Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-9/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3395/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş X1 Cavabdeh qarşı evə və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş iş üzrə icraat iddiaçı X1 hüquq varisi müəyyən edilənədək mülki işin icraatı dayandırılmışdır. X1 hüquq varisləri İddiaçı1 və İddiaçı2 müəyyən edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmışlar, lakin onlar (nümayəndəsi) məhkəmə hazırlıq iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” qərarının 5-ci maddəsinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişirlik edilərək Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göründüyü kimi, tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmışlar, lakin onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə sqəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-9/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-9/2025
04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver