Məhkəmə qərarları › İş №2(004)-1003/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1003/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1003/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2, Cavabdeh3, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil Səftəq qızının iştirakları ilə, İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X3 küçəsi 12 D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan , 1 otaqlı qeyriyaşayış binasına "xxxx" MMC tərəfindən onun mülkiyyət hüququnu pozan xx.xx.2022-ci tarixli Y-380/22 N9-1 i protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1967-ci ildə anadan olmuşdur, orta ixtisaslıdır. 1989-cu ildə həmyerlisi Nümayəndə1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu münasibətdən xx.xx.1997-ci il təvəllüdlü Elnur adlı bir övladları var. Sonralar şəkər və digər xəstəliklərə məruz qalaraq gözdən kor olmaqla, İ qrup əlildir. O, həyat yoldaşı Nümayəndə1 ilə ailə həyatı qurandan sonra ünvan 2 ünvanında 0.0027 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 21.1 kv m olan 1 mərtəbəli, 1 otaqlı qeyri-yaşayış sahəsini almışlar. Həyat yoldaşı həmin qeyri-yaşayış sahəsində xırda ticarət etməklə onu və övladını maddi cəhətdən təmin edirdi. 2022-ci ilin qış aylarında , ona məlum oldu ki, iddiaçı, işdə 3-cü şəxs Cavabdeh3 onun xəbəri və icazəsi olmadan həyat yoldaşı Nümayəndə1 adına olan, birgə nigah dövründə əldə etdikləri Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən, ƏNDK yanında DMDRX Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014, reyestr nömrəsi,: 11:13011020-06631) qeyd edilən və cavabdeh Nümayəndə1 mülkiyyətində olmaqla, ümumi sahəsi 21.1 kv.m olan 1 mərtəbəli, 1 otaqlı qeyri yaşayış sahəsininə həyat yoldaşının ona olan borcuna görə, Lənkəran Rayon Məhkəməsi vasitəsilə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nigah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmaslından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından aslı olmayaraq nigah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Tələbkar Cavabdeh3 Lənkəran İcra və Probasiya şöbəsi 1 saylı Notariat kontorunun icra qeydi: №81-9281,xx.xx.2021-ci il, Lənkəran Rayon Məhkəməsinin qərardadı №8(049)-298/2021, xx.xx.2021-ci il əsas tutaraq "Bakı Hərrac Mərkəzinə” müraciət edərək həyat yoldaşı Nümayəndə1 adına olan, birgə nigah dövründə əldə olunmuş Lənkəran şəhəri, X3 küçəsi, 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m olan 1 otaqlı qeyri-yaşayış binasını hərraca qoyulmaqla, 50.000 dəyərində olan dükanına 20150 (iyirmi min yüz əlli manat) qiymət qoydurmaqla, (hesab edir ki, öncədən razılaşmaqla) həmin hərracda alıcı olmuşdur. Azərbaycan Respublikasının Konstitutsiyasına görə mülkiyyətçilik hüququ toxunulmazdır. Bu gün onun hüququ pozulmuş, ona isə bu barədə heç bir məlumat verilməmişdi. Adı çəkilən “Bakı Hərrac Mərkəzinin” hərracın nəticələri haqqında yekun №Y- 380/2022 saylı protokolun etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində həyat yoldaşı Nümayəndə1 iddia qaldırmış və həmin işdə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049) 3713/2022 saylı qərardada əsasən o da 3-cü şəxs olaraq işə cəlb olunmağına dair ərizə vermişdi. xx.xx.2023 tarixli, 2(004)- 1912/2023 saylı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən həyat yoldaşı Nümayəndə1 iddiası təmin edildi və ünvan 2 ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixində keçirilmiş hərrac protokolu etibarsız hesab edildi və bu barədə qətnamə qəbul olundu. Tələbkar bu qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi, şikayəti əsassız olaraq təmin olundu. Aşağıdakı sadaladığı hallara görə həmin hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulduğundan həmin protokol etibarsız hesab edilməlidir. Bildirmişdir ki, hərracın keçirilməsində onun xəbəri və icazəsi olmamış, sözügedən əmlaka 2/1 hissəsi müəyyən olunduğu halda, qanunsuz olaraq hərrac keçirilmişdir. Bundan başqa, yuxarıda qeyd olunan əmlak 008M**********42 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 120 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixindən iş üzrə 3-cü şəxs olan "xxxx" QSC-yə ipoteka qoyulmuş və hazırda həmin əmlak ipoteka saxlayan kimi "xxxx" QSC yüklülüyündədir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə həbs ilə qanunsuz mövcuddur. (DƏDRX-nin arayışını iddia ərizəsinə əlavə etmişdir) “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 61-ci maddəsində hərraca çıxarılma əmlaka dair əlavə edilməsi nəzərdə tutulan sənədlərin siyahısı qeyd edilmiş və həmin maddənin 3-cü bəndinin 3-cü və 4-cü yarımbəndlərinə sifariş verilərək daşınmaz əmlak satıldıqda həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən, istifadə hüquqlarını və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin sürətlərinin əlavə edilməsi qeyd edilməlidir. Lakin Lənkəran İcra və Probasiya şöbəsi 6 ay əvvəl ipoteka qoyulmuş və hazırda da ipoteka predmeti olan daşınmaz əmlakı hərrraca çıxararkən həmin daşınmaz əmlaka dair sənədləri hərrac təşkilatına təqdim etməmiş və tələbin ipoteka predmetində olan əmlaka yönəldilməsi zamanı üstünlük hüquqlarının ipoteka saxlayanda olması barədə qanunvericiliyin tələbini pozmuşdur. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ-9281 nömrəli icra qeydi aparılmış, icra qeydinə əsasən Nümayəndə1 25440 manatın tutulub Cavabdeh3 ödənilməsinə göstəriş verilmişdir. Həmin icra sənədi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 icraatına daxil olmuş, tələbin könüllü qaydada ödənilməsi üçün təyin edilmiş müddətdə icra sənədi icra olunmadığından məcburi icra tədbirlərinə başlanılmış və icra məmuru tərəfindən Nümayəndə1 mülkiyyətindəki Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının üzərinə həbs qoyulması məqsədilə təqdimatla Lənkəran Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Daşınmaz Əmlakın Zcvlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 12 D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadratmetr olan 1 otaqlı qeyri-yaşayış sahəsi Nümayəndə1 mülkiyyətindədir və əmlak üzərində xx.xx.2021-ci il tarixli 008LQ0000 ******* saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ipoteka, Cavabdeh1 xx.xx.2021-ci il tarixli Qərarı ilə həbs mövcuddur. Lənkəran şəhəri, X4 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binası Cavabdeh1 sifarişi əsasında "Sərraf-M” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, əmlaka 20 150 manat (orta bazar dəyəri) qiymət qoyulmuşdur. Cavabdeh1 rəisi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nə sifariş məktubu ünvanlanmış, Nümayəndə1 mülkiyyətindəki Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının satılması üçün nərracın keçirilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə, Nümayəndə1 və Cavabdeh3 bildiriş göndərilmiş, bildirişdə Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin satış qiyməti 20 150 manat otmaqla hərraca çıxarılacağı barədə məlumat verilmiş, həmçinin “Market” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında müvafiq elan yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş həmin bildiriş xx.xx.2022-ci il tarixdə Nümayəndə1 çatdırılmışdır. Nümayəndə1 xx.xx.2022-ci i! tarixdə Lənkəran rayon era və probasiya şöbəsinə və "xxxx" MMC-nə şikayət ərizələri ünvanlamış, ərizələrində, ünvan 8rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 008L00000 ******* saylı müqaviləyə əsasən girov predmeti olduğunu, bu səbəblə də hərraca çıxarıla bilinməyəcəyini bildirmişdir. Həmin ərizələr xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq Cavabdeh1nə və "xxxx" MMC-nə çatdırılmışdır. "xxxx" MMC tərəfindən Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 12 D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsi ilə bağlı 2E.10.2022-ci il tarixdə hərrac keçirilmiş, əmlak 20 150 manata Cavabdeh3 satılmış, Cavabdeh3 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319-cu, 415-416-cı maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-45-ci, 49-53-cü maddələrinə uyğun olaraq qanuna müvafiq şəkildə hərrac keçirilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı bildirir ki, hərracda cavabdehə satılmış daşınmaz əmlak birgə nikah dövründə alınmış əmlakdır və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının ½ payı müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının əri X5 birgə nikah dövründə Cavabdeh3 25 440 manat məbləğində borc pul götülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Yəni, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarına əsasən: qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah cövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə ssasən, ərarvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və s. arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə s'əfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Yuxarıda sadalanan Konstitusiya Məhkəməsinin Plenum Qərarını hazırki, işə tətbiq etdik də aydın görünür ki, iddiaçının yoldaşı tərəfindən götürülmüş borc birgə nikah dövründə götürülmüşdür və bu da həm iddiaçı, həm də onun əri üçün ümumi öhdəlik yaratmışdır. Ona görə də, həmin borcun ödənilməsi birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsi tam qanunidir. Odur ki, Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac qanunvericliyin tələblərinə uyğun olaraq keçirilmişdir. İddiaçı və onun əri tərəfindən verilən müxtəlif iddialar sadəcə borcun ödənilməsində vaxtın uzadılması xarakterini daşıyır. Yuxarıda bütün qeyd edilən halları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə1 və nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil Səftəq qızı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin nümayəndələri məhkəməyə gəlməmişlər, cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Lənkəran şəhəri Nikah Evi tərəfindən verilmiş İV-ЖГ 445378 saylı, xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Nümayəndə1 ilə X1 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış və həmin nikah 279 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışına əsasən Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 12 D tam mülkiyyət hüququ üzrə Nümayəndə1 adına xx.xx.2014cü il tarixdə qeydiyyatdan keçmişdir. - Bakı Hərrac Mərkəzi” MMC-nin 30 sentyabr 2022-ci il tarixli Y-380/22 saylı bildirişindən görünür ki, 26 oktyabr 2022-ci il tarixə hərrac təyin edilmişdir. - Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli Y-380/22 saylı hərracın nəticələri haqqında yekun protokoluna və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən Nümayəndə1 mülkiyyətində olan Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 12 D ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsi Cavabdeh3 tərəfindən 20150 manata alınmışdır. - "xxxx" MMC-nin 02-160/22 saylı, 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 12 D ünvanında yerləşən qeyri-yaşayış obyektinin 14 noyabr 2022-ci il tarixinə bazar dəyəri 45000 manat, likvid dəyəri 42000 manat təşkil edir. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-3713/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinə əsasən iddiaşı İddiaçı cavabdeh Nümayəndə1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsi üzərində İddiaçı və Nümayəndə1 ½ hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-888/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaşı İddiaçı cavabdeh Nümayəndə1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə icraat iddiaçı Nümayəndə1 cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Nümayəndə1 şikayəti təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 8(049)-3/2023 saylı qərardadı ləğv edilmiş, Lənkəran rayon 01 saylı Notariat Kontorunun 8İ-9281 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair Cavabdeh1 icra məmuru Vüsal Qasımovun təqdimatı təmin edilməmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1912/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Nümayəndə1 cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1nə və Cavabdeh3 qarşı "xxxx" QSC və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçı Nümayəndə1 mülkiyyətində olmuş Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, iddiaçı Nümayəndə1 mülkiyyətində olmuş Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6797/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1912/2023 saylı iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, Nümayəndə1 “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə eyni zamanda qeyd olunmuşdur ki, qanunvericilik paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, onun kreditorunun həmin payın ayrılmasını tələb etməli olduğunu tələb etsə də (§ 36, 44), bu tələbin pozulmuş olmasına (yerinə yetirilməməsinə) istinad edə biləcək şəxs borclu deyil, digər mülkiyyətçi ola bilər. Hazırkı halda isə, məhkəmənin ümumi birgə əmlak kimi qiymətləndirdiyi əmlakın hərracdan satışı digər mülkiyyətçi olduğu ehtimal edilən İddiaçı tərəfindən mübahisələndirilməmişdir. - Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti qeyri-yaşayış binasının bazar qiymətlərinə dair 31 iyul 2024-cü il tarixli rəyə əsasən Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında mülkiyyətində olan 0,0027 ha torpaq sahəsində yerləşən 21,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 31 iyul 2024-cü il vəziyyətinə görə halhazırki orta bazar dəyəri 46420 manatdır. Likvid dəyəri isə 41800 manat məbləğində müəyyən edilmişdir. - “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM 004-076/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli məktubuna əsasən apardıqları araşdırmalar, hesablamalar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, Lərkəran şəhəri, X3 küçəsi 21D ünvanda yerləşən qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixinə bazar dəyəri 18 500 (on səkkiz min beş yüz) manat, likvid dəyəri 16 500 (on altı min beş yüz) manat və hazırki dövrə bazar dəyəri 26 200 (iyirmi altı min iki yüz) manat, likvid dəyəri 24000 (iyirmi dörd min) manat təşkil edir. Qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumat bu rəyin ayrılmaz hissəsi olan hesabatda göstərilmişdir. “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh3 Təvəkkül oğlu qarşısında pud öhdəliyi olmuş, bu barədə notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru qanunsuz olaraq iddiaçının arvadı ilə ümumi birgə əmlakında olan iddiaçının payına tutma yönəldilməli olduğu halda bütün əmlaka tutma yönəldərək həmin əmlakın hərracdan satılması barədə sifariş vermişdir. Məhkəmə hesab edir ki, hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Məhkəmə xatırladır ki, qanunvericilikdə ipoteka predmetinə dair iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Hərrac təşkilatı təkrar hərrac keçirdikdən sonra ipoteka saxlayan qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün müddətində ipoteka predmetini əldə edilməsi barədə hərrac təşkilatı ilə protokol imzalamamış, təkrar hərrac keçirildikdən 3 gün sonra icra şöbəsi hərracın dayandırılması barədə müraciət etmişdir. Bundan başqa hərrac prosesi dayandırıldığı andan və yerdən davam etdirilməli olduğu halda, hərrac təşkilatı tərəfindən yenidən ilkin və təkrar hərrac keçirilmiş və nəticədə ipoteka predmeti üzrə 4 hərrac keçirlimişdir ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmadığından, həmin hərrac İpoteka haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən həm hərrac, həm də onun nəticələrinə dair protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair qərarında höstərilmişdir ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İş materiallarında olan qiymətləndirmə rəylərinə əsasən Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin dəyəri bir-birindən kəskin fərqlənən müxtəlif qiymətlərlə qiymətləndirilmişdir, bu da yenidən hərracın keçirilməsinə əsas verir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilməli, Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. Lənkəran şəhəri, X3 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar