Məhkəmə qərarları › İş №2(004)-11/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-11/2022

12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-11/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh3 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 2014-cü il tarixdə 30.000 manat pul vəsaiti qanunsuz olaraq keçmiş MTN əməkdaşları Cavabdeh1, Cavabdeh2 Zülfiiqar oğlu və Cavabdeh3 tərəfindən ələ keçirilmişdir. Bu fakt Bakı Hərbi Məhkəməsinin hökmü ilə də öz təsdiqini tapmışdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 1(093)-7/2018 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29,302.2, 302.2, 311.3.1, 311.3.2, 311.33. 311.3.4, 313, 320.1, 320.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2- ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 302.2 və 302.2-ci maddələri ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 il müddətində azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə beş il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313. 320.1 və 320.2-ci maddələri ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh1 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 31 1.3.2, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3. 1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yeri, ozunu idarəetmə orqanlannda rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-cı maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 180.2.2, 180.2.5, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2- ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 180.2.2 və 180.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, o, cinayət mühakimə icraatı zamanı öz ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ilin oktyabr ayında sözügedən cinayət işində digər zərərçəkmiş şəxs Sergey Gözəlovla birlikdə cavabdehlər tərəfindən hədə-qorxuya təsiri altında, narkotiklə həbs ediləcəyi hədəsi ilə pul tələb edilmişdir. O, qorxduğu üçun razılıq vermiş və Cavabdeh3lə zəngləşərək üç dəfə görüşmüş və hər görüş zamanı ona 10.000, ümumilikdə 30.000 manal pul vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci bəndinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmçinin, qeyd edilmiş hadisə onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması ilə nəticələnmişdir. Bu səbəbdən cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 100.000 manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. ‘İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarda həmçinin göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri cinayət əməli nəticəsində qanunsuz olaraq ələ keçirilmiş 30.000 manat pulun, gecikməyə görə illik 5% hesablanmaqla 6000 manat faiz borcu, mənəvi zərərə görə 100.000 manat olmaqla, ümumilikdə 136.000 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 törətdikləri cinayət əməli nəticəsində qanunsuz olaraq ələ keçirilmiş 30.000 manat pulun, gecikməyə görə illik 5% hesablanmaqla 6000 manat faiz borcu, mənəvi zərərə görə 100.000 manat olmaqla, ümumilikdə 136.000 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki,onun hazırda iş üzrə cavabdeh olmuş Cavabdeh1 qarşı hər hansı bir tələbi yoxdur və bu səbəbdən də, ona qarşı iddia tələbindən imtina etmişdir. Lakin digər şəxslərdən müştərək qaydada pulunu tələb edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ünvanladığı etiraz ərizəsini müdafiə edərək bildirdi ki, iddia ərizəsi hüquqlarını müdafiə etdiyi Cavabdeh2 aid hissədə əsassızdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı izahatında göstərmişdir ki, 30000 manat vəsaiti Cavabdeh3 vermiş, izahatda pulun Cavabdeh2 verilməsi göstərilmir. Eyni zamanda Cavabdeh2 həyat yoldaşı X2 bildirdiyinə görə İddiaçı Xətai rayon Məhkəməsində Cavabdeh3 qarşı iddia qaldırmış, 30000 manat vəsaitin tutulmasını xahiş etmiş, məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin işdə Cavabdeh2 cavabdeh olmamışdır. Ona görə də hesab edir ki, iddia ərizəsində göstərilən vəsait Cavabdeh2 tutula bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil3 məhkəmə iclasında iddiaya etirazını müdafiə edərək göstərmişdir ki, hər bir halda müəyyən edilmişdir ki, iddiaçının guya MTN-ə verdiyi pul atası tərəfindən Bankdan çıxarılmış puldur. Yəni onun MTN-ə verdiyi pul ona aid deyildir. İlk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ittihamın mahiyyətindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanlar tərəflər arasında mülki-hüquq münasibətlərindən yaranmış ziddiyyətləri hədə-qorxu ilə tələb etmə cinayətinin obyekti və obyektiv cəhəti kimi qiymətləndirmiş yə bununla bağlı cinayət təqibini həyata keçirmişlər və sonda ədalətli olması faktı qəbul edilmişdir. İddia ərizəsinin mətnindən görünür ki, iddiaçının istinad etdiyi pul vəsaiti ona məxsus olmamışdır. İddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İş materiallarından göründüyü kimi iddiaçı Kabulov guya ona məxsus pul vəsaitinin hədə-qorxu ilə tələb edilib alınmasını qeyd etmişdir və işə baxılan zaman həmin pul vəsaitinin ona yox, atasına məxsus olması müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası istinad olunan Mülki Məcəllənin 21.1ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə, ki, həmin maddənin məzmununa görə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yalnız hüquqları pozulmuş şəxsə məxsusdur. İstərilən, şəxsin əmlak hüquqları ilə mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin göründüyü kimi Kabulov pulun ona məxsus olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tələfindən qaldırıldığından rədd edilməlidir. Hal-hazırda sonuncu cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma və mənimsəmədə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum olunmuşdur. Uzun illər ərzində qeyd edilən əməllərlə məşğul olan İddiaçı dəfələrlə hüquq-mühafizə orqanlarının maraq dairəsində olması hesab edir ki, ona hər hansı bir mənəvi zərər vurulmasına gətirib çıxarmır. Eyni zamanda gecikdirməyə görə 5% hesablanması da əsassız bir iddiadır. Bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 18 oktyabr 2015ci il tarixdən hesablanması hökm edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 180.2.2, 180.2.5, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 180.2.2 və 180.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin başlanğıcının 22 oktyabr 2015-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı məhkumlar X7, X10, X3 və X5 müdafiəçisi-vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkumlar Cavabdeh1 və müdafiəçisi-vəkil Nümayəndə, Cavabdeh3 və müdafiəçisi- Vəkil3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, məhkumar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasını 08 fevral 2019-cu tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmişdir. Eyni zamanda həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 2009-cu ilin noyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin 3-cü idarənin 1-ci şöbəsinin əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2013-cü ilin avqust ayından həmin Baş idarənin 1-ci idarə 3-cü şöbəsinin rəisi, 2014-cü ilin dekabr ayından həmin Baş idarənin 2-ci idarə 3-cü şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş idarənin rəisi Cavabdeh1, həmin nazirliyin Səbail rayon idarəsinin rəis müavini, daha sonra Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində idarənin rəis müavini, idarə rəisi, Baş idarə rəisinin müavini vəzifələrində xidmət etmiş Cavabdeh2, həmin Baş idarədə müxtəlif vəzifələrdə xidmət etmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X10 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar dəstə üzvləri arasında funksional bölgüyə əsasən, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 600.000 (altı yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyataxtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülüb faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə ümumilikdə 600.000 (altı yüz min) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyataxtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə, eləcə də, xeyli miqdarda özgə əmlakını açıq talama, yəni soyğunçuluq edərək, MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaları sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.613.117,54 manat (üç milyon altı yüz on üç min yüz on yeddi manat əlli dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.538.268 (bir milyon beş yüz otuz səkkiz min iki yüz altmış səkkiz) manat dəyərində əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi, və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 196.685 (yüz doxsan altı min altı yüz səksən beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Digər Cavabdeh2 2008-ci ilin sentyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon idarəsinin rəis müavini, 2010-cu ilin dekabr ayından həmin nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarənin 2-ci idarəsinin rəis müavini, 2011-ci ilin may ayından həmin Baş İdarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra edən, daha sonra rəisi vəzifələrində, 2015-ci ilin aprel ayından həmçinin Baş İdarə rəisinin müavini vəzifəsini icra edən vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş İdarənin rəisi Cavabdeh1, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X10, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 2-ci idarənin 3-cü şöbəsinin rəisi olmuş Cavabdeh3 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 200.000 (iki yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi, 800.000 (səkkiz yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini digər şəxslərin tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülmüş həmin pulları toplayaraq faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə və etdirməklə ümumilikdə 1.000.000 (bir milyon) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə dələduzluq edərək, MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin, əmlaklarının əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.682.651,04 manat (üç milyon altı yüz səksən iki min altı yüz əlli bir manat dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.573.268 (bir milyon beş yüz yetmiş üç min iki yüz altımış səkkiz) manat dəyərində əmlaklarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 516.435 (beş yüz on altı min dörd yüz otuz beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlərin bu hərəkətlərinə əsassız varlanmanı və hüquqdan sui-istifadəni tənzimləyən mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı iddia tələbinə də qiymət verərək qeyd edir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində qanunsuz əməliyyat tədbiri keçirilmiş, MTN-nin inzibati binasında qanunsuz saxlanmış, ondan külli miqdarda-20.000 manat pul götürülməsinə baxmayaraq, MTN işçiləri ifşa olunan vaxtadək bu hadisə barədə susmuşdur. O, dövlət təhlükəsizlik orqanları əməkdaşlarının qanunsuz hərəkəti və zorakılığı ilə qarşılaşmış, qorxu, mənəvi istirablar keçirmişdir. Külli miqdarda vəsatinin mənimsənilməsinə baxamayaraq iddiaçı məhz keçirdiyi qorxu və mənəvi istirablara görə həmin əməkdaşlar ifşa olunaraq həbs olunduqdan sonra hadisə barədə məlumat vermişdir. Həmin hərəkətlərin dövlətin ən mühüm orqanlarından birinin əməkdaşları tərəfindən və həmin orqanın inzibati binasında edilməsi halı iddiaçıda daha çox təlaş və qorxu yaratmışdır. Bütün bunlar iddiaçının hansı mənəvi zərbə almasına dəlalət edən hallardır. Göstərilənlər məhkəməyə iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır. Məhkəmə cavabdehlərin iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 2000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən ümumilikdə 4000 manatın tutularaq iddiaçıya ödənilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən müştərək qaydada gecikməyə görə illik 5% hesablanmaqla 6000 manatın tutulması hissəi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının pul tələbi müqavilə öhdəliyi kimi meydana çıxmamışdır və iddiaçının cavabdehlərdən ona məxsus olan pul vəsaitinin qanunsuz olaraq saxlanılmasına görə həmin məbləğdən faizlərin tələb olunması qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 (otuz min) manat; mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən ayrı-ayrılıqda 2000 (iki min) manat (ümumilikdə 4000 (dörd min) manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən ayrı-ayrılıqda 2000 (iki min) manat (ümumilikdə 4000 (dörd min) manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar