Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-839/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 (səkkiz min) manat əsas ziyanın, 101 (yüz bir) manat dövlət rüsumunun, 1000 (min) manat mənəvi ziyanın və müalicəyə çəkilən xərcin, cəmi 9101 (doqquz min yüz bir) manat məbləğin tutularaq İddiaçı xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 aralarında əldə olunmuş razılaşmaya əsasən yuxarıda göstərilən ünvandakı mənzili 238000 (iki yüz otuz səkkiz min) manata satışa çıxarmışdı. Onlar tarixində sözügedən mənzildə görüşüb, mənzilə baxış keçirdilər və 230 000 (iki yüz otuz min manat) manata razılaşdıq. Lakin Cavabdeh1 o halda mətbəx mebelini və mətbəxdəki elektron cihazları və s. (qabyuyan maşın, paltaryuyan maşın, aspirator, qaz sobası, mikrodalğalı soba, qaz plitəsi, kombi, dörd pəncərəlik pərdə, tül və günlüyü) çıxaracağını bildirdi. Dərslərin başlamasına qısa müddət qaldığını və uşaqlarımın dərsə davamiyyətinə mənfi təsir göstərəcəyini nəzərə alıb, o bütün yuxarıda sadalananları saxlamaq şərtilə mənzili 238000(iki yüz otuz səkkiz min manat) manata almağa razılaşdı. Cavabdeh1 238000 min manata sözügedən əşyaları çıxarmadan alqı-satqı olunduğu gün mənzili təhvil vermək öhdəliyi götürdü və bundan sonra o ona 100 manat beh verdi. Lakin alqı-satqı əməliyyatı başa çatdıqdan sonra C. Ə. Mustafayeva köçmək üçün on gün vaxt istədi. On gündən sonra mənzili qəbul etmək üçün gəldikdə 8000 (səkkiz min manat) manata razılaşdşrdıqları bir ədəd qabyuyan, bir ədəd paltaryuyan, bir ədəd aspirator (havatəmizləyici), bir ədəd qaz sobası, bir ədəd mikrodalğalı soba, bir ədəd qaz plitəsi, dörd pəncərəlik pərdə, tül, günlüyün və kombinin yerində olmadığını və Cavabdeh1 tərəfindən çıxarılıb aparıldığının şahidi olduq. O, əşyaları özünün söküb çıxadığını və qaytarmayacağını bildirdi, açarları təhvil verib getdi. Mənzili təhvil almağa atası-Nümayəndə, anası X5, iki, səkkiz və on bir yaşlı qizları ilə, vasitəçilər X3 və X2 ilə birlikdə gəlmişdilər. Onlar da bunun şahidi oldular və bu barədə akt tərtib etdilər. O DİN-in 102 xidmətinə və Nəsimi RPİ-nin 21-ci Pİ-nə müraciət etdi. 21-ci PB-də aparılan araşdırmaya əsasən əməldə cinayət tərkibinin olmaması, yaranmış mübahisəli məsələnin mülki xarakterli olduğu və məsələnin mülki qaydada məhkəmədə mübahisələndirilməsi izah olundu. Bildirir ki, Cavabdeh1 Polis bölməsində verdiyi izahatında razılaşmanı pozduğunu etiraf etmişdir. C.Ə.Musafayeva onunla və vasitəçilər X3, X2 ilə olan səs yazılarında və vatsap yazışmalarında da razılaşmanı pozduğunu etiraf edir. Bundan əlavə FM Consultinq MMC-nin qiymətləndirməsində sözügedən mənzilin bazar dəyəri 230 000 (iki yüz otuz min) manat, likvid dəyəri isə 207 000(iki yüz yeddi min) manat dəyərləndirilmişdir. Məlumat verir ki, Cavabdeh1 razılaşdırılmış şərtləri pozması ona və yaxınlarına çox böyük mənəvi zərbə oldu. Yeni mənzil aldığını qeyd edib sevinmək əvəzinə həmin gün ağır mənəvi sarsıntı keçirdi və səhər ağır vəziyyətdə X10 klinikasında həkim müayinəsindən, beyin MRT müayinəsindən keçib uzun müddət müalicə qəbul etməli oldu. Beləliklə, Cavabdeh1 əldə olunmuş razılığı pozmaqla ona 8 000 (səkkiz min) manat maddi ziyan vurmuşdur. O iddianın məhkəməyə verilməsinə görə (yüz bir) 101 manat dövlət rüsumu ödəmişdır. xx.xx.2025-ci il tarixdə X1 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildir ki, cavabdehlə aralarında olan razılaşmanı cavabdeh pozmuşdur, buna görə də siyahı üzrə qeyd edilən bütün predmetlərin iddiaçıya təhvil verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, aralarında olan razılaşmaya uyğun olaraq o qeyd edilən əşyaları evdən çıxarmışdır. Əlavə olaraq bildirdi ki, aralarında barışıq olması naminə o aspirator və günlüyü verməyə razıdır. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - №004REAL24000096 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 adından Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evin alqı-satqısına dair müqavilə bağlamışlar. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - alınmış evin təhvil götürülməsi haqqında aktın sürətindən görünür ki, tərəflər arasında əvvəlcədən olan razılaşmaya əsasən mənzildə qalmalı olan əşyalar- qabyuyan maşın, paltaryuyan maşın, aspirator, qaz sobası, mikrodalğalı soba, qaz plitəsi, kombi, dörd pəncərəlik pərdə, tül və günlük yerində yox idi. X7 arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə saat 10:08-dən 15:00-dək, xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixdə saat 09:23-dən 10:35-dək həkim müayinəsində olmuşdur. X7 müayinə vərəqsindən görünür ki, İddiaçı hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində subkortikal və dərin qatlarda dağınıq şəkildə mikroangipatik xarakterli qliotik ocaqlar Burun çəpərində sağa doğru deviasiya müəyyən olunmuşdur. FM Consultinq MMC-nin qiymətləndirməsindən görünür ki, ünvan 1 mənzilin bazar dəyəri 230000,0 (iki yüz otuz min) manat, likvid dəyəri isə 207000,0 (iki yüz yeddi min) manat dəyərləndirilmişdir. Nəsimi RPİ-nin 21-ci PB-də Cavabdeh1 verdiyi izahatından görünür ki, sözügedən mənzili ilkin olaraq 260000,0 manat qiymətinə satışa qoyulmuşdur və satıcı tərəfindən yalnız mətbəx mebelinin saxlanılacağı qeyd edilmişdir (vasitəçilərə bildirilmişdir). Lakin o qiymətə müştəri olmadı və vasitəçi 235000,0 manata müştərinin olduğunu bildirdi, o isə bu barədə bacısına məlumat verdi və 238000,0 manata razı olduğunu bildirdi. İddiaçı mənzilə baxan zaman, mənzilin əşyasız satılacağını bilirdi, yalnız mətbəx mebeli saxlanılacaqdır. Həmin ünvanda Gülər adlı xanımla aralarında əşyalara görə söz söhbət düşdü. Cavabdeh1 ona bildirdi ki, pərdə günlükləri, hava təmizləyicisi, qaz sobası, qaz plitəsi kimi əşyaları aparmaq fikri yoxdur. Lakin qarşı tərəf ona hədə qorxu gəlincə fikrini dəyişib əşyaları çıxarıbdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 400/25 saylı mütəxəssis rəyindən görünür ki, qabyuyan maşın, paltaryuyan maşın, aspirator, qaz sobası, mikrodalğalı soba, qaz plitəsi, kombi, dörd pəncərəlik pərdə, tül və günlüyün ümumi bazar dəyəri 6700,0 manat, mətbəxə dəymiş zərərin məbləği isə 500,0 manat müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 394 Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 adından Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evin alqı-satqısına dair №004REAL24000096 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Hazırda İddiaçı Cavabdeh1 qarşı mənzilə dair bağlanmış şifahi razılaşmanın pozulması nəticəsində 8000 (səkkiz min) manat məbləğində maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın və 101 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf cavabdehlə aralarında bağlanmış razılaşmanın şifahi olduğunu bildirmiş, bu razılaşmaya əsasən mənzilin müəyyən avadanlıq və əşyalarla (qabyuyan maşın, paltaryuyan maşın, aspirator, qaz sobası, mikrodalğalı soba, qaz plitəsi, kombi, dörd pəncərəlik pərdə, tül və günlüyü) ilə əlaqədar birlikdə təhvil verilməli olduğunu iddia etmişdir. Lakin təqdim olunan sübutlar yazılı, hüquqi qüvvəyə malik müqavilə ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən, müqavilənin bağlanması üçün tərəflər arasında iradə və bu iradənin ifadəsi vacibdir. Bu iradə yazılı və ya digər hüquqi qüvvəyə malik sübutlarla təsdiqlənməlidir. Şifahi razılaşma və birtərəfli tərtib olunmuş qeyri-rəsmi akt hüquqi cəhətdən öhdəlik yaratmır. Cavabdeh tərəfindən bildirildiyi kimi, mənzilin ilkin satış qiyməti 260000 manat təşkil etmiş, alıcının istəyi ilə bu qiymət 238000 manata endirilmişdir. Mübahisəli avadanlıq və əşyaların saxlanılması və ya çıxarılması məsələsi barəsində razılaşmanın olduğu sübut olunmamışdır. İddiaçının təqdim etdiyi dəlillər bu razılaşmanın tərəflər arasında qarşılıqlı razı və aydın şəkildə bağlandığını təsdiq etmir. Əksinə, cavabdehin Nəsimi RPİ-nin 21-ci Polis Bölməsində verdiyi izahatdan və məhkəmə iclasında verdiyi ifadədən belə nəticəyə gəlinir ki, o, yalnız mətbəx mebelinin mənzildə saxlanacağını nəzərdə tutmuşdur. Həmçinin tərəflər arasında bağlanmış əqddə (notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsində) əşyaların və avadanlıqların mənzilə daxil olduğu qeyd olunmayıb. Mülki qanunvericiliyə əsasən, müqavilənin şərtləri müqavilədə yazılı şəkildə öz əksini tapmalıdır və razılaşdırılmamış şərtlərə dair iddialar qəbul edilə bilməz. İddiaçı tərəfindən 8000 manat maddi ziyan iddia edilsə də, təqdim olunmuş sübutlar (qiymətləndirmə hesabatı, ekspertiza rəyi və sair) bu məbləğin obyektiv müəyyənləşdirildiyini təsdiqləmir. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən, zərər çəkmiş şəxs ona dəymiş ziyanın məbləğini və zərərin qarşı tərəfin qanunsuz hərəkəti ilə səbəbli əlaqəsini sübuta yetirməlidir. Əks təqdirdə ziyanın əvəzinin ödənilməsi barədə tələb əsassız sayılır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan qeyri-rəsmi akt və subyektiv xarakterli iddialar hüquqi əsasla sübuta yetirilmiş ziyan kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə iddia tələbinin bu hissəsini araşdıraraq hesab edir ki, iddianın tələbinin bu hissəsi törəmə hüquq münasibəti olub, cavabdehlərdən maddi ziyanın tutlması əşyaların qanunsuz çıxarılmasına dair iddia tələbindən törəndiyindən, iddia tələbləri həmin hissələrdə təmin edilməməli olduğundan, iddia tələbinin göstərilən hissələri də təmin edilməməlidir. Həmçinin iddiaçı mənəvi ziyanın vurulması ilə bağlı xəstəxana sənədləri təqdim etsə də, həmin hallar cavabdehin qanunsuz hərəkəti ilə birbaşa bağlı olduğunu sübut edən əsaslı sübutlarla təsdiq olunmamışdır. Mənəvi ziyanın əvəzinin müəyyən edilməsi üçün müvafiq sübutlar (hüquqi pozuntunun aşkar təsdiqi, zərərin təsdiq olunması, səbəbli əlaqə və s.) mövcud olmalıdır. Əgər cavabdehin hərəkəti qanunsuz hesab edilmir və bu hərəkətlə mənəvi ziyan arasında hüquqi səbəbli əlaqə sübut olunmayıbsa, məhkəmə tərəfindən bu ziyanın əvəzinin ödənilməsi barədə tələb də əsassız sayılır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə təqdim olunan sübutların iddianı təsdiqləməyə yetərli olmadığını, tərəflər arasında müvafiq yazılı razılaşma mövcud olmadığını, maddi və mənəvi ziyanın miqdarının və səbəbli əlaqəsinin sübuta yetirilmədiyini nəzərə alaraq, iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə həmçinin iddianın 101,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın əsas hissəsi rədd edildiyindən iddianın bu hissəsi də əsassızdır. Buna görə də, ödənilmiş 101,0 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddisı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-839/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-839/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver