Məhkəmə qərarları › İş №2(004)-1400/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1400/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1400/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə. İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) və Cavabdeh3 qarşı “maşının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) və Cavabdeh3 qarşı “maşının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 230 minik” markalı, **- GU-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçıya məxsusdur. O, həmin maşına dair xx.xx.2007-ci il tarixdə cavabdehə etibarnamə vermişdir. Cavabdeh isə ona məxsus avtomaşını Cavabdeh1 etibarnamə ilə vermiş, əvəzində “Jiquli 04” markalı avtomaşını özünə götürmüşdür. Cavabdeh1 “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək, maşının aylıq ödənişlərini ödəyə bilmədiyi üçün maşının hissələrini sökmüş və tam yararsız vəziyyətə salmışdır. Cavabdeh olan bankın işçisi Cavabdeh3 Cavabdeh1 sökülü vəziyyətdə olan maşını sökülü vəziyytədə götürərək bankın Xətai rayonunda dayanacaq yeri olmasına baxmayaraq, Binəqədi rayonunun qarajına aparmışdır. Ordan isə həmin maşını evakuatora qoyaraq aparmışlar. O, Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci ildə ərizə yazaraq ayda 500 manat ödəməklə oan məxsus maşının girovdan azad olunmasını xahiş etmişdir. Lakin maşının qarajda olmadığı ona məlum olmuşdur. Sözügedən maşına görə Suraxanı Rayon İcra şöbəsində ona məxsus evə həbs qoyulmuşdur. O, maşının qaytarılması barədə hüquq mühafizə orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamış, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan başqa, o, avtomaşının tapılması üçün Bakı şəhər Baş Polis İdarəsinə, Binəqədi rayon X8 Şöbəsinə müraciət etmiş, lakin maşının tapılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsus olsa da, maşını o sürməmişdir. Maşınla bağlı bütün sənədlər bankdadır. Bank maşını müxtəlif adamlara vermişdir. Onlardan biri də Abasov Vasifdir. Vasif də maşını 7 il sürüb sonra pulu ödəyə bilməyib. Bank da maşını aparıbdır. Sonuncu dəfə maşın Vasifin həyətində olubdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı 17 noyabr 2004-cü il tarixdə ona etibarnamə vermişdir. Maşını götürmüş, əvəzində isə onun maşınını aparmışlar. 7 il maşın onda olmuşdu. 4 il ərzində hər ay 400 manat banka ödəniş etmişdir. Ödənişlər barədə qəbzləri isə bankın işçisinə vermişdir. Sonra bankı başqa yerə köçürdülər. O, ödənişi aparmağa gedəndə bildirilmişdir ki, hələ bank tam köçməyib, ona görə də hələ gözləməlidir. Sonradan ona verilən etibarnamənin vaxtı qurtarmış, maşının borcundan isə 2400 manat qalmışdı. O, bankın işçilərinə bildirmiş və onlar gəlib maşını aparmışlar. Üç nəfər idilər və bununla bağlı bankın işçilərinə ərizə də yazıb vermişdir. Bankın işçiləri iddiaçının adından onun oğluna etibarnamə vermişdilər. Nə oğlu iddiaçını tanıyır nə də iddiaçı onları tanıyır. Maşın hazırda onda deyil, odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iddia tələbi razı olmadığını bildirərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavadehlər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-420/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 2670 manat məbləğində əsas borc, 3939.04 manat məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə pulu, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6829.04 manat məbləğində borcun İddiaçı tutularaq Cavabdeh2 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. ƏN-İ seriyalı və 606679 saylı, xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı AA 974670 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X2 xx.xx.2013-cü il tarixinədək etibar etmişdir. Etibarnaməyə əsasən İddiaçı əvəzindən Cavabdeh3 imza etmişdir. ƏN-İ seriyalı və 581463 saylı, xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı AA 974670 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X2 xx.xx.2011-ci il tarixinədək etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. DİN Binəqədi RPİ 4-cü PŞ-nin xx.xx.2022-ci il tarixli, 060-6011/4 saylı məktubundan görünür ki, İddiaçı şikayət ərizəsində göstərilən xüsusatlar mülki iddia xarakterli olduğuna görə müraciəti icra olunmamış, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 22524 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmişdir. DİN Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X8i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «MERCEDES BENZ 230» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən alqı-satqı müqaviləsi əsasında İddiaçı adında qeydiyyatda olmaqla, "xxxx" ASC-nin 8 saylı filialında girovdadır. «MERCEDES BENZ 230» markalı, **- GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi barədə DİN Baş X8i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (kompüter çıxarışı əlavə olunur). Cavabdeh2 ASC-nin (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixli, **********130 saylı məktubundan görünür ki, xx.xx.2007-ci il tarixli 409 saylı kredit müqaviləsinə əsasən girov predmeti olan “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********178 mühərrik nömrəli, metalik rəngli nəqliyyat vasitəsi Əmanətlərin Sığortalanması Fondunun duracağında aşkar edilməmişdir. DİN Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X8i İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış keçirilmiş, lakin “MERCEDES BENZ 230” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakçı olduğu hər-hansı bir qayda pozuntusu aşkar olunmamış, qeyd olunan avtomaşının texniki baxışdan keçmə müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh2 ASC-nin (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixli, **********210 saylı məktubundan görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 409 saylı kredit müqaviləsi ilə əlaqədar sənədlərin aşkar edilməsi üçün arxiv şöbəsinə sorğu yazılmış, lakin tələb olunan sənədlər aşkar edilməmişdir. Mülki Məcəllənin: 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İstehsal ili 1990-cı il, ban nömrəsi: WDB1240231B177100 olan “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X1 alınaraq İddiaçı alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X2 münasibətdə əsaslı olduğundan və bu hissədə təmin olunduğundan, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İstehsal ili 1990-cı il, ban nömrəsi: WDB1240231B177100 olan “Mercedes Benz 230 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X1 alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar