Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1119/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 3500 manat pulun və ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından ona dəymiş ziyana görə 5000 manat pulun, oğlunun istifadə etdiyi dərmanların, çamaşırxanada yuyulan paltarların, istifadə etdiyi kommunalların, taksi ilə dəfələrlə çamaşırxanaya paltar apardığı üçün taski pulun və ödənilmiş 61 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzildə yaşayır.Həmin mənzil 3-cü mərtəbədə yerləşir. xx.xx.2024-cü ild tarixdə saat 08.25 radələrində qonaq otağında 4-cü mərtəbədən gələn su səsinə oyanmışdır. Elə bil ki, suyu evə vedrələrlə tökürdün. Yəni o qədər çox su axırdı. Tez 4-cü mərtəbəyə qalxaraq mənzilin su xəttini bağlamışdır. Qapını döymüş ,iki oğlan yuxulu vəziyyətə ona baxmışlar. Evinin su basdığını onlara bildirmişdir. Daha sonra mənzilinə gələrək MİS 56 saylı MKS zəng edərək bu barədə məlumat vermişdir.Daha sonra oğlanlardan birindən soruşmuş ki, suyun tökülməsinin səbəbi nədir, o da su kranının yaddan çıxıb açıq qaldığını bildirmişdir.Daha sonra 102 yığaraq bu barədə məlumat vermişdir. Lakin ona heç bir kömək göstərməmişlər. Su təxminən saat 15.2-yə dək evinə tökülməyə davam etmişdir. Oğlunun üst geyimləri, döşəkləri, yorğanları, adyalları, yun adyalları, ev geyimləri, yaya adyalları və bir çox əşyalarının üzərinə həmin su tökülmüşdür. Bunun nəticəsində onun mənzilinə və orada olan əşyalarına zərər dəymişdir. Həmin əşyaları çamaşırxanada aparıb yudurutmuşdur. Həmçinin oğlunun dərmanları islanmışdır. Buna görə də yeni dərmanlar alaraq, paltarları yudurdaraq ziyana düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, əsl cavabdehlər cavabdehə məxsus həmin mənzildə yaşayan kirayəçilərdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyıt Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 041162 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.Bu hüquq 219 saylı reyestr kitabında 32188 səhifədə xx.xx.2000-ci ildə 30/12063 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 56 saylı MKİS-nin mühəndisi N.Məmmədov, sahə nəzarətçiləri T.Qədirli, S.Şirinova tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzilindən (mənzilin sahibi:Cavabdeh) 7 saylı mənzilə su axıdılmışdır. Su axıntısı nəticəsində 7 saylı mənzilə zərər dəymişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, iddiaçının evinə maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/766 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 və 10 saylı mənzillərinin plani yerləşməsini, yəni iddiaçıya məxsus 7 saylı mənzilin binanın 3-cü mərtəbəsində cavabdehə məxsus 10 saylı mənzilin isə 7 saylı mənzilin üstündə 4-cü mərtəbədə yerləşdiyini, 7 saylı mənzilin tikililərində mövcud olan qüsurların su sızmaya aid olduğunu, eləcə də 56 saylı MKİSin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildən su axdığı və nəticədə 7 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur.Lakin, 10 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzildə yerləşən kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmadığından, 7 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.7 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4034,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 8635 nömrəli qəbzdən görünür ki, iddiaçı 61 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına köçürmüşdür. AZMEİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzilin mülkiyyətçisi Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 mənzilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 10 saylı mənzildən 2020-ci ilin sonlarından başlayaraq bir neçə dəfə su axıdılmış, nəticədə Bakı şəhəri, Yasamal rayonu, Həsənbay Zərdabi prospektində yerləşən 69 saylı evin 7 saylı mənzilə zərər dəymişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilindən su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 5000 manat pulun, oğlunun istifadə etdiyi dərmanların, çamaşırxanada yuyulan paltarların, istifadə etdiyi kommunalların, taksi ilə dəfələrlə çamaşırxanaya paltar apardığı üçün taski pulun, həmçinin məhkəməyə ödənilmiş 61 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzilə su Cavabdeh mənzilindən axmış, baş vermiş hadisəyə görə cavabdehin təqsirli olduğu və baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus mənzilə maddi zərər vurulması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində mənzilə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Həmçinin, cavabdeh məhkəmə iclasında onun mənzilindən su axıdılması nəticəsində iddiaçının mənzilinə zərər dəydiyini təsdiq edərək, iddiaçıya 361 manat pul ödədiyini bildirmişdir. İddiaçı da 361 manatın ona ödəndiyini təsdiq etmişdir. Bu hal işin mübahisəsiz halıdır. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçının oğlunun istifadə etdiyi dərmanların, çamaşırxanada yuyulan paltarların, istifadə etdiyi kommunalların, taksi ilə dəfələrlə çamaşırxanaya paltar apardığı üçün taski pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə tədd edilməlidir. Belə ki, iddiaçı bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin isə təyinatının nə olduğu məlum deyildir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/766 nömrəli ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən edilməli, cavabdeh tərəfindən iddiaçıya 361 manat pulun ödənildiyi nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 3673 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 61 manatın 44,10 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə, yəni 15,90 (on beş manat doxsan qəpik) manat (60-44,10=15,90) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 3673 (üç min altı yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,10 (qırx dörd manat on qəpik) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15,90 (on beş manat doxsan qəpik) manat (60-44,10=15,90) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3673 (üç min altı yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,10 (qırx dörd manat on qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15,90 (on beş manat doxsan qəpik) manat (60-44,10=15,90) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1119/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1119/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver