Məhkəmə qərarları › İş №2(004)-1265/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1265/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1265/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqram göndərərək iclasın təxirə salınmasını xahiş etmişdir. İkinci baxış iclası xx xxxx 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Üçüncü baxış iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ərizə ünvanlamamışlar. Məhkəmə qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Axundova Əsli ilə düzdür Hakim: Aytən Mirzəzadə İş № 2(004)-1265/2021 Məhkəmə iclasının PROTOKOLU Yasamal Rayon Məhkəməsi Bakı şəhəri xx.xx.2021-ci il Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı oğlu Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 11:00-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 179–cu maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçıya məhkəmə iclasının təyin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, gəlməməsinin səbəbi və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh də məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Sədrlik edən məhkəmə bildirişlərinin tərəflərə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən yerində qısa müşavirə edərək qərara alır: -Məhkəmə baxış iclası tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən iş materiallarına əlavə edilmiş sənədləri elan edir. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərardadı elan edir, qərardaddan şikayət verilməsi müddətini və qaydasını izah edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 11:15-də bağlı elan edilir. Protokol xx.xx.2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar