Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1000/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi Khassay Gazıyevin (X1) iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu ilin iyul ayında cavabdeh onların klinikaya müraciət edərək həkim stomotoloq Günay Əliyevanın qəbulunda olmuşdur. Ona diş müalicəsi, metal keramika qapaq və protez (Bugel) ilə bağlı stomatoloji xidmətlərin həyata keçiriləcəyi bildirilmiş və bütün bunların cəmi xidmət haqqının 1200 manat təşkil etdiyi cavabdehə bildirilmiş və o, bu məbləğlə razılaşmış, daha sonra ona qeyd olunan stomotoji xidmətlərin icrasına başlanmazdan əvvəl xidmət haqqının 30% ilkin ödəniş tələb olunmuşdur. Çünki, alman materialların qiymətini texnikə ödəmək üçün ilkin ödəniş olunmalı idi. Lakin cavabdeh üzərində pul kartının olmadığını bəhanə etmiş, həkimi arxayın etmişdir ki, tezliklə ödənişi edəcəkdir. Hər dəfə cavabdeh inandırıcı şəkildə həkimi aldadaraq ödənişdən yayınmışdır. Təxminən bir ay ərzində ona diş müalicəsi, metal keramika qapaq və protez (Bugel) ilə bağlı stomatoloji xidmətlər göstərilsə də, həmin şəxs xidmətlərin qiymətini ödəməmiş, hər dəfə həkimlə və klinika rəhbərliyi ilə danışdıqda pulu verəcəyini bildirmiş, guya bank hesabında probleminin olduğunu, ya da harasa tələsdiyini əsas gətirərək ödənişdən yayınmışdır. Həkimlə olan bütün yazışma və səs yazılarında cavabdeh klinikaya olan borcunu etiraf etmiş, lakin bu günə kimi ödəməkdən yayınmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixindən etibarən o, onların zənglərə və mesajlarına cavab verməmişdir. Beləliklə, cavabdeh göstərdiyi stomatoloji xidmətlərə görə onlara 1200 manat məbləği bu günə kimi ödəməmişdir. Onun qanunsuz hərəkətləri ilə bağlı polisə də müraciət etsələr də, məsələnin mülki xarekterli olduğu əsas gətirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Khassay Gazıyev (X3) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh klinikaya müraciət edərək, dişini müalicə etdirmiş, ən bahalı və keyfiyyətli metal keramika qapaq və protez qoydurmuşdur, lakin müxtəlif səbəblər göstərərək pul ödəməmişdir. Onlar dəfələrlə cavabdehə pulun ödənilməsi ilə bağlı müraciət etsələr də, o, pulun ödənilməsindən boyun qaçırmışdır. Onlar bu barədə Binəqədi rayonu Polis İdarəsinin 7-ci Polis Bölməsinə də şikayət vermişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS bildiriş) göndərilmiş və eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyb, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Cavabdeh diş müalicəsi, metal keramika qapaq və protez (Bugel) ilə bağlı stomatoloji xidmətlər göstərilmiş, həmin şəxs xidmətlərin qiymətini ödəməmiş, hər dəfə onunla və klinika rəhbərliyi ilə danışdıqda pulu verəcəyini bildirmiş, guya bank hesabında probleminin olduğunu, ya da harasa tələsdiyini əsas gətirərək ödənişdən yayınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 29 iyul 2022-ci il tarixli görülən iş aktına əsasən həkim X4 tərəfindən pasiyent Cavabdeh protez (Bugel) 500 manat, metal keramika qapaq (8 ədəd) 640 manat, diş müalicəsi 60 manat, cəmi 1200 manat məbləğində xidmət göstərilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin vətəndaş X2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun xx.xx.2022-ci il tarixdə idarəyə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirmişlər ki, qeyd etdiyi məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan sms yazışmalarından və səs mesajlarından görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixdə görülmüş işə görə həkimə öz təşəkkürünü bildirmiş, lakin sonra ona texnikin kartının şəkli göndərilərək pulun ora köçürülməsi xahiş olunsa da, Cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, hər dəfə qısa müddət ərzində pulu ödəyəcəyi ilə bağlı vədlər vermişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında xidmətin göstərilməsi barədə müqavilə mövcud olmasa da, cavabdeh iddiaçı klinikanın göstərdiyi müayinə və müalicə xidmətlərindən istifadə etmiş, bu xidmətlər müqabilində 1200 manat məbləğində pulu ödəməyi üzərinə öhdəlik götürmüş, iddiaçı klinika öz öhdəliyini icra edərək cavabdehin müalicəsini həyata keçirtsə də, cavabdeh həmin öhdəliyi icra etməmiş və halhazırda həmin məbləğdən heç bir ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı 29 iyul 2022-ci il tarixdə Cavabdeh ümumi dəyəri 1200 (bir min iki yüz) manat məbləğindən ibarət diş müalicəsi etmiş, cavabdeh isə iddiaçının xidmətlərindən istifadə edərək bunun müqabilində görülmüş iş üzrə heç bir ödəniş etməmişdir. Belə ki, bu hal məhkəmə iclasında iddiaçının nümayəndəsinin, şahidin izahatları və iş materiallarında olan iddia ərizəsi ilə və sms yazışmaları ilə öz əksini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1000/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1000/2023
09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver