Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-957/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən ünvan 1 ünvanında yer qəsəbə Mədəniyyət evinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılması cavabdeh və onun ailə üzvlərinin həmin binadan çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evi ünvan 2 ünvanında 2 mərtəbəli qeyriyaşayış binasında yerləşir, həmçinin tabeliyində yay və qış zalı mövcuddur. Qeyd olunan qeyriyaşayış sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət lomitəsi tərəfindən verilmiş daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışa əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qeydiyyat No 1749) balansındadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli, 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemindəki şəhər (rayon) X1 Əsasnaməsinə uyğun olaraq Şüvəlan Mədəniyyət evi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan və fəaliyyəti ilə bağlı digər mədəniyyət müəssisələrinə, incəsənət kollektivlərinə, yaradıcılıqla məşqul olan təşkilatlara, idarə və şəxslərə, ictimai təşkilatlara, habelə geniş əhali kütləsinə, xüsusi ilə gənclərin, yeniyetmə və uşaqların asudə vaxtdan səmərəli istifadəsinə və maraqlı keçrilməsinə, xalq yaradıcılığının məhsulu olan Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinə xidmət göstərən və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təhsisatıdır. Şüvəlan qəsəbə Mədəniyyət evi mədəni-kütləvi tədbirlərin, konsertlərin, bayram tədbirlərinin, əlamətdar günlərin təşkil edilməsində, eləcə də yerləşdiyi qəsəbədə əhalinin, xüsusi ilə də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli istifadəsində və onların mədəni ruhunun formalaşdırılmasında mühüm rol oynayır. Şüvəlan qəsəbə Mədəniyyət evinin yay zalı Cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə mədəniyyət evinə yay zalından sahədən yaşayış evi kimi istifadə etməkdədir. Mədəniyyət evinin öz təyinatından kənar məqsədlər üçün istifadə olunması mədəniyyət sahəsinə xidmət edən bir dövlət qurumunun nüfuzuna mənfi təsir göstərir, eləcə də müəssisənin normal iş fəaliyyətinə və mülkiyyətçinin öz qanuni hüquqlarının həyata keçirilməsinə mane olur. Şüvəlan qəsəbə Mədəniyyət evinin rəhbərliyi tərəfindən dəfələrlə Cavabdeh şifahi və yazılı fomada mədəniyyət evinin ərazisini boşaldılması bildirilmişdir, lakin o, hələ də qeyd edilən sahəni boşaltmamışdır. Cavabdeh və onun ailə üzvlərinin Şüvəlan qəsəbə Mədəniyyət Evinin ərazisindən çıxarılması ilə əlaqədar mədəniyyət evi tərəfindən dəfələrlə hüquq mühafizə organlarına müraciətlər edilmiş, Cavabdehla danışıqlar aparılmış, məktublar ünvanlanmışdır. Lakin qeyd edilənlər məsələnin həllini təmin etməmiş və nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud formada pozulmuşdur. Bu barədə sonuncu dəfə Cavabdeh qeyd edilən sahəni boşaltması barədə 25 aprel 2022-ci il tarixli, 13 nömrəli və 16 iyun 2022-ci il tarixli, 41 nömrəli məktublar ünvnalanmışdır. Həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə 19 may 2022-ci il tarixli, 30 imrəli, Xəzər Rayon İcra Hakimiyyətinə 20 may 2022-ci il tarixli, 31 nömrəli, Xəzər Rayon Polis idarəsinə 17 iyun 2022-ci il tarixli, 43 nömrəli məktublarla müraciət edilmişdir. Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 1 müavini Elşən Qurbanovun 29 iyun 2022-ci il tarixli, 902 nömrəli və Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 29 iyun 2022-ci il tarixli, 056-8931-3222 nömrəli cavab məktublarına əsasən Cavabdeh və onun ilə üzvlərinin mədəniyyət evinin ərazisindən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh ilə bağlı fakt araşdırılmış və müvafiq tədbirlər götürlmüşdür. Məsələ ilə əlaqədar məhkəmə orqanlarına müracit etmək məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli registrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən bina ( yay və qış zalları) Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansındadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında olan yay zalını boşaldaraq çıxması barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1715 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən Şüvələn qəsəbə Mədəniyyət evinin 136,7m2 (4,30x15,90m)x2, h=5,75m 2mərtəbəli tikili (hazırda yaşayış evi) bir hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı cavabdehin idarənin balansında olan yay zalını zəbt edərək orda yaşamasını bildirmişdir. Mübahisəli daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. İddiaçı balansında olan ünvan 6 ünvanında yerləşən yay zaldan cavabdehin çıxmasını tələb etsə də, o, binadan çıxmaqdan imtina edir. Cavabdeh tərəf mübahisə üzrə iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak iddiaçı balansında olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı binasının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh ünvan 6 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yay zalı boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus olan ünvan 6 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yay zalında yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin halhazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin bağ sahəsinə istifadə hüququ olmadığından, Cavabdeh iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yay zalından çıxarılmalı, həmin zal boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli bağ evinin mülkiyyətçisi olduğundan, mübahisəli bağ evinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 100,0 (yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100,0 (yüz) manat məbləğində pul Cavabdeh tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı ünvan 6 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin zəbt olunmuş hissəsindən (ekspertiza rəyində göstərilən hissəsindən) çıxarılsın və həmin hissə boşaldılaraq iddiaçıya təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100,0 (yüz) manat məbləğində pul Cavabdeh tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-957/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-957/2023
12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver