Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-103/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir üçün xərclədiyi 22930 manat pul vəsaitinin indeksasiya edilərək (pulun dəyərdən düşməsi nəzərə alınaraq), eyni zamanda 159 manat dövlət rüsumunun da Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı X1 Cavabdeh ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adını verdikləri övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkün olmamış, nəticədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Qızı ailə quranda cavabdeh ipoteka ilə mənzil almış, həmin mənzil təmirsiz olduğundan təmir etməyə imkanları çatmadığını bildirmiş, buna görə də qeyd edilən mənzilin təmirini öz öhdələrinə götürmüşlər ki, kirayədə çətinlik çəkməsinlər. Evin təmir xərclərini çəkməyinə səbəb qızı üçün şərait yaratmaq idi ki, o da elə alındı ki, qızı ilə cavabdeh ayrıldı, həmin mənzil isə cavabdehin istifadəsindədir. Mənzilin təmiri üçün 2017-ci ildə 18730 manat, 2600 manat mətbəx mebeli, 800 manat lüsturlar, dəhliz mebeli 800, ümumilikdə 22930 manat xərc çəkmişdir. Qeyd edilən xərclərdən əlavə qızının cehizləri də həmin evdədir (yataq, qonaq otağı mebeli dəsti, elektronika malları, qab qacaq, yorğan döşək və s. Bütün evi onlar doldurmuşdur). Qızı ilə cavabdeh ayrıldığından onunla, valideynləri ilə əlaqə saxladı ki, həmin təmiri qızı üçün etmişdi, artıq 3 ildən artıqdır ki, qızı da, nəvəsi də onunla yaşayır. Buna görə də düşünür ki, bir ana kimi qızının və nəvəsinin gələcəyini təmin edə bilməyi üçün nəsə etməlidir. Həmin mənzil ipotekada olduğundan bir neçə il onun aylıq ödənişini də birlikdə etmişlər. 22930 manat 2017-ci ildə təmirə pul xərclənsə də, pul dəyərdən düşmüşdür. Həmin vaxt minimal əmək haqqı 130 manat təşkil etmiş, indi isə 345 manat təşkil edir. Cavabdeh və valideynləri ilə bu məsələ ilə bağlı aralarında dəfələrlə müzakirə edilmiş olsa da, evi satacaqlarını, onların pulunu verəcəklərini desələr də hələ də bir manat da olsun təmir xərcini ödəməmiş, problem həll edilməmiş qalmışdır. Həmçinin bildirmişdir ki, qızına verdiyi cehiz əşyalar (qonaq otağı mebeli, yataq otağı mebeli, qab qacaq, yorğan döşək və s.) nəzərə alınmamışdır. Qeyd edilən əşyalar hələ də sözügedən mənzildə qalır. Təmirə çəkilmiş xərclər aşağıdakı kimidir: santexnik 500 manat; elektrik 500 manat; malyar 6100 manat; suvaq 500 manat; kafel metlaq 550 manat; mata kafel üçün 50 manat; döşəməyə reyka faner 800 manat; alçipan 920 manat; hamam üçün qapı 250 manat; işıq üçün karobka 30 manat; 3 kv.m. kafel 60 manat; alçipanın altına profil 300 manat; metlaq 22 kv.m. 340 manat; 8 torba mata 50 manat; mata 7x5 =35 manat; metlaq 25 manat; döşəməyə vurmaq üçün fəhlə haqqı 400 manat; emusiya 100 manat; hamam üçün tavan 200 manat, fəhləyə 100 manat; unitaz dəsti hamam 1150 manat; otaqların qapıları 730 manat; divar kağızları 800 manat dəyərində; laminat 500 manat; spot lampalar 40 manat; elektrik yuvası - 140 manat; karniz 60 manat; pəncərəaltlığı 50 manat; hava sovuran 170 manat; karniz paduqa 110 manat; kombi 1100 manat; qızdırıcı batareyalar 500 manat; istilik üçün borular 600 manat; “Gilan” qaimə ilə alınan təmir üçün xırda əşyalar 890 manat; mətbəx mebeli 2600 manat; dəhliz üçün mebel 800 manat; çilçıraq 800 manat. Daha sonra İddiaçı 05 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mənzilin təmiri üçün xərclədiyi 18730 manat məbləğində pulun və ödənilmiş 159 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 08 may 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, təmir üçün xərclədiyi 20830 manat pul vəsaitinin, eyni zamanda 12384 manat dəymiş ziyanın, ümumilikdə 33214 manat pul vəsaitinin və ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehdən 18730 manat tələb etmiş olsalar da, həmin məbləğə tavanı vuran ustanın əl haqqını (500 manat), otoplena çəkən ustanın əl haqqını (700 manat), mətbəx və bütün avadanlıqların qoşulması 200 manat, ümumi evə gedən plastik bortlar və aksessuarlara xərclənmiş vəsaitin (700 azn) unudduğunu aşkar etmişdir, yəni ki, təmirə 2018-ci ildə 18730 manat + 2100 manat = 20830 manat pul xərclənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 2018-ci ildən hal-hazıradək Mərkəzi Bankın bank uçot dərəcəsi ilə hesabladıqda ona məxsus olan pul vəsaitinin cavabdehin mənzilində qalması nəticəsində 12384 manat ona maddi ziyan dəymişdir. 69 000 manata alımış evin bu günkü satış qiyməti isə 190 000 manatdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçının təmir üçün xərclədiyi 20830 manat pul vəsaitinin ödəməyə razı olduğunu bildirmiş, lakin iddia tələbini digər hissədə qəbul etmir. Əlavə olaraq izahatında bildirmişdir ki, 2017-ci ildə təmir çəkilmişdir. Təmir də getdikcə köhnəlir, yenilənmir. 2017-ci ildə həmin təmirə nə qədər xərc çəkilmişdirsə bu göz qabağındadır. Onunla belə bir müqavilə bağlanılmamışdır ki, nə vaxtsa qiymətlər qalxsa təmirə çəkilən xərc də artacaq. Məhkəmədən iddianın qismən, 20830 manat məbləğində pulun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 463609 saylı, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən Cavabdeh ilə X3 qızı arasında bağlanmış nikah Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, 30 may 2023-cü il tarixdə nikaha xitam verilmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8129 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Beləliklə, işin halları ilə və məhkəmə iclasında tərəflərin verdiyi ifadələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçının qızı X1 və Cavabdeh xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Birgə nikah dövründə Cavabdeh ipoteka ilə mənzil almış, həmin mənzil təmirsiz olduğundan iddiaçı təmir xərclərini öz üzərinə götürmüşdür. Daha sonra iddiaçının qızı ilə cavabdehin münasibətləri korlandığından, aralarında olan nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Halhazırda iddiaçı təmir üçün xərclədiyi 20830 manat pul vəsaitinin, eyni zamanda 12384 manat dəymiş ziyanın, ümumilikdə 33214 manat pul vəsaitinin və ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdeh tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini qismən, “20830 manat pul vəsaitinin tutulması” hissədə qəbul edir. Məhkəmə ilk öncə iddia tələbinin “təmir üçün xərclədiyi 20830 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı təmir üçün 20830 (iyirmi min səkkiz yüz otuz) manat məbləğində pul xərclədiyini bildirir, cavabdeh isə bunu etiraf edir. Məhkəmə iddiaçının 20830 (iyirmi min səkkiz yüz otuz) manat təmir üçün xərc çəkməsi halını cavabdehin etirafı, yəni 20830 (iyirmi min səkkiz yüz otuz) manat məbləğində xərc çəkildiyini işin mübahisəsiz halı kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 20830 (iyirmi min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda kimi 12384 manat dəymiş ziyanın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona 12384 manat maddi ziyanın vurulması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20830 (iyirmi min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 190 (yüz doxsan) manatın 159 (yüz əlli doqquz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20830 (iyirmi min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 190 (yüz doxsan) manatın 159 (yüz əlli doqquz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-103/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-103/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver