Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-113/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər X1 və Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının cavabdehlər Cavabdeh1 Sığorta şirkətinə, X2 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı Cavabdeh1 Sığorta şirkətinə qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanında tikinti işlərinin aparılmasının Cavabdeh1 Sığorta şirkəti ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş tikililərin sökülməsi və binanın həyətinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 ərizəsi (vəsatəti) əsasında X3 və Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdurlar. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların 45 ildən artıq yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvandakı binalarının həyəti gül-çiçək, meyvə və dekorativ ağaclarla bəzədilirdi. Həyətdə uşaqların və sakinlərin istirahəti üçün normal şərait yaradılmışdı. Yaşadıqları binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində Cavabdeh1 Sığorta şirkəti ASC fəaliyyət göstərir. Cavabdeh1 Sığorta şirkəti ASC özünə məxsus qarajları təmir etmək adı altında həyətlərinin bir hissəsində tikinti işləri aparır ki, bu da bina sakinlərinin hüquqlarını pozur. Bina sakinlərinin xahişinə baxmayaraq tikinti işləri daha da sürətlə aparılır ki, sakinlərin normal gediş-gəlişinə, istirahətinə maneələr yaradırlar. Cavabdeh1 Sığorta şirkəti ASC-nin özbaşınalığından ən çox uşaqlar, qadınlar və qocalar əziyyət çəkirlər. Yaşadıqları binada yaşayış mənzilləri 2-ci mərtəbədən başlayır. Cavabdeh1 Sığorta şirkəti ASC-nin öz həyəti var, sakinlərin isə öz həyəti var. Cavabdeh1 Sığorta şirkəti ASC-nin həyətində 3 qaraj var. 1970-ci illərdən bəri həmin qarajların üstü onların həyətinin bir hissəsi olmaqla bütün bina sahiblərinin istifadəsində olmuşdur. Bir-iki ay öncə təmir adı ilə həmin qarajların üstü sökülmüşdür. Onlar Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Polis İdarəsinə müraciət etsələr də, Yasamal Rayon İcra və Polis orqanları tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bidirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 23.02.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5G ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi qeyd edilsə də, həmin bina tamamailə sökülməmişdir. Əvvəl həmin qeyri-yaşayış binası birmərtəbəli olmuş, onun yalnız üst hissəsi sökülmüş və bir mərtəbə artırılaraq ikimərtəbəli qeyri-yaşayış binası tikilmişdir. Dövlət Reyestr Xidmətinin sorğuya cavab məktubundan aydın olur ki, qeyd edilən tikili mübahisə predimeti olan tikilidir və orada başqa tikili yoxdur. Qeyri-yaşayış binasının bir hissəsi sökülərək, Bakı şəhəri İcra hakimiyyətinin razılığı olmadan özbaşına tikinti işləri aparılmışdır. Tikinti işləri aparılarkən sakinləri aldadaraq qeyri-yaşayış binasının yalnız təmir edildiyi bildirilmişdir. Lakin binanın üstü sökülərək bir mərtəbə qaldırılmışdır. Bu da orada yaşayan sakinlərin gediş-gəlişinə və istirahətinə maneə olur. Odur ki, iddianın təmin edilməsi və həmin tikilinin sökülərək, qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul eidlməsini xahiş edir. Cavabdehlər X1 və Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, mübahisə predimeti olan tikili Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5G ünvanında yerləşən ümumi sahəsi 439,4 kv.metr olan qeyri-yaşayış sahəsidir. Həmin tikili orada yaşayan sakinlərin istifadəsinə maneçilik törətmir. Qanunsuz tikilinin sökülməsi barədə iddinın əsasını qanunsuz tikilinin digər şəxslərə mane olan hallar olmasıdır. Ekspert rəyindən də görünür ki, həmin tikili yaşayış binasında yaşayan sakinlərə mane olmur. İddiaçıların belə bir iddia ilə müraciət etməkdə subyektiv hüquq yoxdur. Həmçinin, həmin qeyi-yaşayış binasına dair cavabdehlərin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı 14.04.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan qeyriyaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, digər ½ hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən 12.04.2014-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********63-06101-083001 olan texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 125 kv.mdir. İş materiallarında olan 01.06.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, 14.04.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinin 77,2 kv.m olan hissəsi və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə 30.04.2022-ci il tarixədək icarəyə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin 23.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan bina sakinlərinin Cavabdeh1 Sığorta şirkəti ASC-yə məxsus üç ədəd qarajın sökülərərk yerində əlavə torpaq sahəsi zəbt edilməklə tikinti işlərinin aparılması barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı kollektiv müraciətə əsasən, baxış zamanı tikinti işləri aparılması faktının təsdiq edildiyi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığı üçün sifarişçiyə (Cavabdeh1 Sığorta şirkəti ASC-yə) tikinti işlərinin dayandırılması və sənədləşmə işlərinin yerinə yetirilməsi barədə 12.04.2021-ci il tarixli 0195 nömrəli “Qərar” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 07 may 2021-ci il tarixli 361 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5G ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 275.1 kv.m torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 icarəyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 29.09.2021-ci il tarixli 335 saylı sərəncamının surətindən görünür ki, Yasamal rayonu, İzmir küçəsi, bina 5G, qapı 1,2,3 ünvanda yerləşən, vətəndaş Cavabdeh2 və Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və əlavə tikinti işləri nəzərə alınmaqla obyektin sahəsi mövcud vəziyyətində tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olaraq dəqiqləşdirilməsi, ümumi sahəsi 1-ci mərtəbədə 211,12 kv.m, 2-ci mərtəbədə 228,32 kv.m olmaqla sənədləşdirilməsi və onların adına təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)- 9436/2021 nömrəli qərarından və 30.12.2021-ci il tarixli, 2-1(112)-9436/2021 nömrəli qərardadından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, qalan ½ hissəsi üzərində isə Cavabdeh3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)- 9436/2021 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta bürosu tərəfindən tərtib edilmiş ünvan 5 ünvanında yerləşən, Cavabdeh2 məxsus qeyri-yaşayış binasının mövcud vəziyyətinin eskiz layihəsinə əsasən binanın ümumi sahəsi 439,44 kv.m-dir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən 13.01.2021-ci il tarixli elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5G ünvanında yerləşən ümumi sahəsi 439,4 kv.metr olan qeyri-yaşayış sahəsi ½ hissəsi üzərində Cavabdeh2, digər ½ hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12.01.2021-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********63-06301 olan texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 439,4 kv.metrdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14.12.2021-ci il tarixli, 10/4459 saylı rəyindən göründüyü kimi, ünvan 6 ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına uyğun olmayaraq inşa edildiyi müəyyən olunur. ünvan 6 ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş mübahisəli tikilinin ətrafında yaşayış binasının həyətinə daxil olmaq üçün yol mövcud olduğunu nəzərə alaraq həmin tikilinin ünvan 6 ünvandakı binanın həyətinə giriş-çıxışı məhdudlaşdırmadığı müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 23.02.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5G ünvanında yerləşən qeyri-yaşayış binası sökülmüşdür. Yerində Yasamal RİH-nin təsdiq etdiyi layihəyə uyğun 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilmiş və ona aid 275,1 m2 torpaq sahəsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanmışdır. Sözügedən əmlakın başqa əmlaklarla heçbir əlaqəsi yoxdur, obyekt paylı mülkdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəlləsinin 139.3.-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olmuşdur. Qeyd edilən qeyri-yaşayış binası sökülərək, yerində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilmiş və ona aid 275,1 m2 torpaq sahəsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və əlavə tikinti işləri nəzərə alınmaqla obyektin sahəsinin mövcud vəziyyətində tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olaraq dəqiqləşdirilməsi, ümumi sahəsi 1-ci mərtəbədə 211,12 kv.m, 2-ci mərtəbədə 228,32 kv.m olmaqla sənədləşdirilməsi və onların adına təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, qalan ½ hissəsi üzərində isə Cavabdeh3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, qalan ½ hissəsi üzərində isə Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarış və texniki pasport verilmişdir. İddiaçıların nümayəndəsi və vəkili, həmçinin cavabdehlərin nümayəndəsi və vəkili izahatlarında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsi olduğunu qəbul etmişdirlər. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası sökülərək, yerində Yasamal RİH-nin təsdiq etdiyi layihəyə uyğun 2 mərtəbəli qeyri-yaşayış binasının inşa edilməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsi özbaşına tikili deyildir. Belə ki, cavabdehlər X1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Ona görə də, iddiaçıların cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin fəaliyyəti nəticəsində iddiaçıların hər hansı hüququ və mənafeyi pozulmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş mübahisəli tikilinin ətrafında yaşayış binasının həyətinə daxil olmaq üçün yol mövcud olduğunu nəzərə alaraq həmin tikilinin ünvan 6 ünvandakı binanın həyətinə giriş-çıxışı məhdudlaşdırmadığı müəyyən edilmişdir. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavadehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının cavabdehlər Cavabdeh1 Sığorta ASC-yə, X2 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Bununla yanaşı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızından müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının cavabdehlər Cavabdeh1 Sığorta şirkətinə, X2 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-113/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-113/2022
24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver