Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-73/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə, baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin anası Abdullayeva (Əliyeva) Afət İsi qızı ilə şərikli münasibətlərdə biznes fəaliyyətləri olmuş və bu münasibətlərlə əlaqədar olaraq məhkəmə icraatlarında işlər olmuş və vəfat etməmişdən bir neçə gün öncə, bütün mübahisələrə son qoymaqla məhkəmələrdənkənar məsələlərin sülh yolu ilə həlli razılaşdırılılmışdır. Abdullayeva (Əliyeva) Afət İsi qızı vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra əsas vərəsəsi oğlu Cavabdeh2 ilə aralarında 23.02.2011-ci il tarixli və 11.04.2011-ci il tarixli müqavilələr bağlanmışdır. 23.02.2011-ci il tarxli müqavilə şərtlərinə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Mədən 14 ünvanda yerləşən 1,45 ha torpaq sahəsinin və həmin ünvanda olan ofis binasının satışından əldən ediləcək ümumi pul məbləğlərinin 500.000 ABŞ dollarının ona ödənilməsi nəzərdə tutmuşdur. 11.04.2011-ci il tarixli aralarında bağlanmış müqavilə şərtlərinə əsasən isə X17 miras qalan və əvvəllər onların şərikli mülkiyyətində olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 0105- P118-42955 sayla 06.05.2005-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin Nizamnaməsindəki və X23 məxsus 50 faizlik təsisçilik hüququnun 25 faizinin İddiaçı oğlunun adına keçirilməsini bir vəzifə kimi öz üzərinə götürmüşdür. Lakin bu illər ərzində cavabdeh tərəfindən üzərinə düşən heç bir öhdəlik yerinə yetirilməmiş, bunların tam əksinə olaraq 50 faizlik mülkiyyət hüquqları ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 975,2 m2 sahəsi olan ofis binası ümumiyyətlə onun razılığı olmadan 600.000 ABŞ dollara satılaraq pulu da mənimsənilmişdir. Belə ki, aralarında bağlanmış yuxarıda qeyd olunan müqavilələr üzrə 1.45 ha torpaq sahəsinə görə və ya "xxxx" Mənzil Tikinti Kooperativindəki təsisçilik hüquqlarını adına keçirilməsi ilə əlaqədar qeydə alınmış hüquqlar X20 adına olduğundan həmin hüquqların ona aid edilməsi məsələlərinin hansı qaydada keçirilməsi razılaşdırılsa da, bu müqavilələr bağlana ana, 975,2 m2 ofis binasının 50 faizlik mülkiyyət hüquqları faktiki olaraq onun adına keçirilsə də, bu hüquqlar Reyestr Xidmətində qəsdən qeydiyyata alınmamış və bununla bağlı xəbəri də olmadan qanunsuz olaraq özkəninkiləşdirilməsi həyata keçirilmişdir. O, 28.06.2014-cü il tarixdə həbs olunmuş, ona qarşı ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilmiş 31.10.2019-cu il tarixdə cəzasının çəkilməmiş hissəsi şərti cəza növü ilə əvəzləşdirilmiş və həmin tarixdən də, azadlığa çıxmışdır. Bu tədbirlər səhhətində çox ağır fəsadlar buraxdığından azadlığa çıxdıqdan sonra müalicə kursları keçirməli olmuş və nəhayət sonra əməliyyat olunduqdan sonra yavaş-yavaş səhhətində normallaşma posesləri başlanmışdır. Bundan sonra sənədlərinin bərpası işlərində məlum olmuşdur ki, cavabdeh tərəfindən 50 faizlik mülkiyyət hüquqları ona məxsus ofis binası da satılmışdır. Həbs olunmamışdan bir müddət əvvəl həbs müddətində və həbsdən çıxdıqdan sonra nə qədər cəhdlər etsə də, cavabdehin faktiki olaraq onunla ünsiyyətdən yayındığını müşahidə etməkdədir və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ofis binasının hazırda da başqa şəxslərin istifadəsində və sahibliyində olmasını bilsə də, nə həmin şəxslərdən, nə də ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mülkiyyət hüququ ilə ona məxsus ofis binasının kimə satılması və ya hazırda kimin mülkiyyətində olması barədə hər hansı məlumatın alınmasına nail ola bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsi ilə razı deyildir. Belə ki, o uzun müddət həbsdə olmuş, bu barədə cavabdehlərin də məlumatı olmuşdur. Belə olan halda iddia müddətinin tətbiq edilməsi zərurəti aradan qalxır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə 23.02.2011-ci il tarixli barışıq razılaşması haqqında müqavilə ilə bağlıdır. Müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsisməsində yerləşən 989.6 kv.m. sahəsi olan daşınmaz əmlak (MA seriyalı,0086696 nömrəli Çıxarışa əsasən-reyester nömrəsi-**********0512301, qeydiyyat nömrəsi-********** və 01.07.2010-cu il tarixli) üzərində hüquqlar mütənasib olaraq Cavabdeh1 və İddiaçı arasında bölünməsi nəzərdə tutulmuşdur. Müqavilədə göstərilən əmlakın paylı müliyyətdə olması göstərilsə də həmin halı təstiq edən sübut iddia ərizəsinə əlavə edilməyib. Müqaviləyə görə yuxarıda göstərilən obyektin 600000 ABŞ dollarına satıldığı göstərilib. Lakin istinad olunan halları təstiq edən sübutlar iddia ərizəsinə əlavə olunmayıb. Bütün bunlar onu göstərir ki, iddiaçı əsassız varlanmağa səy göstərir. Əlavə olaraq qeyd edir ki, iddiaçı 2014-cü ilin dekabr ayında həbs olunub. Müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 ildir. Müqavilənin bağlanmasından həbs olunana qədər 3 il 10 ay ərzində iddia qaldırılmamışdır. Yəni iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır ki, bu da iddianın rədd olunması üçün əsasdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçının həbsdə olması onun mülki qaydada iddia qaldırmasına əngəl sayıla bilməz. İddiaçı hüquqşunasdır və xeyli müddət vəkillik fəaliyyəti ilə məşğul olub. Qanunlardan kifayət qədər məlumatlıdır. Həmçinin bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 850000 manat maddi ziyan, 150000 manat isə mənəvi ziyanın alınıb ona verilməsini xahiş etmişdir. Sonradan əlavə iddia ərizəsi verərək eyni məzmunlu iddianı Cavabdeh2 da yönəltmişdir. İddia tələbinin əsassız olması ilə əlaqədar aşağıdakıları bildirir. Məhkəmə araşdırılmaları nəticəsində bir daha təstiq olundu ki, iddiaçının məhkəməyə müraciət etməsi üçün qanuni əsaslar olmamışdır. Yəni iddiaçının subyektiv hüquqları pozulmamışdır. Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakını qanunla müəyyən olunmuş qaydada özgəninkiləşdirmişdir. Alqı-satqı zamanı qanun pozuntusuna yol verilməmişdir. Alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Yəni mülki hüquq pozuntusu baş verməmişdir. İddiaçı iddia edir ki, Cavabdeh1 özünün mülkiyyətində olan daşınmaz əmlakını özgəninkiləşdirdiyi üçün ona ******* (bir miliyon) manat pul ödəməlidir. Tələbini onunla əsaslandırır ki, 23.02.2011-ci ildə aralarında barışıq razılaşması bağlanmışdır. Barışıq razılaşması qanunsuz olduğundan apellyasiya məhkəməsi tərəfindən təstiq olunmayıb. Bağlandığı andan əhəmiyyətsiz müqavilə olub. Bakı Apellyasiya Məhkəməsinin 03.05.2011-ci il tarixli qərardadınından görünür ki, Əliabbas X7 qarşı, yəni onun hüquqi varisi Cavabdeh1 qarşı maddi və mənəvi ziyan tələbi barədə iddiadan imtina edib və bu səbəbdən də işin icraatına xitam verilib. Həmin qərardadda göstərilib ki, işdə iştirak edən şəxslərə izah olunsun ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət etməsinə yol verilmir. Həmin tarixdə bağlanmış müqavilə qanuna zidd olduğu üçün məhkəmə tərəfindən təstiq olunmayıb. İddiadan imtina isə məhkəmə tərəfindən qəbul olunub və işin icraatına xitam verilib. İddiadan imtinaya dair qərardad qüvvədə olduğu üçün İddiaçı məhkəməyə müraciət edə bilməzdi. İddiaçının hazırda mübahisələndirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsisməsində yerləşən obyektin 50 faizinin onun, 50 faizinin Cavabdeh1 adına qeydiyyata alınmasına dair iddia tələbinə 28.02.2012-ci ildə 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsində baxılaraq iddianın rədd olunması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də, iddiaçının 23.02.2011-ci il tarixli müqaviləyə istinad etməsi əsassızdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həmin barışıq sazişi qanuna zidd olduğu üçün Apellyasiya məhkəməsi tərəfindən təstiq edilməmişdir. İddiaçı verdiyi iddia ərizəsində 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin 28.02.2012-ci tarixli qərarından bəhs etməyərək işin obyektiv araşdırılmasının qarşısını almağa çalışmışdır. İddiaçı 2 saylı Bakı-İnzibati- İqtisadi Məhkəməsinə müraciət etməsini onunla əsaslandırır ki, Cavabdeh1 inanmamışdır. Yəni müqavilə bağlandığı andan onun əhəmiyyətsiz olması İddiaçı bəlli olmuşdur. Məhz bu səbəbdən də məhkəmədə iddia qaldıraraq Cavabdeh1 adına olan əmlakın yarısına mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddiası təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə tələbinin qanunsuzluğu ilə barışmışdır. Xronoloji ardıcıllığa nəzər salaq. 23.02.2011-ci ildə “barışıq müqaviləsi” bağlanıb. 03.05.2011-ci ildə işin icraatına xitam verilib. İşin icraatına xitam verilməsinin barışıq razılaşması ilə əlaqəsi yoxdur. Xitam verilmə iddiadan imtina ilə əlaqədardır. 28.02.2012-ci tarixdə İddiaçı yuxarıda göstərilən iddiası rədd edilib. 2014-cü ilin iyun ayında iddiaçı həbs edilib. İddiaçı 28.06.2014-cü ilə kimi iddia qaldırmamasını vəkil kimi işlərinin çoxluğu ilə izah edir, Ötən 10 İl ərzində də iddia qaldırılmayıb, Müqavilələr üzrə iddia müddəti 3 ildir. İddia müddətinin keçməsi iddianın rədd olunmusi üçün əsasdır, 23.02.2011-ci ildə bağlanmış müqavilə 14.12.2012-ci ildə həyata keciriləcək müqavilə üzrə yarana biləcək mübahisənin nizama salınması üçün nəzərdə tutula bilməzdi. Belə ki, gələcəkdə mübahisənin olacağını nəzərdə tutmaq ehtimaldır. Həmin müqavilədə iddiaçıya 500000 ABŞ dolları veriləcəyinin nəzərdə tutulması reallığı əks etdirmir. 14.12.2012-ci il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, əmlak 177968 manata satılıb. Yəni tələb nəticə ilə uzlaşmır. İddia ərizəsi ehtimallar əsasında tərtib edilib. Obyektin 177968 manata satılması iddianın real faktlara əsaslanmadığını, təsadüflərdən yaralanaraq əsassız qazanc ətdə edilməsinə hesablandığını göstərir. Başa düşüləndir. İddiaçı həbsdən yeni çıxıb, pula ehtiyacı var. Lakin hüquqi əsaslandırma mövcud deyil. İddia ərizəsində maddi hüquq normalarına istinad olunmayıb. Barışıq sazişinin hansı mübahisənin nizamlanması üçün nəzərdə tutulduğu göstərilməyib. İddiaçı Cavabdeh1 və onun anasının vəkili olduğu halda aralarında mübahisə ola bilməzdi. Təmsil etdiyi şəxlərlə barışıq müqaviləsi bağlanması onu göstərir ki, məqsəd təmsil etdiyi şəxslərə təzyiq göstərib onlardan faydalanmaq olmuşdur. Hazırda verilən iddia təsadüflərdən yararlanmağa hesablanıb, İddiaçı manevrlər edərək məhkəməyə teleqrama göndərib ki, iddia ərizəsi ona geri qaytarılsın. Buna etiraz etmişik. Təcrübə göstərib ki, İddiaçı Cavabdeh1 anasının əmlaklarının müdafiəsi ilə 10 illərlə məşğul olub və həmin həmlakları ələ keçirməyə cəhd edib. Nəzərə alsaq ki, İddiaçı qaranlıq keçmişə malikdir və onun gələcəkdə yeni iddialar verməyəcəyinə inanmaq sadəlövlük olardı. Bu səbəblərdən də işə baxılıb nəticə verilməsini tələb edir. Mənəvi ziyana münasibətdə bildirir ki, iddia əsassız olduğundan mənəvi ziyan tələbi də əsassızdır. Əksinə baş verənlərə görə iddiaçının cavabehə təzminat ödəməsi daha ədalətli olardı. 23.02.2011-ci il tarixli müqavilədə tərəf kimi göstərilən X5 2017-ci ildə Cavabdeh1 və qeyrilərinə qarşı 14.12.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair iddia tələbi ilə əlaqədar Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. İddianın əsasını Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m sahəsi olan əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil etmişdir. İddia tələbi təmin edilməmişdir. Yəni Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakın alqı-sastqısına hüquqi qiymət verilib və bu barədə məhkəmə qətnaməsi qüvvədədir. X5 Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kvm sahəsi olan əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasına 13.11.2017-ci ildə baxılaraq iddia rədd edilmişdir. Qətnamə qüvvədədir. X1 iddiaları rədd edildikdən sonra Xəzər Rayon Məhkəməsində Cavabdeh1 qarşı pul tələbi barədə iddia qaldırmışdır. Mübahisəyə 18.12.2018-ci ildə baxılaraq iddia rədd edilmişdir. Qətnamə qüvvədədir. Onu da qeyd edir ki, iddiaya qarşı verdiyi 05.11.2021-ci il tarixli etirazda 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsin 28.02.2012-ci tarixli qərarının tarixi texniki səhv olaraq 28.02.2021-ci il göstərilib. 2021-ci il sözləri texniki səhv olduğu üçün həmin rəqəmlər 2012-ci il kimi oxunmalıdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin 03.05.2011-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı maddi və mənəvi ziyan tələbi barədə iddia tələbindən imtina etmişdir və bu səbəbdən məhkəmə kollegiyası işin icraatına xitam vermişdir. İddiaçı 2011-ci ildə yaranmış mübahisəyə istinad etdiyindən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. İddia müddətinin tətbiqi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunub. Yuxarıda göstərilənləri nəzərə alıb hazırki iddia üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması üçün qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 23.02.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, X24 və X6 arasında bağlanmış barışıq razılaşması haqqında müqavilənin surətindən görünür ki, mərhum X20 — 1-ci növbəli vərəsə və digər 1-ci növbəli vərəsəsi olan Cavabdeh2 miras əmlakdakı pay hüququna malik olan Cavabdeh1 — yeganə prosessual hüquq varisi qismində çıxış etməklə, anası mərhum – Əliyeva (Abdullayeva) Afət İsi qızından miras qalan -Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq (MH Seriyali, 01886223 nömrəli Çıxarışa əsasən — reyest nömrəsi — **********88, qeydiyyat nömrəsi — ********** və 28.03.2009-cu il tarixli) sahəsilə, Baki şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m. sahəsi olan (MA Seriyalı, ******* nömrəli Çıxarışa əsasən — reyestr nömrəsi - **********05 — 12301, qeydiyyat nömrəsi — ********** və 01.07.2010-cu il tarixli) daşınmaz əmlakla, “Azad Sahibkarlıq XXİ Əsr” firmasının (769 nömrəli, 13.03.1998-ci il tarixli qeydiyyat şəhadətnaməsi əsasında) təsisçilik hüquqları ilə bağlı İddiaçı Fəxraddin oğlu, X24, X6 ilə yaranmış bütün məhkəmə və digər mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılasma əldə edildikdən sonra bununla bağlı gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmayacağına dair öhdəlik götürmək və götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. İş materiallarında olan 11.04.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq razılaşması haqqında müqavilənin surətindən görünür ki, mərhum X20 oğlu — 1 növbəli vərəsə və digər 1-ci növbəli vərəsəsi olan Cavabdeh2 miras əmlakdakı pay hüququna malik olan Cavabdeh1 - yeganə prosessual hüquqi varis qismində çıxış etməklə, anası mərhum X17 miras qalan — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində, 0105 — P118-42955 sayla 06.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin Nizamnaməsindəki 50 faizlik təsisçilik hüququnun 25 faizinin İddiaçı verilməsini və onun bu Kooperativin pay fondunda olan mütləq pay haqqının 25 faiz həcmində müəyyən edilməsi məqsədini daşıyır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 357 a saylı, 10.08.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ-Suraxanı ilə Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 945,5 m2 sahəsi olan qeyri-yaşayış binasına ½ hissədə X14 və ½ hissədə İddiaçı payı mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı, 28.03.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Mədən 14 ünvanda yerləşən 1,45 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X23 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 30.04.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ-Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 975,2 m2 sahəsi olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İş materiallarında olan 25.04.2014-cü il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ-Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 975,2 m2 sahəsi olan əmlak kompleksinin hüquq subyekti Cavabdeh1dur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2144\2011 saylı 03.05.2011-ci il tarixli qərardadından görünür ki, Afət İsi qızı X3 Rüstəmova, X16, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X2 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 may 2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin qərardadda qərara alınmışdır ki, işdə iştirak edən şəxslərə izah edilsin ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.09.2020-ci il tarixli məktubunda deyilir: “Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 09.06.2010-cu il tarixli 1115/10 saylı məktubu və ona əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.06.2010-cu il tarixli 2(010)-67/2010 saylı icra vərəqəsi 11.06.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.06.2010-cu il tarixli 2(010)-67/2010 saylı icra vərəqəsi ilə ilkin iddia təmin edilərək, cavabdeh İddiaçı və X25 Oğlu arasında 22 saylı DNK-da bağlanmış reyestr nömrəsi 4- Ə1/69 olan 17.06.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş 357a saylı 10.08.2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaracuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi "A" tkilisinin — 945,5 kv.m, "B” tikilisinin - 44.0 kv.m olan qeyri yaşayış binasının tam mülkiyyət hüququ əsasında X20 adına qeydiyyata alınmasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsı qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.06.2010-cu il tarixli 2(010)-67/2010 saylı icra vərəqəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsı tərəfindən icra olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaracuxur yollarının kəsişməsində yerləşən əmlak kompleksi X20 adına 01.07.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 01.04.2011-ci il tarixdə 7 saylı Dövlət Notariat Kontorunda verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd edilən əmlak kompleksi Cavabdeh1 adına keçərək, 30.04.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bununla bağlı müvafiq qeydiyyat aparılmış, ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.05.2011-ci il tarixli 2(103)-2144/2011 saylı qərardadı ilə X20 İddiaçı, X15, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin İddiaçı X23 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06.05.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.05.2011-ci il tarixli 2(103)-2144/2011 saylı qərardadı ilə müvafiq əmlak kompleksinə dair yuxarıda qeyd edilən dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara münasibət bildirilməmişdir. Bununla əlaqədar bildirir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.06.2010cu il tarixli 2(010)-67/2010 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məhkəmə aktı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır.” İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-268/11 saylı 21.02.2011-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 08 sentyabr 2010-cu il tarixli qətnaməsi qismən — Afət Əliyevanın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilməsi, həmin hissədə işin baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.02.2012-ci il tarixli 2in(82)-298/2012 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı Qaraçuxur yolunun kəsisməsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 609 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi-**********105-12301, xüsusi mülkiyyət hüquqları Cavabdeh1, adına ümumi sahəsi 972,5 kv.m olan (inzibati bina-928,5 kv.m., yardımçı bina-44 kv.m.) olan və MA seriyalı ******* saylı, 30 aprel 2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin İddiaçı adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə bu barədə ayrı-ayılıqda reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan alıcı X11 (onun adından etibarnamə ilə çıxış edən X4) və satıcı Cavabdeh1 arasında 14.12.2012-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Zığ-Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 975,2 m2 sahəsi olan əmlak kompleksini 177968 manata satmışdır. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, iddia tələbi mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin hansı növünün tətbiq edilməsini müəyyən etmək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilən nə müqavilə olduğu müəyyən edilməlidir. Lakin, tərəflər arasında bağlanmış 23.02.2011-ci il tarxli müqavilənin hansı müqavilə kateqoriyasıana aid olduğunu müəyyən etmək mümkün deyldir. Buna baxmayaraq tərəflər arasında müqavilə münasibətləri vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinə ümumi iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı hazırda qeyd olunan müqaviləyə istinad etməklə cavabdehlərdən 850.000,0 manat pul vəsaiti tələb edirki, bu da kifayət qədər böyük vəsaitdir. Yəni iddiaçının cavabdehlərdən bu qədər böyük vəsait tələb etmək hüququ olduğu halda bunu 10 ildən yuxarı müddət ərzində tələb etməməsi, bundan daha uzun müddət keçməsinə baxmayaraq istənilən vaxt müqavilə üzrə öhdəliklərin icrasını tələb etməsi kimi qiymətləndirilməməlidir. Belə ki, müqavilə üzrə göstərilən öhdəliklərin icrası müddəti göstərilmədiyindən müqavilənin bağlandığı gündən etibarən onun icrasını tələb etmək hüquqları iddiaçıda yaranmışdır. Belə olan halda həmin hüquqularının həyata keçirilməsini 10 ildən çox müddətə həyata keçirilməməsi ilə bağlı iddiaçının hərəkətsizlik göstərməsi bu öhdəliyin icrasının tələb edilməsi ilə bağlı iddia tələbi ilə bağlı da müddəti də ötürmüşdür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 22.04.2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətlərini keçirmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətlərini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddətləri ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülməmiş olsa belə iddia tələbi təmin edilə bilməzdi. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə Mülki Məcəllənin tələblərinə uyğun olmamaqla yanaşı həmin məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilə kimi də qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müddəanın tələblərindən də göründüyü kimi, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır. Dolayısı ilə hazırki müqavilədən də, göründüyü kimi, tərəflərdən biri olan mülkiyyətçi əmlakını (onun satışından əldə ediləcək pul məbləği də onun əmlakı sayılır) digər şəxslərə vermək öhdəliyini üzərinə götürmüşdür. Belə ki, sözügedən daşınmaz əmlakla bağlı yalnız bir tərəfin digər tərəfə satması barədə ilkin razılığa gəlməklə ilkin müqavilə bağlanıla bilər və daha sonra əsas büqavilə bağlana bilərdi ki, hazırki haldada bu hal mövcud deyil. Yəni, bu halı hal qanunvericilkdə nəzərədə tutularkən bu prinsiplə yanaşılmışdır ki, gələcəkdə bağlanacaq əsas müqavilə üçün təhlükə yaranmasın, həmin müqavilənin bağlanmasını labüd etsin. İlkin müqaviləyə salınmalı olan şərtlərin hamısı əsas müqavilənin bağlanmasının təminatı rolunu oynamalıdır. Məs: əmlakın dəyəri, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması və.s Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Sonuncu mülkiyyətçi kimi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olduğundan, mübahisəli əmlakın özgəninkiləşdirilməsi onun hüququdur. Belə olan halda hazırki müqaviləni etibarlı bir müqavilə kimi qəbul etməklə onda göstərilən şərtləri tətbiq edib bu barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin “150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə də əssasız olduğundan təmin edilə bilməz. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə həmçinin iddiaçının “150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) tələbini də əsassız sayır. Çünkü sözügedən maddi zərərin tutulması tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-73/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-73/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver