Məhkəmə qərarları › İş №2(003)-755/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-755/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-755/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - cavabdehlərin Bakh şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanından istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanında yaşayır və ünvan 1ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan onun adına keçirilmişdir və bu barədə 03.11,2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Ona mənzili 1984-cü ildə dövlət tərəfindən verilmişdir. Həmin mənzildə onun keçmiş gəlni cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 qeydiyyatdadılar. O, könüllü olaraq onlardan mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Onlar da könüllü bunu etmirlər. Məcbur olub məhkəməyə müraciət edir. Çünki o, özümə məxsus evimdə rahat yaşaya bilmir, evdə daima məişət zəminində dava-dalaş olur. Cavabdehlər rahat yaşamağa imkan vermirlər. Bildirmək istəyir ki, Cavabdeh1 ilə onun oğlu X2 ilə e-2(003)-2231/24 saylı,txx.xx.2024-cü il tarixli Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah qeydiyyatı pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanında yerləşən məzil mənim şəxsi mülkiyyətimdə və istifadəmdədir və ona istədyim formada sahiblik etmək mənim hüququdur. Odur ki, hesab edir ki, adı aşağıda qeyd edilən şəxslərin onun evindən yaşayış və olduğu yer üzrə qeydiyyatdan çıxarılması düzgün olardı. Bununla əlaqədar olaraq, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir ki, cavabdehlərin qeydiyyatdan çıxarılmasını tələb etsin. Həmin idarədən ona 45/2-H-250xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktub gəlmiş, həmin məktubda onun ərizəsində qeyd etdiyi xahişindən imtina edildiyi məlum olmuşdur. Buna görə də, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh olan keçmiş gəlini Cavabdeh1 2019- cu ildə ailə quraraq onun evinə gəlin gəlmişdir. Ev isə 2020-ci ildə onun mülkiyyətinə keçmişdir. Həmin evi 1984-cü ildə Aviasiya Birliyinin (sabiq Agregat İstehsalat; Birliyi) zavodundan ona verilmişdir. Halhazırda cavabdehlər onun evində yaşayırlar. Məvbur olub, Hövsan qəsəbəsində arvadı ilə birlikdə köçüb yaşayır. Hazırda onların istifadə hüququnun itirilməsini tələb edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddianın dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasa Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın reyestrində **********47-05101-093045 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2231/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X3 arasında olan xx.xx.2019-cu il tarixli 4199 saylı rəsmi nikahın pozulması qət edilmişdir. u Həmin qətnamədən görünür ki, Cavabdeh1 ilə X1 birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-13481/2025 nömrəli, 9 aprel 2025 -cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı “İqlim” Bakı Aviasiya İstehsalat. Birliyinin 147 nömrəli xx.xx.1994-cü il tarixli protokoldan çıxarışa, xx.xx.1994-cü il tarixli akta və Bakı şəhəri 25 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M/164 reyestr nömrəli xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanı “İqlim” Bakı Aviasiya İstehsalat Birliyinin 147 nömrəli xx.xx.1994-cü il tarixlb; protokoldan çıxarışa, xx.xx.1994-cü il tarixli akta və Bakı şəhəri 25 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M/164 reyestr nömrəli xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarjxdə daşınmaz əmlakın reyestrində **********47-05101-093045 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının oğlu X3 ilə Cavabdeh1 xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. İddiaçının oğlu və cavabdehlər Cavabdeh1 arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İddiaçı 2024-cü ildən özü məcbur olub arvadij ilə birgə sözügedən mənzildən çıxmışlar və Hövsan qəsəbəsində yerləşən bağ evində’-yaşayır. Cavabdehlər Cavabdeh1 iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. Hal-hazırda cavabdeh övladı ilə mübahisəli evdə yaşayır. Mübahisəli mənzil çıxarış əsasında xx.xx.2020-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının mənzilə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 2019-cu ildə iddiaçının oğlu ilə ailə quraraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanında gəlin köçmüş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla, azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh iddiaçını gəlini olduğundan mübahisəli mənzilə köçmüşdür. İşin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında'rmünasibət 2019-cu ildə yaransada, yəni cavabdeh mübahisəli mənzilə 2019-cu ildə köçsədə qeyd olunan mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və ünvan 2 ünvanı “İqlim” “Bakı Aviasiya İstehsalat Birliyinin 147 nömrəli xx.xx.1994-cü il tarixli protokoldan çıxarışa, 08.06.4 994cü il tarixli akta və Bakı şəhəri 25 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M/164 reyestr nömrəli xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən sahiblik və istifadə hüquq yaranmadığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. ?i, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1- dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə {görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin- müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilnpərdiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz və buna görə də iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və azyaşlı Cavabdeh2 qarşı - cavabdeNərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 12B, mənzil 15 ünvanından yerləşən evdən istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar