Məhkəmə qərarları › İş №2(004)-1296/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1296/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1296/2025 14.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh1 Nürəddin oğlundan müştərək qaydada onun xeyrinə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin 15 fevralına qədər olan müddət üçün hesablanmış 46300 manat pulun və X3 bank uçot dərəcəsinə uyğun olaraq 33788 manat faiz borcu ilə birlikdə 80078 manat əsas pul vəsaitinin, 2018-ci il dekabrın 23-dən 2024-cü ilin dekabrın 23-nə qədər olan müddət üçün hesablanmış 504000 manat pulun və X3 bank uçot dərəcəsinə uyğun olaraq 185323 manat faiz borcu ilə birlikdə 689323 manat əsas pul vəsaitinin və ödənilmiş 1060 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf (Cavabdeh2) 2017-ci ildən etibarən hüquq mühafizə orqanlarına İddiaçı tərəfindən 190.000 manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsə də, nəticə etibarı ilə əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün, haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Bununla bağlı ilkin olaraq onun haqqında CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi qaldırsalar da, sonradan həmin iş CM-nin 322.1-ci maddəsinə tövsif edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmünə əsasən o, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Həmin hökmlə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərər çəkmiş şəxs X1 istifadəsində saxlanılmasını müəyyən etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmünə əsasən o, İddiaçı apellyasiya şikayəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqında çıxartdığı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilmişdir. Eyni zamanda yeni hökmlə X2 istifadəsində saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. Nazim Tanrıverdiyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmündən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020ci il tarixli 1(102)-582/2020 saylı qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasımın xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh tərəfin nəinki pul vəsaitinin talanması epizodu, həmçinin lazer aparatının ələ keçirilməsi, oğurlanması hissəsində də iddia və ittihamları öz təsdiqini tapmamışdır. Lakin bütün bünlara baxmayaraq ona mülkiyyət hüququ ilə məxsus olan “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq cavabdeh X5 istifadəsində saxlayır. Beləliklə, cavabdeh X5 “X13” markalı, 9914- 9015-1441 seriyalı lazer epilyasiya aparatının mülkiyyət hüququ ilə ona məxsus olmasını bilə-bilə, artıq 2018-ci ilin 15 fevral tarixindən qanunsuz olaraq özündə saxlayır və dəfələrlə müraciət etməyinə baxmayaraq, götürülmüş aparatı ona təhvil verməkdən boyun qaçırır. Cavabdeh nəinki onun, hətta icra məmurunun bununla bağlı qanuni göstərişlərinə əməl etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının ona təhvil verilməsi barədə icra sənədi verilərək icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, cavabdehin qeydiyyatı Goranboy rayonu olduğu üçün icra işi sonradan Goranboy rayon İcra şöbəsinə göndərlmişdir. Lakin cavabdehin guya Goranboy rayonunda yaşamamasını bəhanə gətirərək icra işi aidiyyatı üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Çox təəssüf olsun ki, sözügedən məhkəmə qərarı Nazim Tanrıverdiyevin icra etməməsi və icra məmurlarının hərəkətsizliyi, “göz yumması” nəticəsində bu günə kimi icrasız qalmışdır. Beləliklə, ona mülkiyyət hüququ ilə məxsus olan “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz və əsassız olaraq cavabdeh N.Tanrıverdiyevin faktiki sahiblik və istifadəsindədir. Hesab edir ki, bu hal ona külli miqdarda maddi zərər vurmaqla bərabər, onun mülkiyyətindən maneəsiz istifadə hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. “Candela firması (ABŞ) tərəfindən istehsal edilmiş X13” markalı cihazın epilyasiya aparatının orta aylıq icarə haqqı təxminən 4500-5000 manat olarsa təbii ki aparatı icarəyə götürən şəxsin qəliri artıq olacaqdır. Yəni əldə olunan gəlir həm aparatın aylıq icarə haqqını ödəməyə imkan verir, həmdəki, əlavə olaraq icarəyə götürən şəxsə aylıq 2000-3000 manat məbləğində gəlir gətirir. Buradan belə bir nəticəyə gəlmək olar ki, “Candela” firması (ABŞ) tərəfindən istehsal edilmiş “X13” markalı cihazın epilyasiya aparatının aylıq gəliri minimal olaraq 7000-8000 manat məbləğindədir. Ona məxsus ABŞ istehsalı 9914-9015-1441 seriyalı “Candela, X18” markalı lazer epilyasiya aparatını o, 02 iyun 2017-ci il tarixdən 23 dekabr 2017-ci il tasixə qədər olan müddətdə istifadə etmiş, 23 dekabr 2017-ci ildə Xətai Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 5(011)-257/2017 №li qərarı ilə ona məxsus ABŞ istlisalı, 9914-9015-1441 seriyalı “X16 Pro” markalı lazer epilyasiya aparatının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimov tərəfindən protokol tərtib edərək Xətai rayon, Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Şəms” gözəllik salonundan götürülmüşdür. Nəzərə alaraq ki, ona mülkiyyət hüququ ilə məxsus olan “X16 Pro” markalı, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının istifadəsi hər ay minimal olaraq 6000 (altı min) manat miqdarında gəlir gətirir, aparatın xx.xx.2018ci il tarixdən cavabdehlərdə qanunsuz saxlanılması bu günə kimi ona 504000 (beş yüz dörd min) manat pul manat məbləğinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən X3 Bank uçot dərəcəsinə uyğun olaraq 185323 (yüz səksən beş min üç yüz iyirmi üç) manat pulun faiz borcu ilə bizlikdə 689323 (altı yüz səksən doqquz min üç yüz iyirmi üç) manat miqdarında zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərdən başqa, hesab edir ki, cavabdehlərdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu tutulmalıdır. Nəzərə alaraq ki, X3 bank uçot dərəcəsi 2018-ci il üçün 10,9375%, 2019-cu il üçün 8,375%, 2020-ci il üçün 6,8928%, 2021-ci il üçün 6,916%, 2022-ci il üçün 7,875, 2023-cü il üçün 8,55%, 2024-ci il üçün 7,5% təşkil edir, iddia qaldırılan günə 7 il müddət keçmişdir. Bundan başqa, sözügedən mülkiyyət hüququ ilə ona məxsus olan “Candele, X17” markalı, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatı 2015-ci ilin sentyabr ayından 2017ci ilin 15 fevralına qədər olan müddət ərzində də qarşılıqlı razılığa əsasən cavabdehlər Cavabdeh1 istifadəsində olmuş, lakin onlar razılığına əsasən bununla bağlı ödəniş etməmişlər. Bu səbəbdən bunun əvəzi olaraq razılaşdırılmış 46300 manat pul məbləğinin və X3 bank uçot dərəcəsinə uyğun olaraq 33778 manat faiz borcu ilə birlikdə cəmi 80078 manat pul məbləğinin də cavabdehlər Cavabdeh1 və N.Tanrıverdiyevdən tutulmalıdır. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 33 788 manat faiz borcun, cəmi 80 078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2018-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504 000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 18 5323 manat faiz borcun, cəmi 689 323 manat məbləğində pulun, habelə ödənilmiş 1060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33 788 manat faiz borcun, cəmi 80 078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2017-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504 000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 18 5323 manat faiz borcun, cəmi 689 323 manat məbləğində pulun, habelə ödənilmiş 1060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin 15 fevralına qədər olan müddət üçün hesablanmış 46.300 manat pulun və X3 bank üçot dərəcəsinə uyğun olaraq 33788 manat faiz borcu ilə birlikdə 80078 manat əsas pul vəsaitinin, 2018-ci ilin dekabrın 23-dən 2024-cü ilin dekabr ayının 23-nə qədər olan müddət üçün hesablanmış 504000 manat pulun və X3 bank üçot dərəcəsinə uyğun olaraq 185323 manat faiz borcu ilə birlikdə 689323 manat əsas pul vəsaitinin və ödənilmiş 1060 (bir min altmış) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsininə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasında ona əsaslanmışdır ki, guya cavabdeh tərəf (Cavabdeh2) 2017-ci ildən etibarən hüquq mühafizə orqanlarına İddiaçı 190.000 (bir yüz doxsan min) manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsədə, nəticə etibarilə onun əməllərində hər hansı cinayətin tərkibi olmadığı üçün, haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Bununla bağlı ilkin olaraq haqqında CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi qaldırsalarda, sonradan həmin iş CM-nin 322.1-ci maddəsinə tövsif edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq ona cəza təyin edilməmişdir. Həmin hökmlədə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərərçəkmiş şəxs olan Cavabdeh2 istifadəsində saxlanılması müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(103)-1068/2019 saylı hökmünə əsasən İddiaçı şikayəti təmin edilmiş hökm ləğv edilərək ona bəraət verilmiş və eyni zamanda da “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. Cavabdeh2 qərardan kassasiya şikayəti verilmiş və təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-582/2020-ci il tarixli qərarı çıxarılmışdır. Lakin buna baxmayaraq iddiaçı iddia edir ki, ona mülkiyyət hüququ ilə məxsus olan “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq Cavabdeh2 istifadəsində saxlayır. İddiaçı eyni zamanda da bildirir ki, 2018-ci ilin 15 fevralından dəfələrlə əmlakın qaytarılmasını istəsədə qaytarmamış, bundan əlavə olaraq icra məmurununda göstərişlərinə əməl etmir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü icra olunması üçün icra şöbəsinə göndərilsədə icrasız qalmışdır. İddiaçı bununla da Azərbaycan Respublikası MM-nin müvafiq maddələrini və “X13” markalı 9914- 9015-1441 seriyalı lazer epilyasiya aparatının guya hər aya olan 6000 (altı min) manat gəlirini nəzərə alaraq xx.xx.2018-ci il tarixdən hesablayaraq 504000 manat pulun və X3 bank üçot dərəcəsinə uyğun olaraq 185323 manat faiz borcu ilə birlikdə 689323 manat miqdarında zərər vurulduğunu, eyni zamanda da sözügedən mülkiyyət hüququ ilə ona məxsus olan “Candele, X17” markalı 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatı 2015-ci ilin sentyabr ayından 2017-ci ilin 15 fevralına qədər olan müddət ərzində də qarşılıqlı razılığa əsasən cavabdehlər Cavabdeh1 istifadəsində olmuş, lakin onlar razılığına əsasən bununla bağlı ödəniş etməmişlər. Bu səbəbdən bunun əvəzi olaraq razılaşdırılmış 46300 manat pul məbləğinin və X3 bank uçot dərəcəsinə uyğun olaraq 33778 manat faiz borcu ilə birlikdə cəmi 80078 manat pul məbləğinin də cavabdehlər Cavabdeh1 və N.Tanrıverdiyevdən tutulmasını əsas gətirərək cavabdehlərdən tələb edir. Aşağıda gşstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçının əsaslarına cavab olaraq bildirmişdir ki, guya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 saylı hökmünə əsasən İddiaçı şikayəti təmin edilmiş hökm ləğv edilərək ona bəraət verilmiş və eyni zamanda da “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. Cavabdeh2 qərardan kassasiya şikayəti verilmiş və təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-582/2020-ci il tarixli qərarı çıxarılmışdır. Lakin buna baxmayaraq iddiaçı iddia edir ki, ona mülkiyyət hüququ ilə məxsus olan “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq Cavabdeh2 özündə saxlayır. Azərbaycan Respublikası MM-nin 449-cu maddəsini və “X13” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının guya hər aya olan 6000 manat gəlirini nəzərə alaraq xx.xx.2018-ci il tarixdən hesablayaraq X3 bank üçot dərəcəsinə uyğun olaraq faiz borcu ilə birlikdə 689323 manat miqdarında zərər vurulmuşdur. İddia tələbinin bu əsasına cavab olaraq bildirmişdir ki, iddiaçı sözügedən aparatın Cavabdeh2 borcuna münasibətdə əvəzləşdirilməsi və dəyərinin borcundan çıxılması üçün vermiş və bu özünün məhkəmə qərarlarındakı ifadəsində də öz əksini tapır. Bu səbəbdən də Cavabdeh2 aparat hazırki İddiaçı Tərəfindən aparıldığından şikayət etmiş, və nəticədə ilkin olaraq xx.xx.2018-ci il tarixli maddi sübut kimi tanıma və saxlanca vermə barədə Qərar əsasında 9914-9015-1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatının Cavabdeh2 saxlancına verilmişdir. Məhkəmə gedişatı isə cinayət işi üzrə xx.xx.2020-ci il tarixinədək davam etmişdir. Həmin müddətdə də qeyd edilən aparat mübahisəli olduğu üçün istifadəsiz saxlancda qalmış və gəlir əldə edilməmişdir. Həmin aparat bugünə kimidə saxlancda istifadəsiz olaraqda qalmışdır. Artıq qeyd edilən aparatın hazırkı iddiaçıya verilməli olduğunu biləndən sonra Cavabdeh2 Xətai rayon Məhkəməsində cavabdeh olan İddiaçı qarşı ilkin olaraq cavabdeh tərəfindən könüllü verilmiş 9914-9015-1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatının iddiaçı olan Cavabdeh2 mülkiyyəti hesab edilməsi və pul tələbi ilə bağlı Xətai rayon Məhkəməsində iddia qaldırılmış, iddia tələbi qismən təmin edilmiş və bu barədə 2(011)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin iş üzrə xx.xx.2022-ci il tarixli 2(103)-5963/2022 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılmış və şikayət qismən təmin edilmiş qətnamə ləğv edilmiş, iddia tələbi yenədə qismən təmin edilmişdir. Daha sonra cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixli 2(102)-1440/2023 saylı qərarı ilə qismən təmin edilmiş və iş baxılması üçün yenidən Apellyasiya baxışına geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərək iddia müddətini tətbiq edərək iddianı təmin etməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-4741/2023 saylı Qərarı ilə şikayət təmin edilməmişdir. Eyni zamanda da Xətai rayon Məhkəməsinin qeyd edilən iddia üzrə iddianın təmin tədbiri ərizəsi verilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT (011)-97/2021 saylı qərardad çıxarılmışdır. Həmin qərardadla hazırda baxılan iş üzrə yekun qərar çıxarılana kimi 9914-9015- 1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatının üzərinə həbs qoyulmaqla, həmin aparatdan istifadə cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin məhkəmənin qərardadı olduğu halda da hazırkı iddia üzrə İddiaçı aparat olsa belə istifadə edib hər hansı pul vəsaiti əldə edə bilməzdi ki, həmin dövrləridə tələb etməsi qanunsuz və əsassızdır. Bundan əlavə olaraq Yasamal rayon icra şöbəsi tərəfində sonda onlara icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmiş, cavabdeh olan borclu X4 tərəfindən 9015-1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatı İcra şöbəsinə təqdim edilmiş, lakin tələbkar aparatı onun olmadığını qeyd edərək əmlakı götürməkdən imtina etmişdir. İcra məmuru bu barədə AKT-da tərtib etmiş və işi belə olan halda icra etmədən icra sənədini geri qaytarmışdır. Bugünə kimidə iddiaçı bu barədə hər hansı addım atmamışdır. Bununla da məhkəmənin nəzərinə çatdırmışdır ki, tələb olunan dövrlər ərzində cinayət işi üzrə məhkəmə davam edib və yekun nəticə xx.xx.2020-ci il tarixdə bəlli olmuş, daha sonra da Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT (011)-97/2021 saylı Qərardadı ilə həbs qoyulmuşdur ki, buda 9914-9015-1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatının qanunsuz və əsassız olaraq özündə saxlamağı anlamına gəlmir. Belə olan halda da həmin dövrlər ərzində heç bir sübutla aylıq gəliri sübut olunmayan, hətta aparatın istifadəyə yararlı olub olmadığı müəyyən edilmədən hər ayı 6000 manatdan hesablanmaqla və X3 bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu ilə birlikdə pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda da nə iş materialında nə də ki, iddiaçıda 9914-9015-1441 seriyalı, “X16 Pro” markalı Lazer epilyasiya aparatının cavabdehlər tərəfindən istifadə edilməsi və gəlir əldə etməyi barədə sübut yoxdur. Olmasıda mümkün deyil, çünki həmin əmlak saxlancda və üzərinə həbs qoyulmaqla istifadəyə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeydedilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi qanunsuz və əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçıAbbas oğlu məhkəməyə müraciət edərək, “Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 33788 manat faiz borcun, cəmi 80078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2017-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 185323 manat faiz borcun, cəmi 689323 manat məbləğində pulun, habelə ödənilmiş 1060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddia tələbinin bir hissəsi ondan ibarətdir ki, Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 33788 manat faiz borcun, cəmi 80078 manat məbləğində pulun tutulmasıdır. Digər tələb isə Cavabdeh2 23 dekabr 2017-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 185323 manat faiz borcun, cəmi 689323 manat məbləğində pulun, habelə ödənilmiş 1060 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbidir. Tələbin əsası isə ilkin olaraq mübahisəli əmlakın verildiyi 2015-ci ilə və ondan həmin illərə aid olan gəlir pulu tələbinə aid olduğundan, digər cavabdehə qarşı isə tələb 23 dekabr 2017-ci il tarixdən mübahisəli əmlakın ondan Pİ-i tərəfindən baxış keçirilərək alınmasından, cavabdehə saxlanca təhvil verilməsindən və davamlı olaraq yaranan mübahisənin başlanma müddəti ilə bağlı olmuşdur. Bildirmişdir ki, onlar cavabdeh olaraq iddia tələbini ümumilikdə qəbul etmir, bunu etiraz ərizəsində də əsaslandırmışlar, bundan əlavə olaraq hesab edir ki, eyni zamanda da iddia ərizəsində iddiaçının Cavabdeh1 qarşı 2015-ci il tarixdən digər Cavabdeh2 münasibətdə isə 2017-ci ildən mübahisələndirdiyi tarix və hesablanma vaxtını nəzərə alsaq belə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MMnin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə əlavə olaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, avadanlıq ona məxsus olub. Ona açılmış cinayət işi ilə bağlı həmin avadanlıq 2018-ci ildə ondan götürülüb cavabdeh tərəfə verilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, icra şöbəsində ona təqdim edilən həmin avadanlıq ona məxsus olmadığına görə icra şöbəsindən onun götürülməsindən imtina etmişdir. Avadanlığın həmin avadanlıq olmaması barədə onda əsaslı sübutlar da var. 2015-2017-ci illər üzrə avadanlıqdan gəliri cavabdeh Cavid əldə edib, 2017-2024-cü illər arasında isə cavabdeh Nazim əldə edib. Buna görə də pulun müştərək qaydada tutulmasını xahiş edir. 190000 manat borcu olmuşdur. Aparatdan gələn gəlir əsasında borcundan çıxılmağını istəyirdi. 3 qardaş arasında yaranan mübahisəyə görə, Rasim ona məxsus aparatı mənimsəmişdir. Rasimlə razılaşmış, Nazim isə həmin proseslərdə iştirak etmişdir. 85000 manat, daha sonra 15000 manat pul vermişdir. 85000 manat pulu 2017-ci ildə ödəmişdir. Hökmdən sonra borcunun qalan hissəsini, təxminən 70000 manat ödəmişdir. Cinayət işi materiallarında Cavid şəxsən avadanlıqdan istifadə etməklə əldə edilən gəlirin təxmini 43000 manat olduğunu qeyd etmişdir. Nazimdən isə 2017-ci ildən avadanlıq onda qaldığı üçün pul tələb edir. Onun Rasimdən başqa heç kimə borcu olmamışdır. Hazırda borcu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlarda olan məlumata əsasən icra işi Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən icraya yönəldilib. Təqdim etdiyi hökmdən də görünür ki, iddiaçının cavabdeh Nazimin qardaşı Rasimə borcu olduğuna görə, özündə olan avadanlıqları cavabdehlərə verir ki, həmin avadanlıqları işlədib gəlir əldə etməklə Rasimə olan borcu ödəsin. Cavabdeh Cavid isə həmin avadanlıqları işlədərək ondan əldə edilən gəliri mənimsədiyinə görə, iddiaçı Rasimə olan borcu özü ödəyir. Hazırda avadanlıq Nazimdədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddiaya etirazın məzmununa və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, bu işlə bağlı müxtəlif məhkəmə qətnamələri və qəradadları mövcuddur. Hansı ki, mübahisə predmeti olan əmlaklar üzərində həbs olmuş, daha sonra həmin həbs götürülmüşdür. Həmin avadanlıqlar iddiaçı tərəfə təklif edilsə də, iddiaçı avadanlığın onun olmadığını bildirərək qəbul etməyib. Ümumiyyətlə isə iddiaçı ilk öncə özü avadanlığı cavabdehlərə verir. Daha sonra isə müəyyən anlaşılmazlıq olduğuna görə onu götürür. Bu barədə səs yazıları da var. Ekspert rəyi ilə tanışdır və rəylə razı deyil. Ekspert rəyində boşluqlar var. Ona verilən suallara cavab olaraq bildirdi ki, apellyasiya məhkəməsinin icra vərəqəsinə əsasən avadanlıqlar iddiaçıya verilmişdir. Avadanlığın bütün kodları eyni olsa da, iddiaçı onun daxilinin dəyişdirildiyini iddia edir. Arada müəyyən iddialar qaldırılmışdır və müəyyən vaxt keçdiyinə görə avadanlıqlar gec qaytarılmışdır. 2015-2018-ci illərdə həmin avadanlıqlar istintaq orqanının qərarı ilə onlara saxlanca verilib. Həmin saxlanc müddətində də lazer aparatındna istifadə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-257/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qərarına əsasən vəsatət təmin edilərək, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmalı olan, hadisə vaxtı talanmış “X13” Lazer epilyasiya aparatının saxlanıldığı ünvan 1 ünvanda yerləşən “Şəms” gözəllik salonunda baxış keçirilməklə götürülməsi, zərurət olduqda həmin gözəllik salonunda axtarışın aparılması qərara alınmışdır. - Cavabdeh2 xx.xx.2018-ci il tarixli iltizamına əsasən “X13” Lazer aparatını məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını qeyd etmişdir. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən – 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatı vət. İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-32/2019 saylı, 08 may 2019-cu il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamış, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, İddiaçı ekspertiza tədqiqatlarının dəyərinin 710 manat pul tutularaq dövlət büdcəsinə keçirilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatının zərərçəkmiş şəxs Cavabdeh2 istifadəsində saxlanılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərlərində “Kale” və “Apeka” sözləri yazılmış açar nüsxələrinin isə ünvan 2 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərlərində “Kale” və “Apeka” sözləri yazılmış açar nüsxələrinin isə ünvan 2 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmü 16 yanvar 2020-ci il tarixdə icraya yönəlmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-97/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, iddiaçılar Cavabdeh2 və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı “X15 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının alınaraq iddiaçı Cavabdeh2 verilməsi və əşyanın sonuncunun mülkiyyəti hesab edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdehdən 101859 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə iddiaçı Cavabdeh2 xeyrinə cavabdehdən 10000 manat məbləğində pul vəsaitinin tutulması iddiasına dair mülki işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, mübahisə predmeti olan “Candella GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının üzərinə həbs qoyulmaqla, həmin aparatdan istifadə cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi, iddiaçılar Cavabdeh2 və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı -cavabdeh İddiaçı “Candella GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının alınaraq iddiaçı Cavabdeh2 verilməsi və əşyanın sonuncunun mülkiyyəti hesab edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdehdən 101859 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə iddiaçı Cavabdeh2 xeyrinə cavabdehdən 10000 manat məbləğində pul vəsaitinin tutulması iddiasına dair mülki işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, İddiaçı mülkiyyətində olan “Hyundai Santafe” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdeh İddiaçı qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(103)-72/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-MTT(011)-97/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərardadı ““X13” Lazer epilyasiya aparatından istifadə edilməsinin cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizə həmin hissədə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-MTT(011)-97/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin QXM-364 saylı, xx.xx.2023-cü il tarixli hesabatına əsasən İddiaçı məxsus “X13” markalı alexandrite lazer epilyasiya avadanlığının aylıq gəlir gətirmə qabiliyyəti orta hesabla 8000 – 12000 manat, illik gəlir gətirmə qabiliyyəti isə orta hesabla 100000 – 150000 manat müəyyən edilmişdir. “X13” markalı alexandrite lazer epilyasiya avadanlığının 2015-2018-ci illərdə aylıq icarə haqqının bazar dəyəri orta hesabla 5000 manat, 2018-2019-cu illərdə 4500 manat, 2020-ci ildən bu günədək isə 3000 – 4000 manat müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4102/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi – mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədə kollegiya mövqeyini belə qeyd etmişdir ki, X5, onun rəhbəri olduğu "xxxx" MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı arasında müxtəlif malların alğı-satqısı (nisyə alğı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn mülkihüquqi münasibətlər mövcud olmuşdur. Cavabdehin "xxxx" MMC-yə satılmış mallara görə 2015-ci ilin mart ayına 230766,00 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcunu etiraf etmiş və 2015-ci ilin mart ayında 2015-ci ilin iyul ayınadək 160766,00 manat, 2015-ci ilin noyabr ayında isə 70000,00 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, 2015-ci ilin oktyabr ayınadək cəmi 41000,00 manat məbləğində pulu cəmiyyətə geri ödədi. Daha sonra, o, özünə məxsus “Lazer GentleLase Pro” lazer aparatını borcuna görə Cavabdeh2 kürəkəni Cavid Abbasoun istifadəsinə vermişdir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək o, cəmiyyətə olan borcundan əlavə olaraq 10-13 min manat məbləğində pul ödəmişdir. 2017-ci ilin fevral ayında isə o, lazer aparatını iddiaçı Cavabdeh2 qardaşı Rasim Tanırverdiyev ilə razılaşaraq geri götürdü. İddiaçı barəsində cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 3656 nömrəli ekspert rəyinə əsasən, İddiaçı, ona xx.xx.2009-cu il tarixindən xx.xx.2017- ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə 181.859,0 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İşin bu halları cavabdehin məhkəmə iclasında verdiyi ifadələr, İddiaçı barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatlardan müəyyən edilir. Bununla da, cavabdehin iddiaçıya 181.859,0 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-82/2022 saylı, 06 may 2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)- 97/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə görülmüş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, “Hyundai Santafe” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadə, tələbkar İddiaçı, mütəxəssis Ziya Qafarov, borclunun nümayəndəsi Nümayəndə və digər icra məmuru X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “Candella GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatı ondan alınıb İddiaçıa qaytarılması ilə bağlı icraat zamanı xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində borclu borclu Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunan lazer aparatını Yasamal Rayon İcra Şöbəsinin yerləşdiyi Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısına gətirərək tələbkara təqdim etmişdir. Aparat maşından aşağı endirilərək İddiaçı dəvət etdiyi lazer mütəxəssisi kimi təqdim etdiyi Ziya Qafarovun və onların iştirakı ilə lazer aparatına baxış keçirilmiş, tələbkara təklif olunmuşdur. Tələbkar İddiaçı bildirmişdir ki, aparatın üzərində olan seriya nömrəsi və adı məhkəmə qərarına uyğun orada qeyd olunan birkaya müdaxilə olunub, cinayət işi üzrə ondan götürülən aparatın birkası və embleması ona təqdim olunan aparatın birka və embleması ilə eyni deyil, original aparat deyil və lazer aparatını götürməkdən imtina etmişdir. İcra zamanı tərəflərindən video çəkiliş aparılmışdır. - “X10 Mərkəzi” MMC-nin YDQM 004-098/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən “X13” markalı, 9914-9015-1441 seriyalı alexandrite lazer epilyasiya aparatından 2015- 2024-cü illər üzrə hər il ayrı-ayrılıqda göstərilməklə gəlir gətirmə qabiliyyəti 2015-2017-ci illər üzrə 197489 manat, 2018-ci il üzrə 139904 manat, 2019-cu il üzrə 124730 manat, 2020-ci il üzrə 76298 manat, 2021-2024-cü illər üzrə 92030 manat təşkil etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 30 iyul 2025-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə dair İddiaçı ərizəsi təmin edilməmişdir. İşin məhkəmə araşdırması zamanı tərəflərin izahahatları, işdə olan məhkəmə qərarları də müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh N.H.Tanrıverdiyev, onun rəhbəri olduğu "xxxx" MMC ilə İddiaçı arasında malların nisyə alğı-satqısına dair əməliyyatlar aparılmış, son olaraq iddiaçının cavabdeh Nazim Tanrıveriyevə 181.859 manat məbləğində borcunun olması əvvəlki məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı borcuna görə “X13” Lazer aparatını Cavabdeh2 göstərişi ilə onun kürəkəni Cavabdeh1 istifadəsinə vermişdir. 2017-ci ilin fevral ayında isə iddiaçı lazer aparatını geri götürmüşdür. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun xx.xx.2018-ci il tarixli qərarı ilə “X13” Lazer aparatı Cavabdeh2 təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmiş və hökm 16 yanvar 2020-ci il tarixdə icraya yönəlmişdir. İcra mərhələsində lazer aparatı tələbkar tərəfindən götürülməsi üçün təqdim edilmiş, lakin tələbkar aparatın orojinal aparat olmadığından qəbul etməkdən imtina etmişdir. İddiaçı hal-hazırda ona məxsus “X13” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının cavabdehlər tərəfindən qanunsuz saxlanıldığını bildirərək, bu aparatın istifadəsi nəticəsində cavabdehlərin əsassız varlandıqlarını, gəlir əldə etdiklərini bildirir, Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33 788 manat faiz borcun, cəmi 80 078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2017-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504 000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 18 5323 manat faiz borcun, cəmi 689 323 manat məbləğində pulunödənilməsini tələb edir, cavabdehlər isə iddia tələbinə etiraz edirlər və eyni zamanda iddia müddətinin tətbiq olunmasını bildirərək iddia tələbinin rədd olunmasını xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-yə və onun təssiçisi və idrektoru Cavabdeh2 borcu olduğundan 15 sentyabr 2015-ci il tarixdə özünəməxsus lazer aparatını Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 tərəfindən aparat Cavabdeh2 olan borca görə onun razılığı ilə Cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 tərəfindən tərəfindən hazırki halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat Cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür. Digər Cavabdeh2 münasibətdə də məhkəmə iddianı əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, işin halları ilə müəyyən olundu ki, Cavabdeh2 iddiaçı tərəfindən borcun qarşılığında 85000 manata qiymətləndirilərək onun mülkiyyətinə verildiyini əsas gətirərək iddiaçı tərəfildən götürülmüş lazer aparatı ilə hüquq mühafizə orqanlarına şikayət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm icraya yönəldilmiş, icra sənədi üzrə borclu tərəfindən maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X13” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması tələbkara verilsə də, lakin tələbkar aparatın orijinal aparat olmadığından qəbul etməkdən imtina etmişdir. Tələbkar həmin aparat olmadığından dəyərinin alınması barədə “icra üsulunun dəyişdirilməsi” ərizəsi ilə müraciət etmiş və ərizə təmin olunmamışdır. Göründüyü kimi, “X13” Lazer epilyasiya aparatı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 saxlancına verilmişdir. Son olaraq hökm qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində borcu tərəfindən təqdim edilsə də, tələbkar tərəfindən maddi sübutun qəbulundan imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olmuş lazer aparatı Cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmamışdır. Eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsi də hazırki icraatda sübuta yetməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəlki illər ərzində mülki icraat qaydasında da pul tələbinə dair mübahisə olmuş, həmin mübahisə getdiyi müddətdə müvəqqəti təminat tədbiri ilə lazer aparatının istifadəsinə qadağa qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avadanlıqdan istifadə etməsi qeyri-mümkündür. Eyni zamanda, iddiaçı Cavabdeh2 və "xxxx" MMCnin cavabdeh İddiaçı Musa oğluna qarşı maddi və mənəvi zərərə görə pul tələbi iddia müddətinin tətbiqi ilə rədd olunmuşdur, lakin məhkəmə tərəfindən İddiaçı Cavabdeh2 181859 manat məbləğində borcun olması, borca görə iddiaçının cavabdehə lazer aparatını verməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyni zamanda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə vəsatətə münasibətdə qeyd edir ki, iddia tələbi Cavabdeh1 dair hissədə 2015–2017-ci illər üzrə “əsassız varlanma” tələbinə dair xx.xx.2025-ci il tarixdə verilmişdir ki, bu da “əsassız varlanma” tələbi üzrə iki illik iddia müddətinin bitdiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməmişdir. Bundan başqa İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi üçün iddiaçı həmin zərərin faktiki olaraq vurulduğunu və onun məbləğini sübut etməlidir. İddiaçı tərəfindən belə sübut təqdim olunmadığından, zərərin əvəzinin ödənilməsi tələbi də əsassız sayılır. Həmin Məcəllənin 152 və 157-ci maddələri mülkiyyət hüququnun qorunması və mülkiyyətin tanınması hüququnu təsbit etsə də, bu iş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutlar cavabdehlərin mülkiyyətə qəsd etməsi və ya onu qanunsuz əldə etməsini təsdiqləmir. Cinayət işində təqdim edilmiş hökm və apellyasiya instansiyasının qərarlarına əsasən, sadəcə olaraq aparatın mənsubiyyəti məsələsi həll edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 33 788 manat faiz borcun, cəmi 80 078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2018-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504 000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən muəyyən edilən ucot dərəcəsinə əsasən hesablanmış 18 5323 manat faiz borcun, cəmi 689 323 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddia tələbləri əsassız olduğundan və yuxarıda göstərilən müddətlərə dair hissədə iddia müddəti keçdiyindən rədd olunmalıdır. Məhkəmə eyni zamanda bildirir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən “X10 Mərkəzi” MMC-nə ödənilmiş tədqiqatın dəyəri və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən “X10 Mərkəzi” MMC-nə ödənilmiş tədqiqatın dəyəri və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar