Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1289/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixli ərizələrlə məhkəməyə müraciət edərək barışıq sazişini təsdiq etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək mülki işin icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə tərəflərin ərizələrini, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:
1. Bu barışıq sazişini imzalamaqla – İddiaçı və Cavabdeh qarşılıqlı şəkildə razılığa gələrək aralarında olan məhkəmə mübahisəsi üzrə barışmağa qərar verdilər.
2. Bu barışıq sazişini imzalamaqla – İddiaçı iddia tələbindən imtina edir və ona dəymiş maddi və mənəvi zərəri aldığını, eyni zamanda, gələcəkdə bu kimi tələb ilə məhkəmədə iddia qaldırmayacağını, həmçinin hüquq mühafizə orqanlarına şikayət etməyəcəyini bildirir.
3. Bu barışıq sazişini imzalamaqla – Cavabdeh qarşı tərəfin iddia tələbindən imtina etməsi müqabilində İddiaçı dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ona 3.000 manat məbləğində kompensasiya ödəyir.
4. Bu barışıq sazişini imzalamaqla tərəflər aralarındakı bütün mübahisələri həll etmiş sayılır.
Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. Bu barışıq sazişini imzalamaqla – İddiaçı və Cavabdeh qarşılıqlı şəkildə razılığa gələrək aralarında olan məhkəmə mübahisəsi üzrə barışmağa qərar verdilər.
2. Bu barışıq sazişini imzalamaqla – İddiaçı iddia tələbindən imtina edir və ona dəymiş maddi və mənəvi zərəri aldığını, eyni zamanda, gələcəkdə bu kimi tələb ilə məhkəmədə iddia qaldırmayacağını, həmçinin hüquq mühafizə orqanlarına şikayət etməyəcəyini bildirir.
3. Bu barışıq sazişini imzalamaqla – Cavabdeh qarşı tərəfin iddia tələbindən imtina etməsi müqabilində İddiaçı dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ona 3.000 manat məbləğində kompensasiya ödəyir.
4. Bu barışıq sazişini imzalamaqla tərəflər aralarındakı bütün mübahisələri həll etmiş sayılır. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli