Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-881/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında LS0193622/14 nömrəli müqavilə 2014-cü ildə bağlanılmışdır. O "xxxx" ASC-yə vaxtı-vaxtında müqavilə üzrə ödənişlər etmişdir. "xxxx" ASC-yə ödədiyi məbləğlər artıq ödəniş kimi sistemlərində qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən sonralar ona borcun qalıb-qalmaması barədə heç bir məlumat verməmişdir. 15 dekabr 2020-ci il tarixdə o Azərbaycan Kredit Bürosundan çıxarış çıxardıqda ona məlum oldu ki, onun "xxxx" ASC-yə borcu var, “xxxx" ASC ilə əlaqə saxladıqda artıq bu barədə icra qeydinin Bakı şəhən 25 saylı notanat olsunın xüsusi notariusu tərəfindən 14.08.2020-ci il tarixində apanlıması ona məlum oldu. Azərbaycan Kredit Bürosundan çıxarışda aktiv kreditlərin cəmi 1043,40 manat təşkil etdiyi göstərilir. Azərbaycan Kredit Bürosundan çıxarışında bu aktiv kreditlərdən "xxxx" ASC-yə 964,28 manat əsas və faiz məbləği isə 1457,16 manat qeyd olunmuşdu, "xxxx" ASC-yə əsas və faiz borcu ilə hesablayanda cəmi 2421.54 manat edir. Lakin icra qeydində isə - "LS0193622/14 nömrəli müqaviəyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2291 manat 03 qəpik (iki mün iki yüz doxsan bir manat üç qəpik) tutulsun, Bundan əlavə təklif edirəm borcludan İddiaçı 151 manat 21 qəpik (yüz əlli bir manat İyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2311,03 manat pul tutulsun" qeyd edilmişdir, LS0193622/14 nömrəli müqavilə 12.06.2017-ci ildə bitmişdir. İcra qeydində qeyd olunmuş məbləğlər ilə Azərbaycan Kredit Bürosundan alınmış çıxarış arasında uyğunsuzluq mövcuddur. Belə ki onun “xxxx” ASC-yə cəmi 964,28 manat borcu var . Faiz isə hesablasaq müqavilə üzrə düzgün tərtib edilməmişdir. Borc alınan sənədlərin siyahısında alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı düzgün tərtib edilməmişdir. Notariat haqqında qanuna əsasən “İcra qeydləri yalnız təqdim olunan sənədlər borcunu mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi borc mübahisəlidir. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Lakin tələbkar tərəfindən ona heç bir bildiriş göndərilməyib və bu barədə onun aldığını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb qanunla tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Belə ki, onunla bank arasında müqavilə 2014-cü ildə bağlanıb və 12.06.2017-ci ildə bitib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçib. Buna əsasən icra qeydi əsassızdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 7ö-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Notarius bunu yalnız əsas tutaraq icra qeydi qəbul edib. Burda da heç dəqiq araşdırılmayıb ki, borclu hansı ərazidə yaşayır və ona icra qeydinin aparılacağı Notarius tərəfindən xəbərdarlıq edilməyib. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə İddiaçı və cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, 3-cü şəxs tərəfindən təfsilatlı maliyyə arayışı düzgün tərtib edilməmiş, rəqəmlər şişirdilmişdir. Odur ki. iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 iddianın əsassız olduöundan rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi müqavilənin ləğv hissəsində rədd, digər hissədə xitam olunmalıdır. Belə ki, iş materiallarında olan 14.08.2020-ci il tarixli icra qeydində qeyd edilmişdir ki, ünvan ublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx” ASC xeyrinə İddiaçı LS0193622/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2291 manat 03 qəpik (iki min iki yüz doxsan bir manat üç qəpik) tutulsun. Bundan əlavə borcludan İddiaçı 151 manat 21 qəpik (yüz əlli bir manat iyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2311 manat 03 qəpik (iki min üç yüz on bir manat üç qəpik) pul tutulsun. Həmin icra qeydi 14.08.2020 tarixdə aparılmışdır. İş materiallarında olan 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildiriş məktubundan görünür ki, tələbkar “xxxx” ASC-nin borclu İddiaçı 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə mövcud olan borcla əlaqədar icra qeydi aparılcağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan 14.07.2020-ci il tarixli poçt qəbzindən görünür ki, 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildiriş məktubu borculya məxsus ünvana çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış olan kredi müqaviləsi üzrə bank tərfindən sonuncuya razılaşdırılmış kredit müqaviləsi üzrə pul verilmişdir. Borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetrilməmiş və bank tərəfindən 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya bildiriş məktubu ünvanlanaraq, tələbkar “xxxx” ASC-nin borclu İddiaçı 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə mövcud olan borcla əlaqədar icra qeydi aparılcağı barədə məlumatlandırılmışdır. Həmin icra qedyinin aparılacağı ilə bağlı bildirş sonuncunun məlum olan ünvanına çatdırılmış və ünvan ublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Beləliklə məhkəmə hesab edi ki, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-881/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-881/2021
06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver