Məhkəmə qərarları › İş №2(003)-669/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-669/2022

13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-669/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Pencal oğlunun və vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızının iştirakı ilə, İddiaçı cavabdehlər Səmədova (Cavadova) Nazənim Sahib qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Səmədova (Cavadova) Nazənim Sahib qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən hazırki işin ərazi aidiyyətı üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Pencal oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onun 2018-ci ildə ailəsi ilə problemləri olmuşdur. Həmin ərəfdə kafelərin birində Raqif Orucovla tanış olmuşdur. Söhbət əsasnasında o bu barədə Raqif Orucova deyəndə o da buna Salyan rayonunda Nazənim Səmədova adında vəkilin olmasını bildirmişdir. Bundan sonra o Salyan rayonunda olarkən Nazənim Səmədovanın nömrəsin tapıb onunla əlaqə saxlamışdır. Bundan sonra ona pul vermişdir. Sonradan 2021-ci ildə Raqif Orucova yaxınlaşaraq ona Nazənim Səmədovanın onu aldadaraq pulu aldığını bildirmiş, ondan pulunu geri almasında ona kömək göstərməsini bildirmişdir. Raqif Orucov cavabında onu bu işə qarışdırmamasını bildirdi. Hesab edir ki, X2 məsləhət bildiyindən o, da bu iş üzrə cavabdehdir. Vəsatətin təmin olunmamasını xahiş etdi. İddiaçı Pencal oğlunun və vəkili və nümayəndəsi Nümayəndə vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Nazənim Səmədova məhkəməyə verdiyi izahatında bildirdi ki, o ümumiyyətlıə Raqif Orucov adında şəxs tanımır. İddiaçı məhkəməyə verdiyi izahatında Raqif Orucovu 2018-ci ildə tanıdığını bildirsə də o, İddiaçı 2014-ci ildən tanıyır. Vəsatətin təmin olunmasını xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı şikayət verərək, sözügedən qərardadın ləğv edilməsini və ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardaddan görünür ki, cavabdehlərdən X6 qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu olsa da, onun hazırki mülki işə dair hər hansı formada aidiyyəti olduğu iddia ərizəsindən müəyyən edilmir. 1. Nazənim onu tanımadığını deyir. 2. əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli Neftçala Rayon Polis İdarəsinin Qərarından görünür ki, İddiaçı izahatında bildirmişdir ki, “Nəzənin Cavadovanı 2016-cı ildə Salyan şəhərində MKTB-də fəhlə işlədiyi vaxtdan tanıyır”. Bundan başqa, həmin qərarda İddiaçı verdiyi izahatda ümumiyyətlə Cavabdeh3 adlı şəxsin adına rast gəlinmir. Lakin, verdiyi izahatın ziddinə olaraq, iddiaçı iddia ərizəsində cavabdeh X4 Raqif vasitəsilə tanımasını bildirir. Kollegiya qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 hazırki iddia tələbində cavabdeh qismində qeyd edilməsi formal xarakter daşıyır və onun məqsədli şəkildə, işə Xəzər Rayon Məhkəməsində baxılması üçün qoyulması halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Cavabdeh X1 iclasında verdiyi izahatında da Cavabdeh3 adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddaçı tərəfindən verilən vəsatət əsaslı olduğundan vəsatət təmin edilməklə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İddiaçın məhkəmədə verdiyi izahatından da göründüyü kimi, iddiaçı cavabdeh Raqif Orucovu tanımamış, sadəcə birinci dəfə 2018-ci ildə onunla kafelərin birində onunla rastlaşmış və ondan Nazənəm Səmədova haqqında eşitmişdir. Sonra Salyan rayonunda olan zaman o nömrəsin əldə etməklə ona zəng etmişdir. Göründüyü kimi hazırki iş üzrə Raqif Orucovun iddia tələbi ilə hər-hansı bağlılığı olmamaqla onun cavabdeh kimi qeyd edilməsi formal xarakter daşıyır. X3 da məhkəmədə verdiyi izahatında Raqif Orucov adlı şəxsi tanımadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vəsatət təmin edilməklə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Səmədova (Cavadova) Nazənim Sahib qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar