Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1366/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən ona vurrulan maddi və mənəvi zərərə görə qanun çərçivəsində cavab vermələri və çəkdiyi zərər ilə təminatın tam ödənilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-6072/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, İddiaçı aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5326/2023 saylı mülki işin İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işə baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün iş materialları apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının iddia tələbi daşınmaz və daşınar əmlakına vurulmuş maddi və mənəvi zərər görə təzminatdır. “Azərbaycan dilinin izahlı lüğəti”n dən (4-cü cild) çıxarışdan görünür ki, təzminat məğlub tərəfin qalib tərəfə verməli olduğu verməli olduğu pul, kontribusiyadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh “X1" MMC-nin hüquqi ünvanı (VÖEN **********) AZ1007, ünvan 1 ünvanının Nəsimi rayon ərazisi olması əsası ilə geri qaytarılmışdır. Göründüyü kimi, qeyd edilən iddia tələbi AR MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşmür. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə bildirir ki, iddiaçı iddia tələbi ilə cavabdehin hüquqi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyindən və məhkəmə tərəfindən də, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edildiyindən, məhkəmə mulki işin MPM-nin 39.1, 44.2.2, 45-ci maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 31, 44, 45, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1366/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1366/2024
31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver