu Barışıq Sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir, 9. bu Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq məhkəmədə, iddiaçıda ("xxxx" ASC), 1-ci cavabdehdə (Cavabdeh2) və 2-ci cavabdehdə (Cavabdeh1) saxlanılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediyasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı iddia ərizəsində göstərilən ümumi 24.757 (iyirmi dörd min yeddi yüz əlli yeddi) manat məbləğində iddia tələbinin 17.757 (on yeddi min yeddi yüz əlli yeddi) manat hissəsindən, o cümələdən 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumdan və həmin hissədə iddia tələblərindən imtina edir.

2. 1-ci cavabdeh (Cavabdeh2) tərəfindən 7.000 (yeddi min) manat məbləğinin ödənilməsi təklifini qəbul edərək işə barışıq yolu ilə xitam verilməsi öhdəliyini götürür.

3. 2-ci cavabdeh (Cavabdeh1) tərəfindən hər hansı məbləğin ödənilməsi tələb olunmur.

4. tərəflər təsdiq edirlər ki, 1-ci cavabdeh (Cavabdeh2) tərəfindən bu Barışıq Sazişinin 2-ci bəndi üzrə nəzərdə tutulmuş məbləğin ödənilməsi bu Barışıq Sazişinin məhkəmə tərəfindən qərardadla təsdiq edilərək hüquqi qüvvəyə mindikdən sonra həyata keçirilir və İddiaçının aşağıdakı bank hesabına ödənilir: "xxxx" ASC, VÖEN: **********, Bank: "xxxx" ASC, Bankın VÖEN-i: **********, Kod: 505594,H/H:AZ10GUNA********************,M/H:AZ25NABZ2013501**********47944 SVVİFT: GUNAAZ22,

5. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq bu Barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Barışıq Sazişinə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq Sazişində təsbit edilənlər etibarlı olur. Hər-hansı mübahisəyə və ya müqavilənin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər sığorta hadisəsi, həmçinin mübahisə predmeti ilə əlaqədar münasibətlərindən onlara məlum olmamış iddialara da bu Barışıq Sazişi aid edilir,

6. bu Barışıq Sazişi imzalandıqdan sonra tərəflər məhkəməyə müvafiq qaydada ərizə ilə müraciət edirlər,

7. tərəflər Barışıq Sazişi bağlanmasını nəzərə alaraq məhkəmə xərci olan ekspertə ödənilməli 100 (bir yüz) manat məbləğinin bərabər bölünməsinə razılaşırlar,

8. bu Barışıq Sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir,

9. bu Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq məhkəmədə, iddiaçıda ("xxxx" ASC), 1-ci cavabdehdə (Cavabdeh2) və 2-ci cavabdehdə (Cavabdeh1) saxlanılır. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24757 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar