Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1429/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “X1 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 66.096 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, ümumilikdə 76.096 manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6572/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X1 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyət qaydalarının pozulması əsası ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(004)-6572/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayət verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş və məhkəmə aidiyyətinə məhkəmə baxışında araşdırılaraq qiymət verilməsi məqsəd ilə xx.xx.2022-ci il tarixli qərardad ləğv edilərək İddiaçı cavabdeh “X1 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Belə ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün tərəflərin şifahi qaydada dinlənilməsi zərurəti yaranmışdır. Məhkəmənin baxış iclasında cavabdeh X1 "xxxx"” ASC-nin nümayəndəsi Nümayəndə şifahi qaydada vəsatət verərək mülki iş icraata qəbul edilərkən məhkəmə aidiyyət qaydalarının pozulmasını bildirmiş və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin məhkəmə baxış iclası zamanı İddiaçı verdiyi izahatında göstərmişdir ki, o, fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, lakin hazırda fəaliyyətini dayandırmışdır. Bundan başqa onunla hüquqi şəxs olan cavabdeh arasında mübahisə onun sahibkarlıq fəaliyyəti ilə bağlı deyil deliktdən irəli gələn mübahisə olduğundan işin Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş edir. Verilmiş suallara əsasən o, bildirmişdir ki, zərər vurulması iddia etdiyi karxananı gəlir əldə etmək üçün almış, lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi zərər dəymiş, eyni zamanda karxananı işlədə bilmədiyindən gəlirindən məhrum olmuşdur. Daha sonra tərəflər barışıq üçün vaxt verilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə iclası təxirə salınmışdır. Lakin hazırda tərəflər aralarında barışıq əldə edə bilmədiklərini bildirərək işə baxılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə aidiyyət qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının fikrini öyrənir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, qeyd olunan karxana fəaliyyəti ilə bağlı o, VÖEN əldə etməmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün bütün sənədləşdirmə işlərini tamamlamış, lakin iyun ayında cavabdehin hərəkətləri nəticəsində karxanada zəruri avadanlıqlar dağıdılmışdır. Verilmiş suallara əsasən bildirir ki, “Şabran çay qum-çınqıl karxanası” şirkətinin sahibi odur. Lakin hazırki tələbini sahibkar kimi deyil fiziki şəxs olaraq vermişdir. Buna görə də hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə hazırkı tələb kommersiya hüquq münasibətlərindən irəli gəldiyindən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, cavabdeh “X1 "xxxx"” ASC də hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, 21-3/14- 408 saylı məktubuna əsasən müəyyən edilir ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu”nun Lot-1 km 134+700-144+800 hissəsinin Şabran çayının üzərində tikiln körpünün yaxınlığındakı İddiaçı məxsus “Şabran çay qum-çınqıl karxanası”nın tikinti altına düşməsi barədə Mahmudov Mübarizin müraciəti aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinda araşdırılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehdən ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı ona delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tikinti və yenidənqurma işləri aparan cavabdeh şirkətlə (hüquqi şəxs) çay qum-çınqıl karxanası olan iddiaçı (fərdi sahibkar) arasında mübahisə məhz onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranmışdır. Deməli, hazırkı mübahisə iki ayrı tərəfin sahibkarlıq fəaliyyətini birgə deyil, ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranmış deliktdən irəli gələn mübahisədir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Qeyd olunan Plenum Qərarının 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarını də nəzərə alaraq qeyd edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan hazırkı tələbə Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh “X1 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-1429/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1429/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1429/2023
31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver