Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-670/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdehnın və onun nümayəndə və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı torpaq sahəsinin üzrəində mülkiyyət hüququnun tərkibi olan istifadə hüququnun tanınması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların həmin daşınmaz əmlakı 30 ildən çox istifadə etdiyini nəzərə alaraq, Türkan üzümçülük sovxozu ərazisində yerləşən, hərəsi 0,10 ha sahəyə malik 2 torpaq sahəsi üzərində X8 və İddiaçı1 adlarına mülkiyyət hüququnun tərkibi olan istifadə hüququnun tanınması və cavabdeh tərəfindən həmin torpaq sahənin zəbt edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 Türkan üzümçülük sovxozunda vaxtilə fəhlə işləmişlər və Azərbaycan Respublikasının Abşeron rayon Dövlət Arxivinin F-290 nömrəli 28.02.2019-cu il tarixli müvafiq arayışı ilə ümumən təsdiqlənən, Abşeron RİK-in sərəncamına əsasən həmin sovxozun ərazisində Azərbaycan Respublikası Abşeron rayon XDS İcrayyə Komitəsinin 11.04.1991-ci il tarixli qərarı ilə fərdi yaşayış evlərin tikintisi üçün Azərbaycan Respublikasının Nazirlər Sovetinin 09.01.1991-ci il tarixli 9 nömrəli qərarına uyğun onlara, hərəsinə 0,10 ha torpaq sahəsi verilmişdir və 2019-cu ilin sonunadək həmin əsaslarla, onlar qeyd edilən torpaq sahələri anaları X2 idarəçiliyi ilə, müvafiq dəmir darvazalı 2 metr hübdürlükdə hasar çəkib, 1 mərtəbəli yaşayış tikilini tikib, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə uzun müddət istifadə etmişlər. Lakin 2019-cu ilin sonundan başlayaraq 2021-ci ilin ortalrına qədər müxtəlif həmçinin ölkədə baş verən pandemiya refimi ilə əlaqədar anaları X7, faktiki yaşadığı Qusar rayonun Balaqusar qəsəbəsini tərk edib, həmin əraziyə baş çəkə bilməmişdir ki, nəhayət 11.08.2021-ci il tarixində həmin əraziyə gəldikdə istifadə etdikləri torpaq sahənin cavabdeh tərəfindən zəbt edilərək, darvazanın qılının sındırılıb hasarlı əraziyə girib iddiaçılara məxsus 1 mərtəbəli tikilini köməkşi otağ kimi mənimsəyib, orada artıq 2 mərtəbəli binanın natamam inşa edilməsi faktını müşahidə etmişlər. Həmin faktla əlaqədar, iddiaçılar anaları X2 iştirakı ilə Xəzər rayon Polis İdarəsinə şikayətlə müraciət etsələrdə, 17.08.2021-ci il tarixli Qərarla, işin mülki səciyyə daşıdığına görə, cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin işlə əlaqədar, iddiaçılara məhkəməyə müraciət edilməsi hüquqları izah edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin mahiyyəti üzrə mətnini dəyişdirmədən, tələblərini iddiçıların mübahisələndirilən torpağın 30 il müddətində istifadəsi faktının müəyyən edilməsi ilə mülkiyyət hüquqlarının tanınması və cavabdehin həmin ərazini zəbt edilməsi faktının müəyyən edilməsi ilə həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 20.04.2022-ci il tarixli iclasında iddiaçılar İddiaçı1 və X1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 20.04.2022-ci il tarixli iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Əyyub oğlu iddianın əsassız oluğunu iddiaçının qeyd edilən iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmadığı üçün iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 14.03.2022-ci il tarixli H 69 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11.04.1991-ci il tarixdə Türkan üzümçülk sovxozuna torpaq sahəsi ayrılmışdır. Sərəncam ümumi olduğu üçün heç bir adlı siyahı daxil edilməmişdir. Türkan üzümçülük sovxozunun 1991-ci il tarixli torpaq ayırma qərarlarında vətəndaş X8 və İddiaçı1 adları qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2022-ci il tarixli **********91 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 və İddiaçı1 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin qeydiyyatdan keçib-keçməməsinə dair məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X6 və İddiaçı1 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evin dəyərinin yarısının ödənilməsi və evdən çıxarılma tələbinə dairdir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmetinə aid olan torpq sahəsinin onlara aid olduğu iddia etsələrdə, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron Rayon Xalq İcrayyə Komitəsinin qərarından cıxarışın təsdiq olunmayan ksero surətinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan qərardan cıxarış ksero surət olmaqla, həmçinin iddiaçıların ad soyadı əldən yazı ilə qeyd edilmişdir ki, bu surətləri məhkəmə subut kimi qəbul etmir və qiymətləndirmir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən X3 Cavabdeh qarşı evin dəyərinin yarısının ödənilməsi və evdən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı torpaq sahəsinin üzrəində mülkiyyət hüququnun tərkibi olan istifadə hüququnun tanınması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi faktının müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-670/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-670/2022
22.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver