Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1353/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”-nə qarşı "öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”-nə qarşı "öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 14 saylı X1 qanuni təmsilçisi və direktoru vəzifəsindən azad edilməsi haqqında dəyişiklik barədə məlumatın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydə alınması öhdəliyinin cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-cü ildə Birliyin qərarı ilə 14 saylı X4 müəssisəsi təsis edilmişdir. 1994-cü ildə iddiaçı həmin müəssisənin direktoru təyin edilmişdir və buna uyğun olaraq da 2011-ci ildə əmək müqaviləsi bağlamışdır. 2011-ci ildən 2021-ci ilə qədər 14 saylı X1 direktoru vəzifəsində işləmişdir. Sonra ərizə ilə müəssisəyə müraciət edərək, onun direktor vəzifəsindən azad edilməsini xahiş etmişdir. 2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdən həmin müəssisənin işçisi deyildir. Lakin onu müəssisənin müxtəlif məsələlərinə görə narahat edirdilər. Səbəbini araşdırdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sistemində 14 saylı Trest müəssisəsinin qanuni təmsilçisi və direktoru vəzifəsində qeydiyyatdadır. Bu səbəbdən o Milli Gəlirlər İdarəsinə müraciət etmiş, müəssisənin artıq işçisi olmadığını və həmin vəzifədən də azad edilməsini xahiş etmişdir. Lakin ona yeni direktor təyin edildikdən sonra onun qeydiyyatdan çıxarılacağı bildirilmişdir. 14 oktyabr 2024-cü ildə cavabdeh təşkilata eyni məzmunlu məktubla müraciət etmiş, lakin bugünədək ona heç bir cavab verilməmişdir. Hesab edir ki, hazırda onun hüquqları pozulur, belə ki elektron portalda onun köhnə, həqiqətəuyğun olmayan məlumatları saxlanılmaqla hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”-nin hüquqi ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə 14 saylı X4 arasında bağlanmış xx.xx.1994-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 26 fevral 2021-ci il tarixdə xitam verilmiş və bu barədə bildiriş sistemə 26 fevral 2021-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanladığı 01 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 14 saylı X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin nəzərə alınması və Trestin direktoru vəzifəsindən azad edilməsi barədə məlumatın İnternet Vergi İdarəsinə daxil edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, müraciət ərizəsinə baxılmışdır. 14 saylı X1 Nizamnaməsinə əsasən 14 saylı X1 direktoru “Azərbaycan Dizayn İnşaat X7” tərəfindən vəzifəyə təyin edilir və işdən azad edilir. Qanunvericiliyin və Cəçiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni rəhbərin (qanuni təmsilçilik təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək www.e-taxes.gov.az saytından onlayn növbə əldə etməklə və ya poçt vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. İş materiallarında olan İddiaçı “Azərbaycan Dizayn İnşaat X7”-nə ünvanlamış 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, 14 saylı X2 1994-2021-ci illərdə direktor vəzifəsində işləmişdir. İşdən azad edilməsi üçün ərizə ilə DƏM-nə elektron qaydada müraciət etmiş, sonra trestə müraciət edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq Dövlət Vergi Xidmətində onun adı və soyadə qanuni təmsilçi kimi qeyd olunmuşdur. Elektron sistemdən direktor vəzifəsindən adının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü bəndinə əsasən, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Həmin Qanunun 9.1-ci bəndinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci bəndinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2- 1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə “Azərbaycan Dizayn İnşaat X7”nin tabeliyində olan 14 saylı X4 arasında xx.xx.1994-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, rəis vəzifəsinə işə qəbul olmuşdur. Daha sonra, İddiaçı 14 saylı X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin a bəndinə əsasən xitam verilmişdir. X10 Xidmətində İddiaçı adı və soyadı sözügedən müəssisənin qanuni təmsilçi, direktoru kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin qeydiyyatı İdarəsində elektron vergi sistemində qalmaqdadır. Bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Müvafiq dəyişikliklərin edilməsi üçün müəssisəyə müraciət olunsa da, bugünədək iddiaçıya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə İddiaçı 14 saylı X1 qanuni təmsilçisi və direktoru vəzifəsindən azad edilməsi haqqında dəyişiklik barədə məlumatın qeydə alınması üçün müraciət etməmək barədə hərəkətsizlik etməklə iddiaçının hüquqlarını pozmuş və iddiaçı haqlı olaraq hazırki halda məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçı ilə sözügedən 14 saylı X4 arasında hər hansı əmək münasibətləri və bağlılıq qalmamışdır. Belə olan halda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən cavabdeh müvafiq dəyişiklik barədə məlumatın qeydə alınması üçün Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə mürcaiət etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia tələbi təmin edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçı İddiaçı 14 saylı X1 qanuni təmsilçisi və direktoru vəzifəsindən azad olunması haqqında dəyişiklik barədə məlumatın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydə alınması öhdəliyi cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı 14 saylı X1 qanuni təmsilçisi və direktoru vəzifəsindən azad olunması haqqında dəyişiklik barədə məlumatın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydə alınması öhdəliyi cavabdeh “Azərbaycan Dizayn İnşaat X7”nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə