Məhkəmə qərarları › İş №2(003)-69/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-69/2023

07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-69/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X12 qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X17 əmlakları ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 138 H-da yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vərəsəlik yolu ilə ona anası X6 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H-da yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2021-ci ildən onun xüsusi mülkiyətindədir. Həmin torpaq sahəsinin içərisində inşa etdiyi yarım tikili var idi. O, İsrail dövlətində yaşayır, anası xəstə olduğu üçün onun yanına gəlmiş və onun yanında 5 il yaşamış, 2012-ci ildə vəfat etmişdir. O, 2020-ci il müddətinə qədər ailə vəziyyətilə əlaqədar 2-3 dəfə Azərbaycana gəlsə də torpaq sahəsinə gedib baxış keçirə bilməmişdir. Sonuncu dəfə 2020-ci ilin yay aylarında anasına məxsus torpaq sahəsinə baş çəkdikdə görmüşdür ki, torpaq sahəsinə başqa bir darvaza qoyulmuş, bir mərtəbəli tikilinin üzərindən ikinci mərtəbə tikilmişdir. Bir müddətdən sonra ona Rahib adlı şəxs zəng vuraraq həmin torpaq sahəsini zəbt etdiklərini, lakin torpaq sahəsini sənədləşdirə bilmədiklərini, halallıq üçün etibarnamə verməsini xahiş etmişdir. O, buna razılıq verməmiş və anasına məxsus torpaq sahəsini vərəsəlik qaydasında öz adına sənədləşdirmişdir. Sonra Rahib iki şəxslə yenə də onunla görüşərək torpaq sahəsinin sənədlərini ondan istəmiş və ona pul təklif etmişdir, o, onunla razılşmadığı üçün onlar ona hədə qorxu gəlmişlər. Ona görə də o, ərizə ilə Xəzər rayon Polis İdarəsinə şikayət etmişdir. Məlum olmuşdur ki, həqiqətən də iş üzrə cavabdehlər ona məxsus torpaq sahəsini və orada yerləşən evi zəbt etmişlər. Bununla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Cəfərovun qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Qərardadda qeyd edilir ki, iş mülki xarakterli oluduğu üçün, cinayət xarakteril olmadığı üçün mən məhkəməyə müraciət etməlidir. Belə olan halda o, mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H-da yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilidən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə vərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,06 ha olan 138H saylı torpaq sahəsindən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə məhkəmə araşdırması davam edir. Həmin iş üzrə iddia tələbi aşağıdakı formada olmuşdur: cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H-da yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilidən çıxarılmasına dair qətnamə çıxarılması barədə. Qeyd edir ki, iddia ərizəsi xx.xx.2021-ci ildə tərtib edilərək məhkəməyə verilmiş sonradan isə reyestrdən çıxarışda müvafiq dəyişiklik olmuşdur. Yəni, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 138 H saylı sahənin ½ hissəsini vərəsəlik qaydasında qəbul edərək adına ********** saylı, xx.xx.2021-ci il tarixdə, digər ½ hissəyə isə X13 ********** saylı, xx.xx.2022-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı yalnız 0,06 ha. torpaq sahəsinin mülkiyyətçisidir və yalnız öz mülkiyyətində olan torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının müdafiəsini tələb edə bilər. Məhz bu əsaslara görə iddia tələbini qeyd olunan formada dəqiqləşdirmək zərurəti yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,06 ha olan 138H saylı torpaq sahəsindən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 və X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında cavabdehlər Cavabdeh1 və X17 bildirmiş ki, iddianı etiraf etmir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, X17 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) İddiaçı, həmin torpaq sahəsinin digər ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) X10 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin rədd olunması barədə qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü barədə çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən 0.12 ha torpaq sahəsi mərhumə X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X2 atası X4, anası X11. İş materiallarında olan Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyini 1124 saylı xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, X14 Notariat ofisi tərəfindən təsdiq olunmuş akta əsasən Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 2, ev 16 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan 098787 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Bulud Firudin oğluna aşağıdakı məzmunda etibarnamə vermişdir: “Azər. Res. Əzizbəyov RİH tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş 407/333 saylı sərəncamına əsasən mən məxsus olan Bakı şəh. Mərdəkan qəs. yerləşən 5/138 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsini sənədləşdirməyə, özəlləşdirməyə, tikinti işlərinin tamamlamağa, DTXK-dən şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsindən 1N-li arayışı almağa və gələcəkdə sərəncam verməyi, satmağı... və digər hərəkətləri etməyi etibar edirəm. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər.” Etibarnamə 20 il müddətinə verilmiş və xx.xx.2027-ci ilədək qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) İddiaçı, həmin torpaq sahəsinin digər ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) X5 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4522/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadın görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsində və orada yerləşən tikilidən çıxarılması tələbinə dair 2(003)-4522/2021 saylı mülki iş üzrə icraat, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında icraatında olan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X5 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abbasova (Aslanova) Gila Böyükağa qızı üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş materiallarında olan 1605.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abbasova (Aslanova) Gila Böyükağa qızı üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)- 4121/2022 nömrəli qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadın görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X12 qarşı cavabdehlər Cavabdeh1 və X17 əmlakları ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 138 H-da yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə icraat iddiaçı X5 cavabdeh Abbasova (Aslanova) Gial Böyükağa qızına və üçüncü şəxslər Cavabdeh1 və X17 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(003)- 1825/2022 nömrəli mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1825/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh Abbasova (Aslanova) Gila Böyükağa qızına qarşı (3-cü şəxslər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Xəzər rayonu Mərdəkan Bələdiyyəsi və Bakı şəhən 7 saylı Dövlət Notariat Kontoru) "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi" tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1825/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022ci il tarixli, 2(003)-1825/2022 saylı qətnaməsindən iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməməmiş, iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(003)-1825/2022 saylı qətnaməsi dəyişidrilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi 26 avqust 2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarnda qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) İddiaçı, həmin torpaq sahəsinin digər ½ hissəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) X10 mülkiyyətindədir. İşin faktiki halından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı cavadeh tərəfindən mübahisə edilmir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsi faktiki olaraq İddiaçı adına, digər ½ hissəsi isə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən də iddiaçı ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi cavabdehlərin mübahisəli torpaq üzərində subyektiv hüquqları yoxdur. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyətlə bağlı yanaşmasından da göründüyü kimi “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H torpaq sahəsinin ümumi sahəsi 0,06 ha olan hissəsindən məcburi qaydada çıxarılmalıdırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H torpaq sahəsinin ümumi sahəsi 0,06 ha olan hissəsindən məcburi qaydada çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar