Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-87/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 43500 manat pulu və ona dəymiş mənəvi ziyana görə 10000 pulu, ümumilkdə 53500 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Binə qəsəbəsində (2008-ci ildən) şərikli 1001 xırdavat mağazaları olmuşdur. Vaqifin təkidi ilə həmin mağazanı satdılar və Mərdəkan qəsəbəsi 28 May kücəsində yerləşən “Azərbaycan xörəkləri” kafesini özəlləşdirdilər. 13 sot ərazidə yerləşən 408 m2 özəl sahədə kafenin nəzdində kalbasa sexi və kafe vardır. Həmin vaxt ancaq kafe fəaliyyət göstərirdi. Kolbasa sexində bütün avadanlıq olmasına baxmayaraq işləmirdi. Ərazidə mağaza inşa etdirdi, çörək bişirmək üçün təndir qurdurdu. Lazımsız sayılan iki otaqda elektrik avadanlıqları təmir olunan təmirxana düzəltdirdi. Kolbasa sexinin fəaliyyəti ilə əlaqədar dam örtüyü, tavanı dəyişdirdi. İçərinin quruluşu dəyişdirildi və kafel, metlaq vuruldu. Soyuducular yeniləndi. Bütün bunlara 43500 (qırx üç min beş yüz) manat pul xərclədi. Bütün bunlar Cavabdeh sərmaye qoymadan iştirakı ilə aparılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etməyərək, bildirdi ki, iddiaçı tərəfindən qeyd edilən təmir işləri ilə bağlı onun tərəfindən vəsait qoyulmamışdır. Həmçinin digər məhkəmənin qətnaməsinə əsasən 140200 manat pul ondan tutulmuşdur və hazırkı tələb olunan pul da artıq ondan tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin iclasında şahid qismində izahatı alınmış Şahid izahatında bildirmişdir ki, 2014-cü ildən fəaliyyətə başlamışlar. Həmin obyekti kolbası istehsalı məqsədə ilə icrarəyə götürülmüşdür. Həmin obyekti icarəyə götürərkən obyekt istifadəyə yararsız vəziyyətdə olmuşdu və tərəflərindən təmir işləri aparılmışdır. Həmin obyektin icarə hqaqqını Kamala ödənilirdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) icraatında olan iş üzrə iddiaçı qismində iştirak etmiş Cavabdeh Dağıbəyi oğlunun məhkəməyə ünvanlamış olduğu 31.10.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, 17.10.2019-cu il tarixində verilmiş olan iddia ərizəsinə əlavə olaraq bildirir ki, “Azərbaycan xörəkləri” kafesinin, yəni obyektinin kolbasa sexinin təmirinə, lisenziya alınmasına, təndir və elektrik avadanlıqlarının təmiri sexinə İddiaçı tərəfindən 43500 manat xərc çəkilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli 2(003)-195/2017 nömrəli qətnamənin surətindən görünür ki, ilk iddia təmin edilərək, Cavabdeh 92000 manat məbləğində pul, 66500 ABŞ dolları məbləğində pul icra vaxtı manata olan məzənnə ilə manatla və 30 manat məbləğində dövlət rusumu İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia təmin edilərək, İddiaçı 40000 (qırx min) manat əsas, 1200 (bir min iki yüz) manat faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli 2(003)-195/2017 nömrəli qətnamənin surətindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi Cavabdeh adına özəlləşdirildikdən sonra həmin qeyri-yaşayış sahəsini başqa şəxsə sataraq üzərinə götürdüyü öhdəliyi pozmuş, o cümlədən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə xərclənmiş 92000 manatı tikinti işlərinə və mağazaya alınan alver mallarına görə İddiaçı tərəfindən ona verilmiş 66500 ABŞ dollarını geri qaytarmamışdır. Həmçinin müəyyən edilmişdir ki, 07 saylı notariat kontorunda təsdiq edilmiş 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı illik 3% olmaqla bir il müddətinə 40000 manat məbləğində borc vermişdir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı etiraf etmiş, 40000 manat məbləğində borcun və 1200 manat faiz borcunun ondan Cavabdeh xeyrinə tutulmasına etiraz etməmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli 2(102)-4585/18 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli 2(003)-195/2017 nömrəli qətnaməsi ilk iddia üzrə tutulmalı olan pulun məbləğinə aid olan hissədə dəyişdirilkərək Cavabdeh cəmi 140500manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli 2(102)-4585/18 nömrəli qərarından görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 04.10.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2017-ci il tarixli qətnaməsiilk iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli 2(102)-4585/18 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25.01.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək, Cavabdeh Dağstan oğlundan 140500 manat pulun tutularaq İddiaçı Dağstan oğluna verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli 2(003)-216/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair ilkin iddia ərizəsi, X1 Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı X3 qarşı pul tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi tərəflər arasında müxtəlif məhkəmə instansiyalarının icraatında mübahisələr olmuşdur. Həmin mülki iş üzrə qəbul edilmiş olan məhkəmə aktlarından görünür ki, tərəflər arasında olan məhkəmə mübahisələri “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi”, “qətnamənin icra edilməməsi ilə bağlı pul tələb”lərindən irəli gələn mübahisələr olmuşdur. Məhkəmələr tərəfindən tələblərə mahiyyəti üzrə baxılaraq məhkəmə aktları qəbul edilmişdir. Hazırkı mülki iş üzrə mübahisənin predmeti əvvəlki məhkəmə işləri üzrə mübahisə predmeti olan daşınmaz əmlakın (“Azərbaycan xörəkləri” kafesinin) kolbasa sexinin təmirinə, lisenziya alınmasına, təndir və elektrik avadanlıqlarının təmiri sexinə çəkilmiş xərcin tutulması ilə bağlıdır. Həmçinin məhkəmə araşdırması zamanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) icraatında olan iş üzrə iddiaçı qismində iştirak etmiş Cavabdeh Dağıbəyi oğlunun məhkəməyə ünvanlamış olduğu 31.10.2019-cu il tarixli ərizəyə əsasən “Azərbaycan xörəkləri” kafesinin, yəni obyektinin kolbasa sexinin təmirinə, lisenziya alınmasına, təndir və elektrik avadanlıqlarının təmiri sexinə İddiaçı tərəfindən 43500 manat xərc çəkilmiş olduğu müəyyən edilmişdir. Göründüyü kimi əvvəlki mülki iş üzrə iddaçı Cavabdeh Dağıbəyi oğlunun məhkəmə təqdim etmiş olduğu ərizədən göründüyü kimi Cavabdeh Dağıbəyi oğlu dolayısı ilə hazırkı mülki iş üzrə iddaçı olan İddiaçı 43500 manat borclu olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Dağıbəyi oğluna qarşı iddiası 43500 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının iddia tələbinin mənəvi zərər əvəzi olaraq 10000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia qeyd olunan hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 43500 (qırx üç min beş yüz) manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 43500 (qırx üç min beş yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-87/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-87/2022
21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver