Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-767/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Səfərov Bəhruz Dostəli oğlunun, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdeh “X1 Mərkəzi”nin nümayəndəsi Bədəlov Zahir Həmdulla oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X1 Mərkəzi” MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı hərracın və müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, “X1 Mərkəzi” MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı hərracın və müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 sifarişi ilə İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, mənzil 7-nin “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair xx xxxxxxxx 2019-cu il tarixli, Y-230/1 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh3 BOKT ASC-nin xeyrinə cavabdeh İddiaçı1 17607,18 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında mənzilə yönəldilməsi, həmin mənzilin 70.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 sifarişi əsasında xx xxxxxxxx 2019-cu il tarixdə “X1 Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş və mənzil 44.625 manata Cavabdeh3 BOKT ASC-yə satılmışdır. Aşağıda göstərilənlərə əsasən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş hərrac etibarsız hesab olunmalıdır. Hərracdan sonra əmlak aşağı qiymətə təklif olunmalı olduğu halda, cavabdeh mənzilin dəyərini daha da aşağı salaraq satmaqla onun hüququnu pozmuşdur. Məhkəmə kollegiyası «İpoteka haqqında» Qanunun aşağıdakı müddəasına istinad edərək göstərir ki, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə təklif edilməlidir. Müəyyən olunur ki, hazırkı işdə cavabdeh ipotekaya qoyana əmlakı təklif edərkən ilkin hərracda müəyyən olunmuş qiymətin deyil, təkrar hərracda olan qiymətin 25 faiz az olmayan dəyərini təklif etməmişdir. Bu halda cavabdeh tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələbləri pozulmuşdur. İddiaçı digər dəlil kimi göstərir ki, keçirilmiş hərracla bağlı onlara bildiriş göndərilməmiş və həmin hərracla bağlı onlar məlumatlandırılmamışlar. Qeyd olunanlara əsasən, Cavabdeh1 sifarişi ilə İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, mənzil 7-nin “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair xx xxxxxxxx 2019-cu il tarixli, Y-230/1 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, əlavə etmişdir ki, hərracın keçirilməsi ilə bağlı elanlar müddət pozulmaqla verilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixə təyin edilmiş ilkin hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc olunmamışdır. Dərc olunmuş elanlar hərraclar keçirildikdən sonra dərc olunmuşdur. Birinci hərrac xx.xx.2019-cu ildə keçirilmiş, elan isə xx.xx.2019-cu ildə verilmiş, ikinci hərrac xx.xx.2019-cu ildə keçirilmiş, elan isə xx.xx.2019cu ildə verilmişdir. Yəni elan hərraclardan əvvəl verilməli olduğu halda, hərraclardan sonra verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının öz iddia ərizəsini əsaslandırmağa çalışdığı hallar tamamilə uydurmadır və yalandır. İddiaçı öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-457/2018 saylı xx xxxx 2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir.İcra sənədinin tələbinə uyğun olaraq İddiaçı1 məxsus əmlak qətnamədə qeyd olunan 70000 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25 faiz aşağı qiymətə, xx xxxxxxxx 2019-cu il tarixli Y-230/1 saylı protokola əsasən, Cavabdeh3 BOKT ASC tərəfindən 44625 manata əldə edilmişdir. Həmin protokola əsasən Cavabdeh3 BOKT ASC sözügedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. xx xxxxxxx 2019-cu il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 457/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən balansa götürülən əmlakın balans dəyəri ilə qətnamə arasındakı 14663 manat məbləğində fərq Cavabdeh1 hesabına ödənilmişdir. Eyni zamanda, iddiaçının hərracın keçirilməsindən xəbərdr olması barədə məlumatlar məhkəməyə təqdim edilmişdir.Hərrac tərəfindən onlara göndərilən bildirişin surəti də iddiaçıya tərəflərindən göndərilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X1 Mərkəzi”nin nümayəndəsi X2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, hərrac keçirilməsi ilə bağlı bütün proseduralar qanunvericiliyə uyğun şəkildə həyata keçirilmişdir. Tərəflərə bildiriş göndərilmiş və imzalanaraq təhvil alınmışdır. Keçirilmiş hərraclarla bağlı kütləvi informasiya vasitəsində elan verilmişdir. İddiaçı tərəf izahatında qeyd edir ki, birinci hərrac xx.xx.2019-cu ildə keçirilmiş, elan isə xx.xx.2019-cu ildə verilmiş, ikinci hərrac xx.xx.2019cu ildə keçirilmiş, elan isə xx.xx.2019-cu ildə verilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə verilmiş elan xx.xx.2019-cu il tarixli hərraca dair verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli elandan görünür ki, həmin elan hərracın keçirilməsi haqqında deyil, hərracın baş tutmaması barədədir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11358/2018 saylı xx xxxxxxx 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-457/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 BOKT ASC-nin iddiası qismən təmin edilərək Cavabdeh3 BOKT ASC-nin xeyrinə cavabdeh İddiaçı1 14060.10 ABŞ dolları əsas borc, 3347.08 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17607.18 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,5 kv.m, yaşayış sahəsi 63,15 kv.m, yardımçı sahəsi 26,35 kv.m olan 4 otaqlı mənzilə yönəldilməsi,həmin mənzilin 70.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdanəldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinəümumilikdə17.607,18 (on yeddi min altı yüz yeddi dollar on səkkiz sent) ABŞ dollarıməbləğindəborc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində mənzildən çıxarılması qət edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx xxxxxxxx 2019-cu il tarixli Y-230/1 saylı protokolun surətindən görünür ki, İddiaçı1 məxsus olan ünvan 2 Cavabdeh3 BOKT ASC-yə 44625 manata satılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzilin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh1nə, tələbkar Cavabdeh3 BOKT ASC-yə və borclular İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 26A 7 saylı mənzilin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh1nə, tələbkar Cavabdeh3 BOKT ASC-yə və borclular İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxxxxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş “X1 Mərkəzi” tərəfindən Cavabdeh3 BOKT ASC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli təklifin surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzil keçirilən hərraclar zamanı satılmamışdır. Əmlak 44625 manata təklif edilmişdir. İş materiallarına İddiaçı1 və İddiaçı2 göndərilmiş məktubların qaimələri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Hərrac Mərkəzi tərəfindən verilmiş hərraca çıxarılmış əmlakların siyahısından görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzilin ilkin satış qiyməti 17607 ABŞ dolları qeyd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzilin hərracda satışı ilə əlaqədar “Market” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. xx.xx.2019-cu il tarixli elanda ilkin satış qiyməti 70000 müəyyən edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 26A 7 saylı mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması, təkrar hərracın 59500 manat ilkin satış qiyməti ilə xx xxxxxx 2019-cu il tarixdə keçiriləcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli elanda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 26A 7 saylı mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması bildirilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzil Cavabdeh3 BOKT ASC-nin xüsusi mülkiyyətindədir. İddianın mahiyyətindən görünür ki, iddiaçı hərracın keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasını əsas gətirərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26 A, mənzil 7 ilə bağlı keçirilmiş hərracın və həmin hərracın nəticələri haqqında yekunu barədə protokolun etibarsız sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.4-cü və 415.5-ci maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzil xx xxxxxxxx 2019-cu il tarixində keçirilən hərrac vasitəsilə Cavabdeh3 BOKT ASC-yə satılmışdır. Hərracın keçirilməsinə dair bildiriş tərəflərə göndərilmiş və iddiaçılar tərəfindən imza edilərək həmin bildirişlər qəbul edilmişdir. İddiaçı tərəfin məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, hərracın keçirilməsi ilə bağlı əsas mübahisə kütləvi informasiya vasitələrində dərc edilmiş elan və əmlak ipotekaya qoyana təklif edilərkən qoyulan qiyməti ilə bağlıdır. İş materiallarına əlavə edilmiş “Market” qəzetindən çıxarışlardan görünür ki, iddiaçının irəli sürdüyünün əksinə, xx.xx.2019-cu il tarixli elan mübahisəli mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması və təkrar hərracın 59500 manat ilkin satış qiyməti ilə xx xxxxxx 2019-cu il tarixdə keçiriləcəyi barədə; xx.xx.2019-cu il tarixli elan isə həmin mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması barədədir. Eyni zamanda, cavabdeh tərəfindən ipotekaya qoyana əmlak təklif edilərkən təkrar hərracda olan qiymətin 25 faizdən az olmayan dəyərinin təklif edilməməsi barədə iddiaya münasibətdə məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin hallarından göründüyü kimi, əmlak təkrar hərraca 59500 manat ilkin satış qiyməti ilə çıxarılmış, hərrac baş tutmadıqdan sonra tələbkar tərəfindən həmin məbləğin 25 faiz aşağı qiymətinə, yəni 44625 manata satılmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, iddia tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmin hallar işin məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X1 Mərkəzi” MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı hərracın və müqavilənin etibarsız sayılmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X1 Mərkəzi” MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı hərracın və müqavilənin etibarsız sayılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-767/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-767/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver