Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1170/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sumqayıt şəhər üzrə icra idarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı üzrə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sumqayıt şəhər üzrə icra idarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, ümumi sahəsi 0.0350 ha olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfində verilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabat, bağ sahəsinin açıq hərracda satılmasın dair xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə protokol, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 804/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X1 "xxxx" ASC-nin xeyrinə 10227,78 ABŞ (on min iki yüz iyirmi yeddi dollar yetmiş səkkiz sent) əsas borc, 3611,81 ABŞ (üç min altı yüz on bir dollar səksən bir sent) faiz borcu, və 200 ABŞ (iki yüz dollar) cərimə borcu olmaqla, cəmi 14039,59 ABŞ (on dörd min otuz doqquz dollar əlli doqquz sent) məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 26,85 manat (iyirmi altı manat səksən beş qəpik) məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş və icraya göndərilmişdir. Aparılan icra tədbirləri nəticəsində İddiaçı mülkiyyətimdə olan, ümumi sahəsi 0.0350 ha olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında 'Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti' MMC tərəfindən mülkiyyətində olan, ümumi sahəsi 0.0350 ha olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi dəyərindən dəfələrlə ucuz 28.000 manata qiymətləndirilmişdir. Daha sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC İddiaçı iştirakina imkan yaratmamış, iddiaçının xəbəri olmadan və qanunvericiliyin tələblərinə riayət etmədən hərrac keçirilmiş və iddiaçıya məxsus bağ sahəsini 17.850 manata, yəni dəyərindən dəfələrlə aşağı qiymətə "xxxx" ASC-yə satmışdır. Bildirilir ki, hərracın keçirilməsi barədə iddiaçıya heç bir bildiriş göndərilməmiş və hərracın keçirilməsindən məlumatı olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər "xxxx" MMC-nə, "xxxx" ASC-nə, "xxxx" MMC-nə və İddiaçıa qarşı üzrə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə cavabdeh Məmmədova(Zeynalova) Cəmilə İsmayıl qızının ümumi (birgə) mülkiyyətlərində ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0.035 ha olan bağ sahəsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən verilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın, bağ sahəsinin açıq hərracdan satılmasına dair xx.xx.2021-ci il tarixli Hərracın yekunlarına dair protokolun, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında “Pro Kredit BOKT" ASC-nin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızı ilə X6 29 may 1990-cı il tarixdə nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra X6 bir neçə il Rusiyada işləmişdir. Rusiyada işlədiyi müddətdə Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə "xxxx" MMC-dən borc pul ğötürmüş və işin öhdəsindən gələ bilməyərək iflasa uğramış və "xxxx" MMC-yə pul borcu yaranmışdır. Bununla bağlı "xxxx" MMC məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-804/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızından “Pro Kredit BOKT" ASC-nin xeyrinə 10227,78 ABŞ dolları (on min iki yüz iyirmi yeddi) əsas borc, 3611,81 ABŞ dolları (üç min altı yüz on bir) faiz borcu və 200 ABŞ dolları (iki yüz) cərimə borcu olmaqla, cəmi 14039,59 ABŞ dolları (on dörd min otuz doqquz) məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 26,85 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızı qətnamənin könüllü icrasını təmin etmədiyi üçün əmlak vəziyyəti yoxlanılmış və adına Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4801 D, ümumi sahəsi 0,035 ha olan bağ sahəsi aşkar olunmuşdur, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)- 931/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmuru tərəfindən bağ sahəsi qiymətləndirilərək hərracdan satışa çıxarılmış və Bakı Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli, 316/21 saylı protokoluna əsasən ” Pro Kredit BOKT" ASC-nə satılmış, satışdan sonra borclunun məhkəmə qərarı üzrə 3340 ABŞ dolları (üç min üç yüz qirx) ödənilməmiş borcu qalmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinə aid hissədə icra edilmiş və borclunun 3340 ABŞ dolları borcunun ödənilməsi hissəsində icra tədbirlərinin davam etdirilməsi üçün aidiyyatı üzrə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızının öhdəlikləri üzrə tutmanın göstərilən qaydada bağ evinə yönəldilməsi zamanı ciddi qanun pozuntusuna yol verilmişdir, ona görə də hərracın nəticələri etibarsız hesab olunmalıdır. Belə ki, sözügedən bağ sahəsi X6 ilə borclunun nikah dövründə əldə olunduğundan ümumi mülkiyyətləri hesab olunur. O, birgə nikah dövründə əldə edilmiş və birgə mülkiyyət olan daşınmaz əmlakda özünəməxsus payının üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilmiş razılıq verməmişdir. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hərraca çıxarılan əmlak təxmini 28000 manat dəyərindədir. Lakin hərracın keçirilməsindən iddiaçının məlumatı olmamışdır. Ona görə də hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hərraca çıxarılan əmlak təxmini 28000 manat dəyərindədir. Lakin hərracın keçirilməsindən paylı mülkiyyətçi kimi onun məlumatı olmamışdır. Ona hər hasnı bildiriş gəlməmişdir. Hərrac keçirilən müddətdə və hal-hazırda da nikahdadırlar və bir evdə iddiaçı ilə yaşayırlar. O əmlakın hərraca çıxarılmasına razılıq verməmişdir. Ona görə də hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir. Cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər üzrə icra idarəsiNƏ məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin nümayəndələri məhkəməyə gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan şəhəri VVAQ qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 90 nömrə ilə qeyd edilmiş V-ЖЕ 325218 saylı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 ilə X3 xx.xx.1990-cı il tarixdə nikah bağlayaraq ailə münasibətlərinə daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4801D olan 0.13154 ha torpaq sahəsi tam mülkiyyət huququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-804/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Məmmədova (Zeynalova) Cəmilə İsmayıl qızından “Pro Kredit BOKT" ASC-nin xeyrinə 10227,78 ABŞ dolları (on min iki yüz iyirmi yeddi) əsas borc, 3611,81 ABŞ dolları (üç min altı yüz on bir) faiz borcu və 200 ABŞ dolları (iki yüz) cərimə borcu olmaqla, cəmi 14039,59 ABŞ dolları (on dörd min otuz doqquz) məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 26,85 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. İş materiallarına əlavə edilmiş "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə” 18 yanvar 2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 4801D nömrəli 0.035 ha torpaq sahəsinin tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 28000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 316/21 №-li, xx.xx.2021-ci il tarixli 316/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 28000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 23800 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər X3, Sumqayıt şəhər İcra İdarəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Market reklam və elanlar” qəzetinin xx.xx.2021xx.xx.2021-ci tarixli və xx.xx.2021-xx.xx.2021-ci il tarixli qəzetlərin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 4801D nömrəli, 0,0350 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 316/21 nömrəli protokolunun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 8(004)- 931/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına və Naxçıvan şəhər Məhkəməsinin 2(078)-804/2021 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 4801D nömrəli, 0,0350 ha torpaq sahəsi açıq hərracda 17850 manata "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə cəmi 14039,59 ABŞ dolları borcun tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, Yasamal Rayon Məhkəməsinin 8(004)-931/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmuş, Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında əmlak qiymətləndirilərək, hərraca çıxarılmış, keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək həm hesabatın, həm də hərracın yekun protokolunun və müqavilənin etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hərrac keçirilən vaxt qeydiyyatda olduğu ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində iki dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 28000 manat manat, ikinci dəfə isə 23800 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf və üçüncü şəxs əmlakın hesabat üzrə müəyyən edilmiş qiymətinin ağlabatan olduğunu bildirmişlər. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" MMC-nə, "xxxx" ASC-nə, "xxxx" MMC-nə və İddiaçıa qarşı üzrə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddasının əsası ilə bağlı qeyd edir ki, mülki iş materiallarından da göründüyü kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 4801D nömrəli, 0,0350 ha torpaq sahəsi tam pay üzrə iddiaçının mülkiyyətindədir, yəni əmlak üzərində paylı mülkiyyət hüququ müəyyən edilməmişdir. Bu səbəbdən də hərrac bildirişləri borclunun hərrac keçirilən vaxt qeydiyyatda olduğu ünvana göndərilmişdir. AR Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasında qeyd etdiyi hallar "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" üçün əsas ola bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sumqayıt şəhər üzrə icra idarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı üzrə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizələri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sumqayıt şəhər üzrə icra idarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Daşınar Və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı üzrə "qiymətləndirmə hesabatının və hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1170/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1170/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver