Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-752/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İddiaçı X3 nümayəndəsi X5 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı əşyalarının çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus 2 ədəd çılçıraq, stul 6 ədəd, jurnalnı stol 1 ədəd, yemək stolu 1 ədəd, qab-qacaq (çay servisi – 6 preson, kofe servisi -6 person, su naboru – 1 dəst, stəkanlar, nəlbəkilər, duzqabı) paltarlar, pərdə, dəsmallar, mələfələr, süfrə və.s əşyaların ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.03.1973-cü il tarixli 105193 saylı orderinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, mənzil 22 əri X11 4 nəfər ailə üzvü ilə birlikdə iş yeri üzrə verilmişdir. X1 vəfat etməsi ilə əlaqədar olaraq sözügedən mənzilin icarə müqaviləsi onun adına rəsmiləşdirilməsinə dair H.Z.Tağıyev adına NQÇİ-nin 01487 16.04.2000-ci il tarixli rəyi verilmişdir. X6 ilə cavabdeh X4 arasına nikah 04.10.2002-ci ildə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində 506-cı sayla qeyd edilmişdir. Birgə nikahdan 16.07.2003-cü ildə X12 və 03.07.2005-ci ildə X13 adlı övladları anadan olmuşdur. 21.01.2008-ci il tarixində X19 ilə cavabdeh X4 arasına nikah pozulmuşdur. 2009-cu ildə cavabdeh X4 ona qarşı Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 saylı mənzilə isifadə hüququ tanımaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzilin bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-204/2009 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş Mehdi evə Nərgiz Məhərrəm qızı uşaqları ilə birlikdə Bakı şəhəri Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 saylı mənzilə köcürülməsinə dair qət edilmişdir. İddia qalan hissəsi təmin edilməmişdir. X4 uşaqları ilə birlikdə qətnamə güvvəyə mindiyi gündən bu günə qədər sözügedən mənzildə yaşamamışdır. Bu haqda qonşuların notariat qaydasında təstiq edilmiş ərizəsində əks olunmuşdur. Cavabdeh evin pasport qeydiyyatından çıxmamaqla bərabər əlavə kommunal xərclər ödəmək məcburiyyətində qoymuş və həmin şəxsin həmin ünvanda formal qeydiyyatda olması onun hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(003)-627/2019 saylı qətnaməsi ilə tərəfindən X2 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh Bakı şəhəri Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Hazırda onun evində cavabdehə məxsus əşyaları mövcuddur və cavabdeh onları divan 1 ədəd, kreslo 2 ədəd, şifoner 1 ədəd, türmo 1 ədəd, tumba 2 ədəd, qorka 4 ədəd, çilçıraq 2 ədəd, stul 6 ədəd, jurnal stolu 1 ədəd, yemək stolu 1 ədəd, qab-qacaq (çay servizi - 6 person, kofe servizi - 6 person, su naboru 1dəst, stəkanlar, nəlbəkilər, duzqabı və s.), paltarlar, pərdə, dəsmallar, mələfələr, süfrə və s. əşyaların mənzildən çıxarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd tumba, 1 ədəd Qorka mebeli, 2 ədəd çılçıraq, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd yemək stolu, qabqacaq (çay servisi-6 person, kofe servis 6 person, su naboru 1 dəst, stəkanlar, nəlbəkilər, duz qabı və s.), pal-paltar, pərdə dəsmallar, mələfələr, süfrə və s əşyaların ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli 2(003)-627/2019 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(102)-5272/2020 nömrəli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(103)-8382/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli 2(003)-627/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(102)-5272/2020 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(103)-8382/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).”. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 07.03.1973-cü il tarixdə orderlə X8 istifadəsinə verilmiş, sonradan X18 öldükdən sonra həmin mənzil 2000-ci ildə mənzil kirayə müqaviləsi onun arvadı İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X20 ilə 04.10.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilinə gəlin köçmüş, bu mənzildə uşaqları 16.07.2003-cü il təvəllüdlü X15 və 03.07.2005-ci il təvəllüdlü X16 doğulmuş, Cavabdeh ilə Zaur Mehtiyev arasında bağlanmış nikah 21.01.2008-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və qətnamə qanuni qüvvəyə minmişdır. Hazırkı mülki iş üzrə cavabdeh Əzizbəyov Rayon Məhkəməsinin 25.06.2009-cu il tarixli qətnaməsi ilə uşaqları ilə birlikdə Əzizəyov rayonu Buzovna qəsəbəsi Mirzəyev küçəsi, 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli 2(003)-627/2019 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, sözügedən evin mülkiyyət kimi qeydiyyatdan keçəməməsi həmin evin tikintisini həyata keçirmiş şəxsin gələcəkdə oradan mülkiyyət baxımından gözlənti hüququnun olmayacağı anlamına gəlmir. Eyni zamanda mülki qanunvericiliyin normaları baxımından da həmin əmlaka öz əmlakı kimi sahiblik edən şəxs kimi mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququ da təmin edilir. Hazırkı halda iddiaçının sahiblik və istifadəsində olan evdə cavabdehə məxsus əmlakın olamsı şəxsin faktiki sahiblik və istifadə hüququna maneə yaratmaqla orada saxlanılması əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeud edilən bütün xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd tumba, 1 ədəd Qorka mebeli, 2 ədəd çılçıraq, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd yemək stolu, qab-qacaq (çay servisi-6 person, kofe servis 6 person, su naboru 1 dəst, stəkanlar, nəlbəkilər, duz qabı və s.), pal-paltar, pərdə dəsmallar, mələfələr, süfrə və s əşyalar ünvan 1 ünvanından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd tumba, 1 ədəd Qorka mebeli, 2 ədəd çılçıraq, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd yemək stolu, qab-qacaq (çay servisi-6 person, kofe servis 6 person, su naboru 1 dəst, stəkanlar, nəlbəkilər, duz qabı və s.), pal-paltar, pərdə dəsmallar, mələfələr, süfrə və s əşyalar ünvan 1 ünvanından çıxarılsın. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-752/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-752/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver