Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1026/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 saylı evin 37 nömrəli mənzilə, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki 12, M13, 3 saylı mənzilə dair Cavabdeh adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 570680 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 saylı evin 37-ci mənzili üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq naturada İddiaçı faktiki sahiblik və istifadəsinə verilməsinə, Cavabdeh və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və onların mənzildən fiziki olaraq çıxarılmalarına" dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-838/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 3 nömrəli evin 37 nömrəli mənzil üzərində sahiblik hüququnun tanınmaqla, mənzilin Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq, Cavabdeh və onun ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 3486/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-838/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X1 və X4-Ziya qızının Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 nömrəli evin 37 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı N.Əlivevaya verilməsi qət edilmişdir.Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 7657/2019 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3486/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Bununla belə, Cavabdeh Ali Məhkəmənin xx.xx.2019cu il tarixinə təyin edilmiş məhkəmə iclasında sözügedən mənzilə dair çıxarış əldə etdiyini və mənzili də həmin çıxarış əsasında özgəninkiləşdirdiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh məhkəmələrin qanuni və əsaslı qətnamələrinin tələbini pozaraq, sadalanan qərarlar qüvvəyə minməmiş, mülki işin onun tərəfindən uduzulduğunu görərək mənzili özgəninkiləşdirmək fikrinə düşmüşdür. Belə olacağı təqdirdə, məhkəmə qərarlarının icrası qeyri-mümkün olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, mənzilin sahibliyinin İddiaçı məxsusu olmasına dair qanuni qüvvəyə minmiş qətnamə vardır. Qanunsuz əməllərinə görə binanın komendatı barəsində cinayət işi açılmış və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxarılmışdır. Cavabdeh ailəsi ilə birlikdə mənzili tərk etmiş və mənzil Yasamal Rayon İcra və probasiya şöbəsinin icra məmuruna təhvil verilmişdir. İddiaçı tərəfindən mənzil aktla təhvil alınmışdır və onun istifadəsindədir. İddiaçı mənzili özəlləşdirmək istəyir və müvafiq çıxarış buna mane olur. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkili izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-838/2018 saylı qətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 3 nömrəli evin 37 nömrəli mənzili üzərində sahiblik hüquqları tanınmaqla, mənzil Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq, Cavabdeh və onun ailə üzvləri mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-3486/2019 saylı qətnamədən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-838/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, X3 və X4-Ziya qızının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, mənzil 37 ünvanının (Yeni qaydalarla: Az 1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M13, m3) Cavabdeh adına xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınmasına əsas olan sənədlərdən “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2016-cı il tarixli, 01 saylı protokolunda “Bakı" MK-nın üzvlərindən olan X2 ərizə ilə müraciət edərək onun üzvlükdən çıxarılması və adına Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 37-də yerləşən 4 otaqlı ümumi sahəsi 137 kv.m olan mənzili və payı Cavabdeh adına keçirilməsini xahiş etməsinə dair məlumat vardır. Sözügedən protokolun mətnində X2 “Bakı” MK-nın üzvlüyündən çıxarılması, Cavabdeh “Bakı” MK-na üzv qəbul edilməsi və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 37-də yerləşən 4 otaqlı ümumi sahəsi 137 kv.m olan mənzilin onun adına keçirilməsi qərara alınmışdır. Mənzilin ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş digər sənədlərdə əmlakın ünvanı ünvan 3 kimi göstərilmişdir. Təqdim edilən kadastr məlumatlarına əsasən “Bakı” Mənzil Kooperativinin inşa etdiyi yaşayış binalarının istismara qəbul olunmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 143 nömrəli sərəncamında yaşayış binalarının ünvanı ünvan 4 İ.Qutqaşınlı) 6-cı saylı ünvan (Baş plan üzrə 3 və 4 saylı binalar) olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 570680 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 37 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 12, M 13, mənzil 3) Cavabdeh mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 570680 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 37 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 12, M 13, mənzil 3) Cavabdeh mülkiyyətindədir. Hazırda idiaçı İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 saylı evin 37 nömrəli mənzilə, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki 12, M13, 3 saylı mənzilə dair Cavabdeh adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 570680 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İş materiallarından da göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-838/2018 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 3 nömrəli evin 37 nömrəli mənzili üzərində sahiblik hüquqları tanınmaqla, mənzil Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq, Cavabdeh və onun ailə üzvləri mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-3486/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-838/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, X3 və X4-Ziya qızının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra isə həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 7657/2019 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.20129-cu il tarixli, 2(103)-3486/2019 saylı qətnaməsi qüvvədə qalmışdır. Beləliklə iş materiallarından da göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 nömrəli evin 37 nömrəli mənzili hazırda İddiaçı sahibliyindədir və bununla bağlı qanuni qüvvəsini almış qətnamə də mövcudddur. Lakin Cavabdeh iş materiallarında olan 570680 saylı çıxarışdan da göründüyü kimi mənzili qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, ona görə də təmin edilməli, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 saylı evin 37 nömrəli mənzilə, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki 12, M13, 3 saylı mənzilə dair Cavabdeh adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 570680 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 saylı evin 37 nömrəli mənzilə, yeni qaydalarla Bakı şəhəri Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki 12, M13, 3 saylı mənzilə dair Cavabdeh adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 570680 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1026/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1026/2020
10.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver