Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-94/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X12 qarşı “əmlakda payın naturada bölgüsü” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X12 qarşı “əmlakda payın naturada bölgüsü” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun payında olan torpaq sahəsindən çıxarılması, ona mükiyyətində olan əmlakdan istifadəyə yaratdığı maniələrin ona qadağan olunması, paylı mülkiyyətin miras evin, yardımçı tikililərin,torpaq sahənin və sair) naturada bölünməsi, ona cavabdehin torpaq sahəsindən əvəzi ödənilməklə onun torpaq sahəsinə zəruri yolun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, Bakı şəhər Əzizbəyov (hazırki Xəzər) rayon X24 İcrayə komitəsinin 20 may 1955-ci il tarixli qərarı ilə ( protokol N-8) mərhum atası X13 fərdi yaşayış evinin tikintisi üçün hazırki mübahisə predmeti olan torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə Bakı şəhər İcrayə Komitəsinin 1956-ci il tarixli 118 saylı icazə sənədi ilə icazə verilmişdir. Mərhum atası qeyd olunan sənədlərə əsasən hazırki ünvan 1 ünvanda, hazırda ümumi sahəsi 931, 3 kv.m olan ona ayrılmış torpaq sahəsində ailəsinə fərdi yaşayış evi və yardımçı tikililər inşa etdirmişdir. Onlar atasının övladları (vərəsələr.) onunla həmin evdə yaşamışlar. Mübahisə predmeti olan ünvan 2 ünvanda olan mülkə 1968-ci ildə texniki pasport verilmişdir.Texniki pasporta əsasən mülk 1956-ci ildə inşa edilmişdir. Mülkin tikilisi yarımzirzəmidə əlavə anbar-33,6 kv.m,anbar-tövlə 19,4 kv.m,1-ci mərtəbədə anbar-11,0 kv.m,hamam-1,6 kv.m.,dəhliz-7,8 kv.m,açıq eyvan 653kv.m tikilmişdir. Hal-hazırda “ A” tikilisi -1 məbəli yarımzirzəmili 1 yaşayış otaqı-2,1 kv.m , köməkçi sahə-49,0 kv.m, açıq eyvan, yarım zirzəmi 87,0 kv.m-dən İbarətdir. Həyətyanı sahədə təzə 1 mərtəbəli yaşayış evi, tövlə-8,8 kv m,ayaq yolu-1.6 kv.m, hovuz 16,1 kv.m, tövlə-20,8 kv.m, hamam-8,4 kv.m,ayaqyolu 2.1 kv.m tikilmiş, 4.3 kv m anbar sökülmüşdür. Təzə 1 mərtəbəli 1 yaşayış otağı 15,2 kv.m-dir, köməkçi sahə isə 32,5 kv.m-dir. Bu tikililər hazırda möcüd olan 93133 kv.m tarpaq sahəsində yerləşir. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinion 208 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Mərdəkan qəsəbəsi Əncirni küçəsi 05 ünvanda yeləşən mərhum atama X4 məxsus mülkin “A” tikilisinin,yarım zirzəmidə əlavə anbarın - 33,6 kv.m,anbar - tövlənin19,4 kv.m,l mərtəbəli anbarın 11,0 kv.m, amamın-1,6 kv .m,dəhlizin-10,8 kv.m , girişin 7,8 kv m, açıq eyvanın26,3 kv.m tikintisindən, hal hazırda 1 məbəli yarımzirzəmili 1 yaşayış otaqı-2,1 kv.m , köməkçi sahə-49,0 kv.m, açıq eyvan 2ərt6,3 , yarım zirzəmi 87,0 kv.m-dən ibarətdir. Həyətyanı sahədə təzə 1 mərtəbəli yaşayış evi, tövlə-8,8 kv m,ayaq yolu-1.6 kv.m, hovuz 16,1 kv.m,tövlə-20,8 kv.m, hamam-8,4 kv.m,ayaqyolu 2.1 kv.m tikilmiş, təzə 1 mərtəbəli 1 yaşayış otağı 15,2 kv.m-, köməkçi sahə isə 32,5 kv.m tikintisindən ibarət əlavə dəyişikliklərin qeydə alınması qeydə alınmışdır. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 208 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirni küçəsi 5 ünvanda olan, mərhum atama məxsus mülkdəki əlavə və dəyişikliklərin həminm mülkin reystrindən çıxarışında və texniki pasportunda qeydə alınması DƏDRX-nin lsaylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Miras qoyan mərhum atası X16 25.03.996-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsələr faktiki olaraq mirası qəbul etmişlər, mövsümi olaraq ailələriylə həmin mülkdə yaşamışlar. Göründüyü kimi torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş mülk və yardımçı binalar 1956-ci ildən kimi istifadələrindədir. Sonradan 08.04 2019-cu ildə mərhum atalarının adına tam pay həcmində DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərfindən mübahisəli torpaq sahəsi dövlət reystrində qeydiyyata alınmış və torpaq sahəsinə dair Çıxarış verilmişdir. Bundan sonra cavabdeh mülki zəbt etmiş və digər vərəsələrə qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon məhkəməsində “payların müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia qaldırmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2021 saylı qətnaməsi ilə hazırki, cavabdehin miras əmlaka dair 5/6 pay hüququ, onun isə 1/6 pay hüququ tanımışdır. Bundan sonra digər vərəsə X17 miras əmlakdan payının müəyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə yenidən paylar müəyyənləşniş, Cavabdeh miras əmlakdan 4/6 payı, onun 1/6 payım, digər vərəsə X8 1/6 payı müəyyən olunmuş və payçılara ümumi çıxarış verilmişdir. Lakin cavabdeh miras əmlakı tam (evi, torpaq sahəsini və digər tikililəri) zəbt etmiş ona mülkiyyətində olan pay torpağından və digər miras əmlaklarından (evdən, Yardımçı tikililərdən və sair) istifadə etməyə maniələr yaradır, onu mülkə buraxmır. Hesab edir ki, cavabdehin onun payında olan torpaq sahəsindən çıxarılması, ona mükiyyətində olan əmlakdan istifadəyə yaratdığı maniələrin cavabdehə qadağan olunması, paylı mülkiyyətin ( miras evin, yardımçı tikililərin,torpaq sahənin və sair) naturada bölünməsi, cavabdehin torpaq sahəsindən əvəzi ödənilməklə onun torpaq sahəsinə zəruri yolun verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, paylı mülkiyyətin (miras evin, yardımçı tikililərin,torpaq sahənin və sair) naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X18 iddianın təmin edilməsinə etiraz etmədi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanı Cavabdeh, X9 və X5 paylı mülkiyyətindədir. Həmin çıxarışa əsasən iddiaçının payı – ünvan 3 ünvanında yerləşən mülkün 1/6 hissəsindən ibarətdir. -Bakı şəhər Əzizbəyov (hazırki Xəzər) rayon X24 İcrayə komitəsinin 20 may 1955-ci il tarixli qərarı ilə ( protokol N-8) X13 fərdi yaşayış evinin tikintisi üçün hazırki mübahisə predmeti olan torpaq sahəsi ayrılmışdır. -Bakı şəhər İcrayə Komitəsinin 1956-ci il tarixli 118 saylı icazə sənədi ilə Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi 123 saylı sahədə tikinti aparmağa icazə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarınınqeydiyyatı idarəsinin məktubunun sürətindən görünür ki, həyətyani sahə 9.4 kv.m artırılmışdır, 1№-li tikili sökülmüşdür. Bu barədə müvafiq tədbirin görülməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 05/83458/69 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir.
1. Ata: X6 -xx.xx.1996(ölüm)
2. Ana: Useynova Şövkət xanım Rüstəm qızı -xx.xx.2016 (ölüm)
3. Qardaş: X18 — xx.xx.1950
4. Qardaş:X19 — xx.xx.1957
5. Bacı:X14 — xx.xx.1960
6. Bacı:X15 — xx.xx.1964
7. Qardaş:Hüseynov.Qorxmaz Zəkəriyyə oğlu — 04.1 0.2009(ölüm)
8. Qardaş:X20 — xx.xx.2012 (ölüm) -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəisinə ünvanladığı 167 saylı xx.xx.2018-ci il tarixli məktubun sürətindən görünür ki, xx.xx.1996-ci ildə vəfat etmiş X2 miras əmlak dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi bağlı Bakı şəhər 19 saylı notariat kontorun oğluX26 oğlu tərəfindən müraciət daxil olmuşdur. X2 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasınd xx.xx.2018-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış və texniki pasportun mərhumun adına verilməsini xahiş etmişdirlər. - Azərbaycan SSR Komunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid paspotrun sürətindən görünür ki, Şüvəlan qəsəbəsi İnjirnaya küçəsi ev 5 ünvanı X3 mülkiyyətindədir. - ev kartoçkasının sürətindən görünür ki, X3 mülkiyyətində olan Şüvəlan qəsəbəsi İnjirnaya küçəsi ev 5 ünvanı cəmi 74,0 tikinti sahəsindən və 921,9 meydança sahəsindən ibarətdir. - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərlərinin müəyyən edilməsinə dair arayışın sürətindən görünür ki, ünvan 7nin xx.xx.2019-cu il tarixə bazar qiyməti 63000,0 manat təşkil edir. - Torpaq sahəsinin planı və ölçüsü barədə sənədin sürətindən görünür ki, ünvan 7 X2 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Xəzər rayonu İcra hakimiyyəti Başçısının 208 saylı xx.xx.2011-ci il tarixli sərəncamının sürətidən görünür ki, Mərdəkan qəsəbəsi, Əncirli küçəsində yerləşən mərhum X4 məxsus 5 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət — Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin. - ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxeminin sürətindən görünür ki, mübahisəli ünvanın bölgü sxemi imzalanaraq təstiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/476 nömrəli ekspert rəyindən görünür ki, ünvan 8 ünvanında yeləşən torpaq sahəsinin İddiaçı Zəkəriyyə oğlu ilə Cavabdeh arasında naturada istifadələrinə ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsinin küçə tərəfə olan hissəsində giriş hissədən həyətin içərisinə doğru, yan divarlardan 5,7 metr və 6,0 metr aralı, 23,12 metr uzunluğunda hasar hörülməli və hasarın sonunda yan sərhəd hasarları arasında 11,1 metr uzunluğunda hasar hörülərək bölünmüş hissələr təcrid olunmalıdır. Təklif olunan bölgü variantında 1/6 paya düşən torpaq sahələrinə giriş-çıxış küçə tərəfdən, 4/6 paya düşən torpaq sahəsinə isə giriş-çıxış məhəllə daxili yol tərəfdən olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yeləşən torpaq sahəsi hər birinin payı müəyyən edilməklə, hazirki iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh və X9 paylı mülkiyyətindədir. İddiaçı ilk öncə digər paylı mülkiyyətçilərə payının ayrılması tələbi ilə müraciət etmiş, paylı mülkiyyətçilər arasında müvafiq razılaşma əldə olunmadığından, iddiaçı ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmuşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında olan razılaşmaya əsasən onlar arasında bölünməsi nəzərdə tutulmuşdur ki, bu da mülkiyyətçilərin alarındakı razılaşma əsasında mümkündür. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik məhkəmənin tərəflərin arasında razılıq olmadıqda payların mülkiyətçilərin paylarına uyğun naturada bölünməsini nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, mübahisəli əmlakdan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olması ekspert rəyi ilə öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçı və cavabdehlərdən tutulub X11, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və tikililər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/476 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən İddiaçı sahəsi 130 m2, enləri 5.65 m və 6 m olan 1/6 hissədən, Cavabdeh sahəsi 527 m2 olan 4/6 hissədən payı və cavabdeh X1 130 m2, enləri 5.7 m və 5.45 m olan 1/6 hissədən ibarət paylarının naturada ayrılması müəyyən edilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat ekspertiza xərci birgə qaydada İddiaçı və cavabdehlər Cavabdeh və X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X11 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev