Məhkəmə qərarları › İş №2(004)-1182/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1182/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1182/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh1 Rafiq oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Rafiq oğluna və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Rafiq oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə “Mersedes Benz E 200” markalı 1C52911 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə verilmiş 3300 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Kia Sorento” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil Əhmədov Fuad Əlövsət oğlu tərəfindən PAZ **********6 nömrəli şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh1 Rafiq oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan Cavabdeh2 sahibliyində olmuş “Kia Sorento” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərə edib xx.xx.2019-cu il tarixdə Qəbələ şəhərində yol-nəqliyyat hadisəsi törətmiş, “Mersedes Benz E 200” markalı 1C52911 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı bağlı Qəbələ RPŞ İB tərəfindən araşdırılma aparılmış, cavabdehlərin əməllərində cinayət tərkibi olmadığına görə, xx.xx.2019-cu il tarixli qərarla cinayət işinin başlanılmasından imtina olunmuşdur. Lakiun həmin qərarla Cavabdeh1 əməlində İXM-nin 332.4-cü və Cavabdeh2 əməlində İXM-nin 335.3-cü maddəsinin tərkibi olduğuna görə, onların barəsində inzibati tənbeh görülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə göndərilmişdir. Əmlak üzrə ekspert İlqar Zeynalovun xx.xx.2020-ci il tarixli rəyi ilə “Mersedes Benz E 200” markalı 1C52911 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmiuş maddi ziyan 3300 manat məbləğində dəyərləndirilmiş və İddiaçı ASC həmin ziyana görə avtomobilin sahibinə sığorta ödənişi kimi 3300 manat məbləğində ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Rafiq oğlu məhkəməyə iddia tələbinin etiraf edilməsi barədə ərizə təqdim edərək, tələb olunan pulu ödəməyə razı olduğunu göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 Rafiq oğlunun izahatlarını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən icbari sığortası üzrə sığortalanaraq, Cavabdeh1 Rafiq oğlu tərəfindən idarə olunan “Kia Sorento” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx.xx.2019-cu il tarixdə Qəbələ şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 məxsus olan və onun tərəfindən idarə olunan “Mersedes Benz E 200” markalı 1C52911 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 Rafiq oğlu təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Qəbələ RPŞ İB-nin müstəntiqi L.Abdulxalıqovun “Cinayət işinin başlanılmasının rədd olunması haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən 3300 manat məbləğində sığorta ödənişi zərərçəkənin hesabına köçürülmüşdür. Hazırda iddiaçı sığortalıya ödənilmiş pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını iddia etmişdir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Habelə həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Əhmədov Fuad Əlövsət oğlu tərəfindən “Kia Sorento” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması xx.xx.2023-cü il tarixinə qədər Cavabdeh2 etibar edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 Rafiq oğlu təqsirli olduğuna, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığına görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Rafiq oğlundan 3300 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilməlidir, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Habelə cavabdeh iddia tələbini qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Rafiq oğlundan 3300 (üç min üç yüz) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar