Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-108/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə; İddiaçı3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizələrinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1799/2020 saylı. xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair 2(004)-1799/2020 saylı mülki iş, məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və X2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dar 2(004)- 1105/2020 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 məhkəməyə ərizə ünvanlayaraq, qarşı tərəflə barışdığından, onlara aid olan səhmlər satıldığından, mülki işin üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar iddialardan imtina edilməsi barədə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, iddialardan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçılara Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçıların öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçıların öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə; eləcə də İddiaçı3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair iddia tələbindən imtinası qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçılara Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri olan 300 (üç yüz) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və X2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və X1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X2 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə; İddiaçı3 cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı qiymətləndirilmənin nəticələrinin ləğv edilməsi tələbinə dair 2(004)- 108/2021 nömrəli mülki işin icraatına xitam verilsin. İş üzrə məhkəmə məsrəfləri olan 300 (üç yüz) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və X1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-108/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-108/2021
05.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver