Məhkəmə qərarları › İş №2(004)-1362/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1362/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1362/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə ödənilmiş 2000 manat, əldən çıxmış fayda olaraq 1500 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat olmaqla ümumilikdə 4500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı idarə etdiyi sexə böyük həcmli kağızları kəsmək üçün kəsici bıçağın alınmasının icra edilməsi barədə Cavabdeh 2023-cü ilin avqust ayında 2000 manat pul ödəmişdir. Lakin, cavabdeh öhdəliklərinə əməl etməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzinə əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə 2000 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Nəsimi RPİ 19-cu PŞ tərəfindən tərtib edilmiş məktuba əsasən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh faktı təsdiqləmiş və kəsici alətin alınması məqsədilə ona ödənilmiş pulu geri qaytaracağı barədə iltizam vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 1096, 1097-ci maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Zərər dedikdə həm real zərər, həm də əldən çıxmış fayda nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı idarə etdiyi sexə böyük həcmli kağızları kəsmək üçün kəsici bıçağın alınmasının icra edilməsi barədə Cavabdeh 2023-cü ilin avqust ayında 2000 manat pul ödəmişdir. Lakin, cavabdeh öhdəliklərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə heç bir dispozitiv şərt yerinə yetirilmir. Odur ki, cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. İddia tələbi “əldən çıxmış fayda olaraq 1500 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun ödənilməsi” hissəsində əsassızdır. Belə ki, sözügedən hissələrdə iddiaçı tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan hesab edilmir. Əldən çıxmış faydanın yaranması əsasları və hesablanma meyarları iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Məhkəmə nəzərə alır ki, iddia tələbi üzrə ödənilmiş 2000 manat pulun geri qaytarılması hissəsində təkzibetmə yükü cavabdehin üzərindədir. Məhkəmə nəzərə alır ki, iddia tələbi üzrə yetərli qədər əsaslı sübutlar mövcud deyildir. Lakin, tələbin 2000 manat pulun geri qaytarılması hissəsində təmin edilməsi daha məqsədə müvafiqdir. Belə ki, həmin hissədə tələbin təmin edilməsi istiqamətində ilkin sübutlar mövcuddur. Həmin sübutların mübahisələndirilməsi isə cavabdeh tərəfindən həyata keçirilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin edilməsi xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi kimi məhkəmə xərci cavabdehə aid edilməlidir. Qalan 35 manat hissə isə iddiaçıya aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 2000 (iki min) manat və ödənilmiş 66 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş 66 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi İddiaçı aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar