Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1259/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum sələmçi Ceyran Rüstəmova ilə 19 saylı dövlət notariat kontorunda xx.xx.2010-cu il tarixində aralarında 25.000 manat məbləğində kredit müqaviləsi (həmçinin ipoteka müqaviləsi bağlayaraq) bağlamışdır. Sözügedən məbləğ barəsində irəlidə hər iki tərəf arasında xoşagəlməz söz-söhbət yarandığına görə, hüquq-mühafizə orqanlarında həm də məhkəmə orqanlarında uzun müddət böyük çəkişmələr yaranmışdır. İddiaçı 25000 manat məbləğində pulun tutulub X3 ödənilməsi barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1109/2012 saylı qərarı icra edilməsi üçün Yasamal rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. xx.xx.2014-cü il tarixdə rəsmi şəkildə hər iki tərəf aralarında sözügedən məbləği həll edərək, X1 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, işə xitam verilməsini xahiş etmişdir. Lakin 19 saylı dövlət notariat kontorunda xx.xx.2010-cu il tarixində 25000 manat məbləğində bağlanan ipoteka müqaviləsinin əsasında 1 saylı Bakı Ərazi İdarəsində əmlakının üzərinə qoyulan ipoteka müqaviləsi uzun zamandır hələ də qalmışdır. Baxmayaraq 19 saylı dövlət notariat kontoru Yasamal rayon icra və probasiya şöbəsində xitam edilmiş qərarın əsasında tərəflər arasında bağlanan ipoteka müqaviləsini ləğv edərək rəsmi şəkildə 1 saylı Bakı Ərazi İdarəsinə əmlakının üzərindən ipoteka girovunun götürülməsi barəsində rəsmi məktub göndərsə də, BTİ əmlakın üzərindən girovu götürmədi. O, özü də, xüsusi olaraq lazımı sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə xahiş edərək ərizə ilə müraciət etmişdir ki, əmlakının üzərindən ipoteka yüklülüyü götürülsün. BTİ ona eyni cavabı yazmışdır. 1 saylı Bakı Ərazi İdarəsi sadəcə əmlak sahibindən ipoteka müqaviləsinin ləğvi barəsində məhkəmə qətnaməsi tələb edir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən, X4 3 ay müddətinə qaytarmaq şərtilə İddiaçı 25000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı tərəfindən göstərilən məbləğin vaxtında ödənilməsini təmin etmək üçün ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(102)-2952/12 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X3 və Bakı şəhəri 19 DNK-na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, X2 İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilib İddiaçı xx.xx.2010cu il tarixli kredit müqaviləsi üzrə 25.000 manat borcun, xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 35.000 manat əsas borcun, cəmi 60.000 manat məbləğində pulun tutulub X3 verilməsi, 25.000 manat əsas borca aid hissədə tutmanın ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus iki otaqlı mənzilə yönəldilməsi və həmin mənzilin açıq həracdan satılması qət edilmiş, qarşılıqlı iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli qətnaməsi qismən, xx.xx.2011ci il tarixdə bağlanmış kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə qismən təmin edilib xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 35.000 manatın iddiaçıdan cavabdeh X2 xeyrinə tutulması hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər X3, Bakı şəhəhəri 19 saylı DNK-na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilib İddiaçı ilə X4 arasında bağlanmış və Bakı şəhəri 19 aylı DNK-da təsdiq edilmiş xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi, X2 İddiaçı qarşı irəli sürdüyü qarşılıqlı iddiasının xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 35.000 ma atın iddiaçıdan tutulması barədə hissəsi təmin edilməmiş, qarşılıqlı iddianın qismən təmin edilib 25.000 manat məbləğində pulun İddiaçı tutulub X3 ödənilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamənin qarşılıqlı iddianın tutmanın ipeka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması barədə hissədə təmin edilməməsi, hissəsinin apellyasiya baxışının predmeti olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(102)-2952/12 saylı qərarına əsasən, kassasiya şikayətlərinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 13 aprel 2012ci il tarixli, 2(103)-1109/12 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ərizə ilə müraciət edərək, İddiaçı ona olan borcunu tam ödədiyini bildirmiş və icra işinə xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2012-ci il tarixli, 2(103)-1109/12 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus məxsus hissəsinə (2 otaq-43.2 kv.m.) dair ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müraciətinə əsasən bildirilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüv afiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus məxsus hissəsinə (2 otaq-43.2 kv.m.) dair ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müraciətinə əsasən bildirilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüv afiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işin yuxarıda şərh olunan hallarından göründüyü kimi, İddiaçı X4 qarşısında borc öhdəliyi qalmamışdır. Belə ki, X4 xx.xx.2014-cü il tarixdə ərizə ilə müraciət edərək, İddiaçı ona olan borcunu tam ödədiyini bildirmiş və icra işinə xitam verilməsini xahiş etmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2012-ci il tarixli, 2(103)-1109/12 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X4 qarşısında əsas öhdəliyinə xitam verildiyi halda, onun əmlakı üzərində hələ də ipoteka yüklülüyünün qalması əmlak hüquqlarını əhəmmiyyətli dərəcədə pozulması ilə nəticələnir. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə dair ipotekaya xitam verilməli və həmin fərdi yaşayış evi ipotekadan azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə dair ipotekaya xitam verilsin və həmin fərdi yaşayış evi ipotekadan azad edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1259/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1259/2023
02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver