Məhkəmə qərarları › İş №2(003)-935/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-935/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-935/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdehlər Cavabdeh2 və X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X6 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 32 985 manat maddi, həmçinin Cavabdeh2 100 000 manat mənəvi, cavabdeh X3 100 000 manat mənəvi və Cavabdeh1 10 000 manat mənəvi zərərin həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən nəğd yolla aldığı məişət əşyalarının və mobil telefonların kredit yolu ilə satışı ilə məşğul olub ailəsini dolandırır. "VEST TELEKOM" adlanan şirkətdən rəsmi olaraq aldığı mobil telefonları o, Zirə qəsəbəsində yaşayan Cavabdeh1 vasitəsi ilə tanıdığı Əsmər və digər cavadbeh Cavabdeh2 təqdim etmiş, onlar isə həmin mobil telefonları və məişət əşyalarını aylıq ödənişlə sataraq, tərtib olunmuş cədvələ əsasən pulunu ödəmişdir. Belə ki, Cavabdeh1 Cavabdeh2 ilə tanış edərkən bildirmişdir ki, Əfsanə ondan telefon götürərək satdığı zaman ödənişlərini vaxtında etdiyi, həmçinin iş görən olmasını hiss etdiyi üçün, onunla işləməsinə zəmanət vermişdir. Cavabdeh2 ilə işlədiyi 1 il müddətində Cavabdeh2 təxminən 95.000 manat dəyərində mobil telefon 5000 manat dəyərində məişət əşyası vermişdir. İlk əvvəl Cavabdeh2 götürdüyü malları ödəniş cədvəlinə əsasən ödəsədə, sonradan ödənişləri ləngitmiş, daha sonra isə ümumiyyətlə ödəməmişdir. Sonuncu dəfə hesablanma zamanı Cavabdeh2 74852 manat borcunun olmasını müəyyən etmişdir. Ödənişlərin edilməməsinin səbəbini soruşan zaman Cavabdeh2 səbəb kimi ondan Günay Canıyevanm 51.000 manat, Samirə adlı şəxsinisə 10.000 manat dəyərində mal götürməsini, lakin qaytarmadıqları üçün ödənişi vermədiyini bildirmişdir. Bu səbəbdən, onlardan polisə şikayət etməyi təklif etmişdir. İlk əvvəl razılıq verəsədə, lakin sonradan Cavabdeh2 bundan imtina etmiş və özünə xəsarət yetirərək, onun barəsində şikayət etmiş lakin şikayət əsassız olduğundan Xəzər rayon prokurorluğu tərəfindən rədd edilmişdir. Onun bu şikayəti etməkdə məqsədi külli miqdarda pulu mənimsəməklə törətdiyi əməli ört basdır etmək olmuşdur. Belə ki, Cavabdeh2 son bir ayda olan borcunu ödəmək adı ilə ondan götürdüyü 50.000 manat dəyərində mobil telefonun pulunu ödəməyərək aldatmış, yəni ilk aylar onun etibarını qazanmış, sonra isə xeyli miqdarda mobil telefon götürərək pulunu mənimsəmişdir. Məsələ ilə bağlı Xəzər rayon polis İdarəsində araşdırma aparılmış və 124 telefondan 81-nin Əfsanə tərəfindən müxtəlif mağazalara ucuz qiymətə satdığı digər 43 telefon barədə isə araşdırma davam edir. 124 telefonun satışından əldə etdiyi pulu Cavabdeh2 və digərləri mənimsəmişdir. Araşdırma üzrə izahatı alınmış xx.xx.1999-cu il tarixdə Astara rayonunda anadan olan, AR-nın vətəndaşı, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, subay, Xəzər rayonu Zirə qəsəbəsi yeni bağlar massivində Cavabdeh2 bildirmişdir ki, təxminən il yarım olar İddiaçı tanıyır. Onu, tanıdığı Əsmər adlı şəxsin vasitəsilə tanımışdır. Tanıdıqdan sonra, onunla işləyərək nəğd yolla alaraq ona verdiyi mobil telefon və məişət əşyasını kredit yolu ilə sataraq hesabat cədvəlinə uyğun ödəniş etmişdir. Bir yerdə işlədiyi zaman ərzində təxminən 20.000 manat dəyərində İddiaçı müxtəlif markalı mobil telefon və məişət əşyası götürmüş və sataraq pulunu ödəmişdir. Yalnız 2019-cu ilin ilk üç ayı ərzində götürdüyü 5000 manat dəyərində mobil telefonun ödənişlərini etməyərək borclu qalmışdır. Səbəb isə İddiaçı onu 75.000 manat borclandıraraq şər atması olmuşdur. Bu səbəbdən hətta özünü zəhərləyərək intihar etmək istəmişdir. İddiaçı onu, tanışları Samirə və Günay adlı şəxsləri şərləyərək barəsində şikayət etməsini tələb etmişdir. Lakin, imtina etmişdir. Çünki, Günay Canıyevanın ondan cəmi 4-5 min manat dəyərində mobil telefon və məişət əşyası götürümüş pulunu qismən ödəmiş, hazırda 400 manat borcunun olmasını, Samirə adlı şəxsin isə 1000 manat borcunun olmasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış, xx.xx.1988-ci il təvəllüdlü, Yardımlı rayonunda anadan olan, AR-nın vətəndaşı, orta təhsilli, məhkum olunmayan, ailəli, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olan, hazırda Zirə qəsəbəsi yeni sahədə yaşayan Cavabdeh3 bildirmişdir ki, İddiaçı müraciəti ilə tanış olmuş və ərizədə onun barəsində qeyd etdikləri məsələnin şər xarakterli olmasını bildirmişdir. Belə ki, o, bir neçə ay öncə tanıdığı Cavabdeh2 özü və bacısı üçün mobil telefon götürmüşdür. Bu barədə tanıqdıqları ilə söhbət zamanı, onlara da köməklik etməyini xahiş etdiyi üçün, onlara məişət əşyası götürərək köməklik etmişdir. Götürüdüyü əşyaların pulunu ödəmiş, yalnız 400 manat borcunun qalmasını bildirmişdir. Araşdırma zamanı təkrar izahatı alınmış Cavabdeh3 ilkin izahatında qeyd etmiş olduğu xüsusatları təsdiq etsədə ilkin vermiş olduğu izahatından fərqli izahat verərək izahatında göstərmişdir ki, o, 1 il ərzində Aydınan və Əfsanədən mobil telefonlar və məişət əşyaları götürmüşdür. Mobil telefonların birini o, özü, digərini isə bacısı işlədir. Saylarını bilmədiyi hissəsini isə 28 may metro stansiyasının yaxınlığındakı mağazalara satmışdır. Həmin telefonların markaları müxtəlif olmuşdur. Həmin maskalar Redmi, Samsung A, Samsung J markalı və digər markalı mobil telefonlar olmuşdur. O, həmin telefonları hansı qiymətə Aydın və Əfsanədən aldığını və hansı qiymətə satdığını xatırlamır. Məişət əşyalarının pulu Aydına tam şəkildə ödənilmişdir. Mobil telefonların pulunu isə tam şəkildə Aydına və Əfsanəyə ödəmişdir. Lakin ümumilikdə hansı məbləğdə pulu onlara ödədiyini xatırlamır. Həmçinin o, Aydın və Əfsanədən ümumilikdə hansı sayda mobil telefon götürdüyünüdə xatırlamır. Qeyd etmişdir ki, o, satmış olduğu mobil telefonları Samirə ilə birlikdə satmışdır. Onlar telefonları nağd şəkildə satırmış və nağd şəkildə pulunu ödəyirmişlər. O, həmin telefonlardan heç kimə kreditlə telefon satmamışdır. Araşdırma zamanı təkrar izahat vermiş Cavabdeh2 vemriş olduğu izahatında göstərmişdir ki, ilkin vermiş olduğu izahatı təsdiq edərək bildirir ki, o, İddiaçı təxminən il yarım bundan qabaq Əsmər adlı tanışının vasitəsi ilə tanımış və həmin vaxtdan başlayaraq Aydından müxtəlif markalı mobil telefonlar götürərək satmışdır. Aydınla onun arasında olan pul məbləği heç vaxt 20 mindən yuxarı qalxmayıb. Hal-hazırdada onun Aydına həmin mobil telefonlara görə 5000 manat borcu qalıb. Həmin pulda onun telefonu satdığı şəxslərdədir və həmin mobil telefonlarda problem olduğu üçün o, telefonların pulunu yığa bilmədiyindən Aydına həmin 5000 manatı verə bilməmişdir. Araşdırma zamanı İddiaçı Cavabdeh2, X4, Cavabdeh3 və X8 ilə danışılmış söhbətləri-səsləri özündə əks etdirən 01 ədəd diski təqdim etmiş, həmin disk götürmə barədə qərar qəbul edilərək İddiaçı elan edilmiş, sonuncunun və 2 nəfər kişi hal şahidinin iştirakı ilə götürmə və baxış keçirilməsi barədə protol tərtib edilərək söhbət-səsləri özündə əks etdirən 01 ədəd diskə baxış keçirilərək materiala əlavə edilmişdir. 14.07.2019-cu il tarixdə materiala əlavə edilmiş 01 ədəd diskdə olan söhbət-səslərin kimə məxsus olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş, lakin halhazır ki, tarixədək rəy alınmamışdır. Araşdırma zamanı İddiaçı Cavabdeh2, X10 və şəxsiyyəti istintaqa məlum olmayan "Samirə" adlı şəxsin ələ keçirmiş olduğu mobil telefonlardan "İMEİ" kodları İddiaçı tərəfindən təqdim edilmiş 124 ədəd mobil telefonun işlədilməsinə dair məhdudiyyətin qoyulmasına dair Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinə məktub ünvanlanmış və məhdudiyyət qoyulmuşdur. Bunun nəticəsində həmin mobil telefonlardan və əlavə olaraqda bir neçə mobil telefonun, ümumilikdə isə 81 ədəd müxtəlif markalı mobil telefonun X10 tərəfindən müxtəlif qiymətlərə nağd şəkildə "28 may" metrostansiyasının yaxınlığında yerləşən bir neçə mağaza ya öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə satdığı müəyyən edilmişdir. Araşdırma zamanı izahat vermiş X16 vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı yazmış olduğu ərizə ilə tanış oldu və bildirmək istəyir ki, əvvəllər satıcı qismində işlədiyi Nəsimi rayonu, Azadlıq prospekti 39B ünvanında yerləşən adı "Mobiltic" olan telefon satışı edilən mağazada 13.07.2018-ci il tarixdə 05 ədəd və 13.09.2018-ci il tarixdə 04 ədəd mobil telefonu o, X3 almışdır. Həmin mobil telefonları X1. Günay həmin telefonları satdığı zaman şəxsiyyət vəsiqəsinin surətini öz imzası ilə imzalayaraq təqdim etmişdir. Günay ona bildirmişdir ki, həmin mobil telefonları Gürcüstandan gətirmişdir. Günay həmin mobil telefonların hər birini dəyərindən 20-30 manat ucuz vermişdir. Bundan başqa o, izahatında Günay Canıyevanın mobil telefonları haradan almasına dair heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Həmin mobil telefonlar Samsung GalaxyA6 markalı telefonu 360 manata, Redminote5 markalı 380 manata, Samsung Galaxy13(2017) markalı 230 manata, Samsung GalaxyJ2(2018)markalı 220 manata, Samsung GalaxyA6 markalı 360 manata, Redmi 6 markalı, Redmi note 5 markalı 380 manata, Redminote 5 markalı 380 manata, Samsung GalaxyA7markalı telefon. Araşdırma zamanı izahat vermiş X13 vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı yazmış olduğu ərizə ilə tanış oldu və bildirmək istəyir ki, təxminən 2018-ci ilin oktyabr ayından başlayaraq 2019-cu ilin Fevral ayına qədər olan müddət ərzində X10 şəxsiyyətini təsdiq edən sənədlə birlikdə işlədiyi mağazaya. Araşdırma zamanı izahat vermiş X13 vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı yazmış olduğu ərizə ilə tanış oldu və bildirmək istəyir, ki, təxminən 2018-ci ilin oktyabr ayından başlayaraq, 2019-cu ilin Fevral aymına qədər olan müddət ərzində X10 şəxsiyyətini təsdiq edən sənədlə birlikdə işlədiyi mağazaya Günay həmin telefonları satdığı zaman şəxsiyyət vəsiqəsinin surətini öz imzası ilə imzalayaraq təqdim etmişdir. Günay ona bildirmişdir ki, həmin mobil telefonları Gürcüstandan gətirmişdir. Günay həmin mobil telefonların hər birini dəyərindən 20-30 manat ucuz vermişdir.Həmçinin onuda qeyd etmişdir ki, Günayın ona satmış olduğu mobil telefonlardan bir neçəsini Günay özü qeydiyyatdan keçirməli idi. Lakin o, həmin telefonları qeydiyyatdan keçirtməmiş və o, özü 2100 manat verərək həmin mobil telefonları qeydiyyatdan keçirtmişdir. Hal- hazırda Günayın ona 2100 manat satmış olduğu telefonların qeydiyyatına görə verəcəyi var. Bundan başqa o izahatmda Günay Camyevanm mobil telefonları haradan almasına dair heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Həmin telefonlar Redminote 5 markalı 380 manata, Redmi note 5 markalı 380 manata, Redmi note 5markalı 380 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Redmi note 5nmarkalı 380 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Redmi note 5 markalı 380 manata, Redmi note 5 markalı 380manata, Samsung Galaxy J 8 (2018) markalı 400 manata, Samsung Galaxy A 6 + 400 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Samsung Galaxy J 2 markalı 225 manata, Samsung Galaxy J 6 + markalı 300 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Samsung Galaxy A 9 markalı 650 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Samsung Galaxy A 3 markalı 400 manata, Xiaomi Mi A 1 400 manata, Redmi note 5 markalı 380 manata, Samsung Galaxy J 5 Prime markalı 300 manata, Samsung Galaxy J8 markalı 400 manata, Samsung Galaxy A 6+ markalı 400 manata, Samsung Galaxy A 6 +markalı 400 manata, Samsung Galaxy A 9 markalı 650 manata, Samsung Galaxy J 5 markalı 300 manata, Redmi note 5 markalı 380 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Redmi note 5 markalı 380 manata, Redmi S 2 markalı 300 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Redmi S 2 markalı 300 manata, Samsung Galaxy A 9 markalı 650 manata, Samsung Galaxy J 5 Prime markalı 300 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Redminote5 markalı 380 manata, Samsung Galaxy A 9 markalı 650 manata, Samsung Galaxy A 9 markalı 650 manata, Redmi note 5 markalı 380 manata, Redminote 5 markalı 380 manata, Redmi note 5 markalı 380 manata, Samsung Galaxy A 6 + markalı 400 manata, Samsung Galaxy J 4 markalı 260 manata, Samsung Galaxy A 6 markalı 3S0 manata, RedminoteS markalı 380 manata Samsung Galaxy J2 (2018) markalı telefonu 225 manata, Samsung Galaxy J 2 (2018) markalı 225 manata, Redmi note 5 markalı 380 manata, Samsung Galaxy J 5 markalı 300 manata, RedminoteS markalı 380 manata Redmi note 5 markalı 380 manata, Samsung Galaxy J 2 (2018) markalı 225 manata, Redminote5 markalı 380 manata, Samsung Galaxy J 2 (2018) markalı 225 manata Samsung Galaxy A 6 markalı 380 manata, Samsung Galaxy A 6 markalı 380 manata, Samsung Galaxy A 9 (128 gb) markalı 650 manata, Redmı S 2 markalı 300 manata, Redmi note 5 markalı 380 manata, Redmi 6 markalı 270 manata, Redmi 6 markalı 270 manata, Samsung Galaxy A 7 markah 550 manata, Redmi note 5 markalı 380 manata, Redmi note 5 markalı 380 manata,Samsung A 5 markalı **********47202 İMEİ kodlu mobil telefonu 400 manata satmışdır. Araşdırma zamanı izahat vermiş X14 vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı yazmış olduğu ərizə ilə tanış oldu bildirmişdir ki, əvvəllər satıcı qismində işlədiyi Nəsimi rayonu, Azadlıq prospekti 39B ünvanında yerləşən əvvəl adı "Mikro Elektronics" olan, hal-hazırda isə adı "Restore" olan mobil telefon satışı edilən mağazada 04.11.2018-ci il tarixdə 03 ədəd, 07.11.2018-ci il tarixdə 02 ədəd mobil telefonu o, X3 almışdır. Həmin mobil telefonlar Redmi note 5 markalı 380 manata, Redmi note 5 markalı 380 manata, Mi A 2 markalı 300 manata Redmi note 5 markalı 370 manata, Redmi note 5 markalı 370 manata satmışdır. Günay Canıyeva həmin telefonları satdığı zaman şəxsiyyət vəsiqəsinin surətini öz imzası ilə imzalayaraq təqdim etmişdir. Günay ona bildirmişdir ki, həmin mobil telefonları Gürcüstandan gətirmişdir. Günay həmin mobil telefonların hər birini dəyərindən 20-30 manat ucuz vermişdir. Bundan başqa o izahatında Günay Canıyevanın mobil telefonları haradan almasına dair heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı Cavabdeh2, X10 və şəxsiyyəti istintaqa məlum olmayan "Samirə" adlı şəxsin ələ keçirmiş olduğu mobil telefonlardan "İMEİ" kodları İddiaçı tərəfindən təqdim edilmiş lakin kim tərəfindən hara satıldığı müəyyən edilməyən 46 ədəd mobil telefonunda işlədilməsinə məhdudiyyətin qoyulmasma dair Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinə məktub ünvanlanmışdır. Göründüyü kimi Cavabdeh2, X10 və şəxsiyyəti istintaqa məlum olmayan "Samirə" adlı şəxs ondan götürdükləri külli miqdarda dəyəri olan telefonları dəyərindən aşağı qiymətə müxtəlif mağazalara satıb əldə etdikləri pulu mənimsəməklə ona külli miqdarda maddi zərər vursalar da bunu istintaqdadan gizlətməyə çalışmışlar. Cavabdeh2 ona cəmi beş min manat borcu olduğunu bildirsədə səs yazılarında əlli altmış min manat borcu olduğunun etiraf etmiş, X2 telefonları pulunu ona qaytardığını bildirsə də bu barədə istintaqa heç bir sübut təqdim edə bilməmiş digər tərəfdən o, telefonları ondan yox Əfsanədən götürmüşdür. Həmçinin iş materiallarında görünür ki, 46 ədəd telefon barədə araşdırma başa çatdırılmamış, səs yazıları tam tədqiq olunmamışdır. Adları yuxarıda qeyd olunan telefonların faktura dəyərlərinə uyğun olaraq, ona cəmi 81 telefona görə 32 985 manat pul ödənilməlidir. Göründüyü kimi cavabdehlər Cavabdeh2, X10 əlbir olub ondan götürdükləri külli miqdarda dəyəri olan telefonları dəyərindən aşağı qiymətə müxtəlif mağazalara satıb əldə etdikləri pulu mənimsəməklə ona külli miqdarda maddi zərər vurmaları tam sübutayetmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh2 ona cəmi beş min manat borcu olduğunu bildirmişlər. Bundan başqa digər Cavabdeh1 onları tanış edərkən Əfsanəyə görə zamin dayanmış və sonda öz öhdəliyinə əməl etməkdən yayınmışdır. Odur ki, hesab etmişdir ki, məsələ məhkəmə yolu ilə həll olunmalı, həmin maddi və mənəvi zərər cavabdehlərdən tutulmalıdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 32 756 manat maddi zərərin həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmunua uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh Günay Canıyeva iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, telefonları Aydın Əfsanənin evinə gətirirdi, o da oradan götürmüşdür. Həmin telefonları mağazalara satmışdır. Lakin pulları həm Əfsanəyə, həm Aydına qaytarmışdır. Nə qədər pul verdiyini deyə bilmir. Aydından almış olduğu telefonların pulunu ödəyib. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Aydını 2018-2019-cu illərdən tanıyır. Ondan 20 000 manat dəyərində telefon almışdır. O, da mağazaya deyil tanıdığı adamlara həmin telefonları kreditlə satmışdır. Hər telefonun üstünə 15-20 manat pul qoymaqla 6 ay, 1 il müddətinə nisyə satmışdır. Aldığı bütün telefonların pulunu Aydına qaytarmışdır ona borcu qalmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 28.12.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddia ərizəsində göstərilən telefonların dəyərinnə dair tədqiqat aparılması üçün ekspertiza keçirilmiş, ekspertin rəyinə əsasən həmin telefonların ümumi dəyəri 32756 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada nisyə alqı satqı müqailəsi bağlanmışdır, lakin işdə olan qaimə fakturadan müəyyən olunur həmin telefonlar cavabdehlərə təqdim edilmişdir. Cavabdehlər götürdükləri telefonun dəyərini iddiaçıya qaytardıqlarını bildirsələr də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə sübuta yetirilir ki, iddia tələbində qeyd edilən məbləğdə telefonlar cavabdehlər tərəfindən iddiaçıdan götürülmüş, daha sonra müxtəlif mağazalarda satılmış, lakin həmin telefonların məbləğlərinin iddiaçıya qaytarılması hər iki cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda məhkəmə hesab edir ki, tələb əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən 32756 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 32 756 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 32786 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar