Məhkəmə qərarları › İş №2(004)-113/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-113/2021

20.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-113/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X20 oğlunun katibliyi İlkin iddia üzrə iddiaçılar və ikinci iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 və onların nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh və ikinci iddia üzrə iddiaçı və eyni zamanda Cavabdeh8 nümayəndəsi Əhmədova Rəsmı̇ yyə Sülfəddı̇ n qızının, İlkin iddia üzrə cavabdehlər və ikinci iddia üzrə iddiaçılar Cavabdeh6 və Cavabdeh8 nümayəndəsi və vəkili Nümayəndə2, İlkin iddia üzrə Cavabdeh38 iştirakı ilə İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması tələbinə dair ilk iddia, iddiaçılar Cavabdeh6 və Cavabdeh8 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması tələbinə dair ikinci iddiaya dair mülki işə Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsmayılova Mehrı̇ ban Kamal qızı, Cavabdeh2 Mı̇ xaylovna, İsmayılova Sabı̇ na Aslan qızı, İsmayılov İ̇racəddin Aslan oğlu, Qulı̇ yev Elşən Nüsrət oğlu, Cavabdeh6 İ̇smayıl oğlu, Cavabdeh7, Əhmədov Nazı̇ m İ̇smayıl oğlu, Əhmədli Fərı̇ d Nazı̇ m oğlu, Naxmet İsmayıl oğlu, Cavabdeh11, Zari İ̇lhamə İ̇smayıl qızı, Baxşəliyeva Pərvanə İ̇smayıl qızı, Baxşəliyev Kənan Tahı̇ r oğlu, Baxşəliyev İ̇lkin Tahı̇ r oğlu, Cavabdeh16 Əzı̇ z qızı, Babayev Elçı̇ n Dadaşbala oğlu, Cavabdeh18 Tahı̇ r oğlu, Cavabdeh19 Nı̇ zami oğlu, Qurbanova Nı̇ gar Zaur qızı, Qurbanov Nı̇ zami Zaur oğlu, Zarı̇ Elçı̇ n Əzı̇ z oğlu, Zari ż ıglĖ Elçı̇ n oğlu, Zarı̇ Nərmı̇ n Elçı̇ n qızı, Cəfərov Nazı̇ m Adı̇ l oğlu, Cəfərlı̇ Adı̇ l Nazı̇ m oğlu, Cavabdeh27 Adı̇ l qızı, Cavabdeh28 Elçı̇ n oğlu, Cavabdeh29, Murquzov Famı̇ l Arzu oğlu, Cavabdeh31, Cavabdeh32 Çı̇ ngiz ,ulğȯ Cavabdeh33 Vahı̇ d qızı, Cavabdeh34 Bahəddı̇ n qızı, Əhmədova Rəsmı̇ yyə Sulfəddı̇ n qızı, Cavabdeh36 Ağahüseyn qızı, Əhmədli Həmı̇ d Nazı̇ m oğlu, Cavabdeh38 Nı̇ zami qızı, Novruzov Bəxtı̇ yar İ̇smayıl oğlu, Əhmədova Alı̇ yə Əlı̇ rza qızı, Cavabdeh41, Əhmədov Çı̇ ngiz Səli oğlu, Cavabdeh43 Tahı̇ r qızı, Babayeva Səlı̇ mə Elçı̇ n qızı, Cavabdeh45, Cavabdeh46, Cavabdeh47 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 5 nömrəli evin paylı mülkiyyətçilər arasında, iddiaçılardan, İddiaçı2 payına düşən mülkün 1/3 (yəni tikilinin 155.26 kv metr) və ümumi istifadədə olan torpaq sahəsində 1/3 (yəni 315 kv.metr) hissəsinə uyğun və iddiaçılardan İddiaçı1 payına düşən mülkün 1/9 (yəni tikilinin 51,75 kv metr) və istifadəsində olan torpaq sahəsində 1/9 (yəni 105 kv.metr) hissəsinə uyğun paylarının naturada ayrılması şəklində real bölgüsünün aparılması, həmin mülkün və həyətyanı torpaq sahəsinin paylarına düşən hissəsinə uyğun payın naturada ayrılması şəklində, onların hər birinə tikiliyə mülkiyyət hüququna və torpağa istifadə hüququna dair ayrılıqda texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və ayrıca ünvanın verilməsi vəzifəsinin ƏMDX yanında DƏDRX-nın Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar Cavabdeh6 və Cavabdeh8 cavabdehlər İddiaçı2, İddiaçı1, Qulı̇ yev Elşən Nüsrət oğlu, Cavabdeh11, Cavabdeh45, Cavabdeh46, Cavabdeh47, Cavabdeh36, Zari İ̇lhamə İ̇smayıl qızı, Baxşəliyeva Pərvanə İ̇smayıl qızı, İsmayılova Mehrı̇ ban Kamal qızı, Cavabdeh2 Mı̇ xaylovna, İsmayılov İ̇racəddin Aslan oğlu, İsmayılova Sabı̇ na Aslan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 5 nömrəli evin paylı mülkiyyətçiləri arasında, Cavabdeh6 6/1 hissədə və Cavabdeh8 oğlunun 6/1 hissəsidə paylarının naturada ayrılması,ümumi istifadədə olan torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, naturada ayrılmış hissələrə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınması, texiniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin ƏMDX yanında DƏDRX-nın Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli, e-2(004)-948/2021 saylı qərardadı ilə iddiaçılar Cavabdeh6 və Cavabdeh8 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, bölgüyə uyğun olaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair e-2(004)-948/2021 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, bölgüyə uyğun olaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair 2(004)-113/2021 saylı mülki işlər bir icraatda birləşdirilmiş və mülki işə 2(004)-113/2021 nömrə verilmişdir. İlkin iddia və ikinci iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 5 nömrəli evdə yerləşən paylarının bu günədək naturada real bölgüsü aparılmamışdır. Bu isə onlara məxsus əmlak barədə hər hansı əqdin bağlanması zamanı çətinlik yaradır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar və onların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, ikinci iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçıların nümayəndələri ikinci iddianın təmin edilməsi, ilkin iddia üzrə İddiaçı2 iddiasının rədd edilməsi, İddiaçı1 iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh38 ikinci iddianın təmin edilməsi, ilkin iddia üzrə İddiaçı2 iddiasının rədd edilməsi, İddiaçı1 iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hər iki iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia rədd olunmalıdır. İşdə olan Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 5 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadırlar: X5, Cavabdeh12, X6, Cavabdeh37, İddiaçı1, X17, X27, Cavabdeh22, Cavabdeh16, Cavabdeh26, X10, Cavabdeh14, Cavabdeh18, Cavabdeh31, Cavabdeh8, X8, Cavabdeh28, X2, Cavabdeh29, Cavabdeh11, Cavabdeh6, Cavabdeh30, Cavabdeh7, X12, İddiaçı2, Cavabdeh34, Cavabdeh9, Cavabdeh40, Cavabdeh35, Cavabdeh27, Cavabdeh44, X18, Cavabdeh17 Dadaşbaba oğlu, Cavabdeh21, Cavabdeh15, Cavabdeh20, Cavabdeh32, Cavabdeh38, X9, Cavabdeh39, X3, X14, X11, Cavabdeh19, Cavabdeh43, Cavabdeh5, Cavabdeh33, Cavabdeh24, Cavabdeh25 və X19 qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in **********82 saylı 04 feral 2021-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə, o cümlədən çıxarışlara əsasən Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ünvanında yerləşən 5 saylı ev 14 mülkiyyətçinin paylı mülkiyyətindədir, o cümlədən İddiaçı2 payı 1/3 hissə, İddiaçı1 payı 1/9 hissə, Cavabdeh6 və Cavabdeh8 hər birinin payı 1/3 hissədən qalan hissədən ½ hissə təşkil edir. Digər paylı mülkiyyətçilərin payları aşağıdakı kimidir: İsmayılova Sabı̇ na Aslan qızı 1/45 hissədən 1/3 hissə; İsmayılov İ̇racəddin Aslan oğlu 1/45 hissədən 1/3 hissə; İsmayılova Mehrı̇ ban Kamal qızı 1/45 hissə; Cavabdeh2 Mı̇ xaylovna 1/45 hissədən 1/3 hissə; Baxşəliyeva Pərvanə İ̇smayıl qızı “A” tikilisindən bir otaq y/s – 9,7 kv.m; Zari İ̇lhamə İ̇smayıl qızı “A” tikilisindən bir otaq y/s 5,3 kv.m; X3 2/45 hissədən 6/8 hissə; Cavabdeh45 İrşad oğlu 2/45 hissədən 1/6 hissə; Cavabdeh47 2/45 hissədən 1/16 hissə; Cavabdeh46 2/45 hissədən 1/8 hissə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2020-ci il tarixli 10/418 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzrə naturada bölgü aparılaraq, evin yaşayış təyinatını dəyişdirmədən, orada əlavə tikinti aparmadan, tənasübsüz zərər vurmadan mövcud vəziyyətdə İddiaçı2 payına düşən 1/3 hissəsinin və İddiaçı1 payına düşən 1/9 hissəsinin ümumi mülkdən ayrılmasının “İnşaat norma və qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün tədqiq olunan yaşayış evinin “V” tikilisi bütövlükdə və “B” tikilisinin 1 saylı otağı 1/3 hissənin mülkiyyətçisinə, “A” tikilisinin 4, 5, 6 saylı tikililəri isə 1/9 hissənin mülkiyyətçisinə verilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 01 iyun 2021-ci il tarixli və 16 iyun 2021-ci il tarixli məktublarından müəyyən olunur ki, məhkəmənin iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə qərardadına əsasən DƏDRX bir-birinə zidd, eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2020-ci il tarixli 10/418 saylı ekspert rəyinə zidd bölgü sxemini məhkəməyə təqdim etmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 01 iyun 2021-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin A və B tikililəri vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Məktuba əlavə edilmiş bölgü sxeminə əsasən evin “A” tikilisinin 1 hissəsi İddiaçı1, bir hissəsi Cavabdeh6, “B” tikilisinin bir hissəsi və “V” tikilisi bütövlükdə İddiaçı2 aiddir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 16 iyun 2021-ci il tarixli **********02 saylı məktubundan müəyyən olunur ki, vətəndaş İddiaçı2 tərəfindən yerlər düzgün göstərilmədiyindən Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evə təkrar texniki baxış keçirilmiş, digər payçıların iştirakı ilə yerlər göstərilmiş, bölgü sxemi yenidən hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Yeni bölgü sxeminə əsasən “A” tikilisinin bir hissəsi İddiaçı1, “A”, “B” və “V” tikililərinin bir hissəsi Cavabdeh6, “Q”, “D” və “V” tikililərinin bir hissəsi İddiaçı2, “V” tikilisinin bir hissəsi Cavabdeh8 aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bölgü sxemlərində bütün paylı mülkiyyətçilərin paylarının naturada bölgüsünə münasibət bildirilmədiyindən və həmin sənədlər arasında ziddiyyət olduğundan məhkəmə hesab edir ki, həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda iş materiallarına əlavə edilmiş DƏDRX-nın iddiaçılar Cavabdeh6 və Cavabdeh8 ünvanlanmış 25 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli məktublarından görünür ki, Xidmət paylı mülkiyyətdə olan fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyini, konstruktiv cəhətdən vahid olan binanın bölünməsi mümkün olmadığından, payçılar arasında bölgünün aparılmasının məqsədəmüvafiq olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, DƏDRX-nın iddiaçılar Cavabdeh6 və Cavabdeh8 ünvanlanmış 25 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli məktubları əsas götürülməli və hər iki iddia üzrə iddiaçıların paylarının naturada bölgüsünün mümkün olmaması səbəbindən iddiaları rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia rədd edildiyindən həmin iddialar üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, ilk ekspertiza ilkin iddia üzrə aparıldığından həmin ekspertizanın dəyəri olan 100 manat iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. İkinci iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş ümumilikdə 60 (altmış) manat dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 aid edilsin. İkinci iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçılar Cavabdeh6 və Cavabdeh8 aid edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar