Məhkəmə qərarları › İş №2(004)-1445/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1445/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1445/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalından 30.000 manat məbləğində maddi zərərin və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, arvadı, xx.xx.1980-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi kimi Dəqiqləşdirilməmiş böyrək çatışmazlığı qoyulmuşdur. 4 uşağı anadan yetim qaldı. Cavabdeh tibb müəssisəsi onu 30.000 manat borc almağa vadar etdi ki, yoldaşını sağaldacaqlar. Qeyd edir ki, həyat yoldaşı X1, X7, onların göndərişi ilə Mediland hospitalda müayinə və müalicələr alsa da, heç bir müsbət nəticəsi olmamışdır. İmişli rayon mərkəzi xəstəxanasından Bakı şəhər Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutuna xx.xx.2023-cü il tarixli tibbi xidmətə göndəriş vərəqəsi verilmişdi. Qeyd etdiyi səhiyyə ocaqlarında və Mediland hospitalda müayinələr, analizlər aparıldı. Sonra X7 böyrək əməliyyatı aparıldı, yoldaşı 3-4 ay sonra həmin xəstəlikdən vəfat etdi. Hazırda onu deyirlər ki, gərək tibbi müəssisələri araşdırma aparıb yoldaşımın ölümündə kimin təqsirkar olduğunu müəyyən edəydilər. O, bu barədə araşdırılma aparılması üçün Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti, X16 Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Səhiyyə naziri cənab Teymur Musayevə və Azərbaycan Respublikası TƏBİB İdarə heyətinin sədri cənab Zaur Əliyevə ərizələr göndərdi. Ona cavab verildi ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməlidir. Respublika prokurorluğuna şikayət etdi. Bakı hüquqmühafizə orqanlarına etdiyi müraciətə cavab verildi ki, aidiyyəti üzrə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə prosesinin gedişində İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalından və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30.000 manat məbləğində maddi zərərin və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, xx.xx.1980-ci il təvəllüdlü xəstə Abbasova Gülnarə Əliyar qızı xx.xx.2023-cü il tarixində 2 il öncə diurezinin azalması, ürəkbulanma, baş ağrıları, halsızlıq şikayətləri ilə Mərkəzi Hospitala müraciət etmişdir. Xəstəyə “Transplant Böyrəyin ölümü, Xroniki Böyrək Yetməzliyi 5-ci mərhələ” diaqnozu qoyulmuş və xəstə bir müddət dəstək müalicəsi almışdır. Xəstəyə “Greft Nefrektomiya+ Canlı Donorlu re-Transplantasiya” əməliyyatı məsləhət görülmüşdür. Belə ki, əməliyyata əks göstəriş qeyd olunmamışdır. Xəstə və xəstə yaxınlarına əməliyyatın bütün risk dərəcələri, əməliyyatdan sonrakı dövrdə yarana biləcək fəsadlar tam şəkildə izah olunmuşdur və tibbi xidmət müqaviləsi imzalanmışdır.Tibbi xidmət müqaviləsi mərhum Gülnarə Abbasova tərəfindən imzalanmış və sonuncu tərəfindən oxudum, anladım qeydi yazılmış, eyni zamanda Hospital “xəstəni tam sağaldağacağıq” kimi öhdəlik nə rəsmi nə də şifahi götürməmişdir. Daha sonra xəstəyə bacısı Kəmalə Sarıyevanın donorluğu ilə xx.xx.2023-cü il tarixində eyni senasda “Greft Nefrektomiya+Canlı donorlu böyrək transplantasiyası” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstənin diurezi anurik olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə nefroloq nəzarəti altında evə yazılmışdır. xx.xx.2023-cü il tarixində xəstə yenidən sağ qalça çuxuru nahiyyəsində, əməliyyat kəsik xəttində şişkinlik, hematoma, ağrı, ümumi halsızlıq, bütün bədəndə ağrılar şikayətləri ilə yenidən Mərkəzi Hospitala müraciət etmişdir. Xəstə “Dərialtı hematomanın boşaldılması” əməliyyatı üçün hospitalizasiya olunmuşdur. Əməliyyatdan sonraki dövr fəsadsız keçmiş və xx.xx.2023-cü il tarixdə ambulator müşahidə altında evə yazılmışdır. Yuxarıda qeyd edilən əsaslara görə hesab edirlər ki, iddia tamamilə əsassızdır və iddia tələbi rədd edilməlidir. Belə ki, xəstə ilə aralarında bağlanan “Tibbi Xidmət Müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən Hospital müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir. Eyni zamanda Müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən “xəstə” və ya “xəstə yaxını/onun qanuni nümayəndəsi” göstəriləcək tibbi xidmətin Qiymət Cədvəlinə əsasən fakturada əks etdirilən məbləği Hospitalın hesabına vaxtında və əksiksiz ödəyir və ödəniş olduğu məbləğin göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.4-cü maddəsinə əsasən, müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği xəstə və ya xəstə yaxını tərəfindən müqavilənin 3.1-ci maddəsində göstərilən qiymətlərə əlavə olaraq hospitalın hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Xəstə göstərilən tibbi xidmət barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini Hospitala ödəməyi öhdəsinə götürmüşdür. Hospital müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş və xəstəyə bütün xidmətlər göstərilmiş, iddiaçının arvadının ölümünə səbəb hər hansı hərəkət(hərəkətsizlik) olunmamışdır. Bütün bunları nəzərə alaraq, iddiaçı tərəfindən qaldırılan iddianın əsassız olduğunu bildirərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərarın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, böyrək transplantasiyasında iştirak edən digər pasiyentin, yəni baldızının vəziyyəti də ağırdır. Əvvəlki müalicə xərcləri ilə əlaqədar kreditləri də ödəyir. Xəstənin dərmanlarına gündəlik 400-500 manat xərclənib. Həmçinin, xəstə savadsız olduğu üçün razılıq vərəqəsini oxuya bilmirdi, buna görə Gömrük Hospitalı ilə müqavilə bağlanmışdı. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməmiş və etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyində əməliyyatla bağlı taktikanın düzgün aparıldığı qeyd edilib. Əməliyyat xərci xeyriyyəçi tərəfindən ödənilib. Əməliyyatın riskləri barədə xəstəyə xəbərdarlıq edilmiş və razılıq vərəqəsi alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X11 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müalicə üçün həkim göstəriş verib. Ekspert rəyində də əməliyyatın düzgün aparıldığı qeyd edilib. Həkim əməliyyatın uğurlu olması ilə bağlı 100% qarantiya vermir. Həmçinin, analizlər də düzgün aparılıb və həkim səhvi yoxdur. İddiaçının Mediland Hospitala ödədiyi pul vəsaitləri xəstəyə labarator xidmətlər göstərilməsi ilə əlaqədar olmuşdur. Əgər götürülən analizlərin nəticələrində hər hansı bir yanlışlıq var idisə iddiaçı bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırmalı idi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 1980-ci il təvəllüdlü X3 adına “Mediland" Hospitalda tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə laborator müayinələrdən keçmişdir. Kreatinin qanda-7.09 mg/dL, sidik turşusu qanda- 7.2 mg/dL, Fosfor qanda-5.28 mg/dL, CRP-0.1 mg/dL, Zülal/Kreatinin nisbəti-1.3 mq/ml. Süa: samanı sarı, zülal 80 mg/dL, bakteriya +, K-2.9 mmol/1, Ca++-1.01 mmol/1, Hct-26.3 %, Qüa: LYM-1.20 #, RBC-2.96 10^6/jııl, HGB-7.9 g/dl, HCT-24.7 %, X3 adına ‘X17” X2 və İmunoloji laboratoriyasında tərtib edilmiş xx.xx.2022-ci il tarixdə verilən HLA-toxuma tipi təyini rəyi verilmişdir. Rəydə: X15 Sarıyeva ilə 3/6 uyumludur. X3 adma “Memorial Şişli” Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli tibbi Laboratoriyanın Texniki nəticə hesabatından görünür ki, T və B limfositləri uyğundur. X3 adına “Memorial Şişli” Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixdə verilən tibbi Laboratoriyanın Texniki nəticə hesabatından görünür ki, PRA class İ tarama 146 MFİ <1000, PRA class İİ tarama 74 MFİ <1000. X3 adına “Medisan” tibb mərkəzində tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə laborator müayinələrdən keçmişdir. Kreatinin-502 plU/ml, K-4.68 mmol/1, Qüa: WBC-5.1 10A9/1, RBC-2.092 lCT6/pl, HGB-5.52 g/dl, HCT-18.92 %, MCV- 90.4 fl, MCFİ-26.32 pg, MCHC-29.12 g/dl, PLT- 187 KT9/1, EÇS-60 mm/saat. X3 adına X7 təıtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 1406-da “Xroniki böyrək xəstəliyi V mərhələ. Tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək” diaqnozu ilə daxil olmuşdur. Şikayəti 2-il öncə diurezin azalması, ürəkbulanma, baş ağrıları və halsızlıqdandır. Xəstənin epikrizindən görünür ki, 2011-ci ildə “Canlı donorlu Böyrək Transplantasiyası” əməliyyatı keçirmişdir. 2-il öncə diurezin azalması, ürəkbulanma, baş ağrıları, halsızlıq şikayətləri ilə Nefroloqa müraciət etmişdir. Xəstəyə “Transplant Böyrəyin ölümü, X12 5-ci mərhələ” diaqnozu qoyulmuşdur. Xəstə bir müddət dəstək müalicəsi almışdır. 2 ay sonra xəstəyə daimi dializ kateteri qoyularaq dializ başlanmışdır. Xəstəyə “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” əməliyyatı məsləhət görülmüşdür. Əməliyyata əks göstəriş müəyyən edilməmişdir. Xəstə və xəstə yaxınlarına əməliyyatın bütün riskləri izah olunmuşdur. Xəstəyə bacısı Kəmalə Sarıyevanın donorluğu ilə xx.xx.2023-cü il tarixdə eyni seansda “Greft Nefrektomiya” və “Canlı donorlu böyrək transplantasiyası” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstənin diurezi anurik olmuşdur. Xəstəyə renal doppler USM olundu. Greft böyrəyin arter və vena axımı normaldır, nefrektomiya lojasında hematoma görüldü. Xəstəyə günaşırı hemodializ seansı təyin olunmuşdur. xx.xx.2023-cü ildə tarixdə xəstədə nefrektomiya əməliyyatı kəsik xəttindən və uşaqlıq yolundan qanaxma müşahidə olundu. Xəstəyə 2 ERK və 1 TDP köçürüldü. Ginekoloq konsultasiyası olundu. Lazımi məsləhətlər verildi. Laborator analizlər: kreatinin dəyəri 9.74 mg/dl. Müayinələr: Transvaginal USM nəticəsi: Son normal mensturasivanın ilk günü: Uşaqlığın vəziyyəti anteflexio. Ölçüləri: 61x46x52 mm. Kənarları hamar, exoqurluşu heterogen, M-exo: 4.9 mm. Yumurtalıqlar: sağ ölçüləri: 46x31 mm, kənarları hamar, exoqurluşunda daxilində 29x24 mm ölçüdə maye tərkibli törəmə izlənilir. Sol ölçüləri: 46x33 mm, kənarları hamar, exoqurluşu həmcins. Döş qəfəsi rentgenoqrafıyasında (bir poyeksiya) (ön): Ağciyərlərdə aktiv Rentgen-patologiyası aşkarlanmır. Böyrək, hissəvi total nefrektomiya HE, CR, VG. Klinik məlumat: Transplant böyrək. Xroniki rejeksyon. 82 qr çəkidə, 9x5x3 sm ölçüdə nefrektomiya materialıdır. Kəsik üzündə törəmə və ya daş qeyd edilmədi. Şiddətli intersistial limfoplazmositar reaksiya; limfoid aqreqatlar; Tirodinizasiya; Damar divarlarında fıbrointimal qalınlaşma; Damar mənfəzlərində köpüksü histiosit toplanması. Pelvikaliseal dilatasiya. Doppler exokardioqrafıya nəticəsi: TÇ-İİO, AŞ-min-İO, MÇ-İİ-İİİO (ekssentrik) qeyd edilir. Xəstə xx.xx.2023-cü il tarixdə nefroloq nəzarəti altında ambulator müalicə üçün evə yazılır. Diaqnoz: “Xroniki böyrək xəstəliyi V mərhələ. Tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək”. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının ("Hospital") və digər tərəfdən Gülnarə Abbasova (“xəstə”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi Xidmət Müqaviləsinə əsasən, “hospital” tibb personalı vasitəsilə nəzərdə tutulmuş xidmətləri həyata keçirməyi, “xəstə” və ya “xəstə yaxını/qanuni nümayəndəsi” isə göstərilən tibbi xidmətə görə 12.206 (on iki min iki yüz altı) manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Xəstə və/və ya Xəstə yaxını razılığından görünür ki, Gülnarə Abbasova bəyan etmişdir ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalın həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyatı riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində ona məlumat verdilər. O, azad iradəsilə bu əməliyyatın keçirilməsinə razılıq verir. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, hospitala ödədiyi 12206 (on iki min iki yüzaltı) manat məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq "QİYMƏT CƏDVƏLİ" əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürür. xx.xx.2023-cü il tarixdə X6 tərəfindən imzalanmış Böyrək köçürülməsi əməliyyatıresipientin (alıcı, xəstənin) məlumatlandırma və əməliyyata razılıq vərəqəsindən görünür ki, həkimləri tərəfindən ona izah edilən canlı vericidən(və ya kadavra vericidən) alınan böyrəyin vücuduna nəql edilməsi əməliyyatını bütün detallan ilə anladı. Böyrək köçürülməsinin istər əməliyyat sırasında, istərsə də əməliyyat sonrası dövrdə son dərəcə təhlükəli və ciddi bir əməliyyat olduğunu bilir. Əməliyyatın gətirəcəyi fayda və zərər ona izah edildi. Əməliyyat zamanı və sonrasında olabiləcək ölüm (vəfat, dünyasını dəyişmə, tələf olmaq), qanaxma, infeksiyalar, qanın va peritonarxasi orqanların yaralanması, böyrək damarlarının tutulması (trombozu), sidik yolu qaçaqları və daralmalan xastaliyimin yenidən təkrarlaması, ağciyər yetməzliyi, böyrək yetməzliyi, qan-damar sistemi yetməzliyi, beyində ola biləcək vaskulyar problemler, anesteziyaya bağlı meydana çıxa biləcək məsələlər izah edildi. Meydana çıxa biləcək problemlərin sadalananlarla məhdud qalmaya biləcəyini, təkrar əməliyyat və müdaxilələrə ehtiyac ola biləcəyini və bütün bunların sonunda işləmlərin ölümlə nəticələnə biləcəyini anladım Xəstəliyimlə əlaqədar alternativ ola biləcək digər müalicə metodları izah edildi və xəstəliyima heç bir tasin olmayacaqlarına görə böyrək nəqlinin gərəkli olduğunu anladım. Vücudumun yeni böyrəyi radd etməməsi üçün ömür boyu dərman müalicəsi altında olacağını və bu dərmanlarla əlaqədar böyrək yetməzliyi, diabet, arterial hipertenziya, infeksiyalara həssaslıq kimi müxtəlif əlavə təsiriar ola biləcəyini anladım. Böyrək köçürüldükdən sonra yetərli dərəcədə çalışmaya biləcəyini və təkrar böyrək nəqlina ehtiyac duya biləcəyimi bilir. Bundan basqa, vericidən alınan böyrək və ya əməliyyat sırasında, ya da sonrasında istifadə olunan qan və qan məhsulları ilə keçə biləcək yoluxucu xəstəliklərin(viral, infeksion) də fərqindədir. Keçirəcəyi proseduraların ona psixoloji olaraq təsir edə biləcəyini və psixiatrik yardıma ehtiyacı ola biləcəyini də anlayır. Transplantasiyadan sonra uzun müddət xəstəxanada qala biləcəyi və evə yazıldıqdan sonra da tez-tez kontrollara gələcəyi və lazım olduğunda təkrar xəstəxanaya yatmaq məcburiyyətində qala biləcəyi izah edildi. Əməliyyatdan sonra digər xəstəxanalarda da müdaxilə və müalicə ehtiyacı yarana bilər. Təkrar yatış ehtiyacı olduğu halda yatış səbəbindən və fəsad aralığından asılı olaraq fərqli həcmlərdə əlavə maliyyə xərcləri ola biləcəyi barədə məlumatlandırıldı. Köçürüləcək orqanın məxsus olduğu canlı verici və ya kadavra yaxınları ilə orqanın mane kocurulmasina dair heç bir maddi və ya mənəvi təmənnanın tərəfindən və ya yaxınları tərəfindən olmadığını, gələcəkdə də bu cür bir təmənnaya dair hər hansı bir fikrə düşməyəcəyini açıq şəkildə bəyan edir. Böyrək transplantasiyası ilə əlaqədar olaraq tam olaraq məlumatlandırıldı. Bütün suallarına cavab aldım, ola biləcək hər cür problem(fəsad, ağırlaşma) üçün xəbərdar edildi və onun üzərinda bu əməliyyatı etmək üçün doktorum va komandasına icazə verir. xx.xx.2023-cü il tarixdə X6 tərəfindən imzalanmış Anesteziya haqqında xəstə məlumatlandırma və icazə formunun məzmunundan müəyyən edilir ki, xəstəyə tətbiq ediləcək anesteziya metodları barədə və onların nəticələri barədə məlumat verilmiş və xəstə bunları oxudum, anladım qeyd etməklə icazə formunu imzalamışdır. xx.xx.2023-cü il tarixdə X6 tərəfindən imzalanmış Qan və qan məhlullarının transfuziyası üçün xəstə məlumatlandırma və icazə formunun məzmunundan müəyyən edilir ki, xəstəyə qan və qan məhsullarının nəql edilməsi barədə və bunun nəticələri, yarana biləcək fəsadlar barədə məlumat verilmiş və xəstə bunları oxudum, anladım qeyd etməklə icazə formunu imzalamışdır. X13 tərəfindən verilmiş fakturalara əsasən müəyyən edilir ki, X4 göstərilən tibbi xidmətlərə görə xx.xx.2023-cü il tarixli fakturaya əsasən, 117 manat, xx.xx.2023-cü il tarixli fakturaya əsasən, 305 manat, xx.xx.2023-cü il tarixli fakturaya əsasən, 165 manat, xx.xx.2023-cü il tarixli fakturaya əsasən, 55 manat xx.xx.2023-cü il tarixli fakturaya əsasən, 55 manat ödəniş edilmişdir. X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, X4 göstərilən tibbi xidmətlərə görə cəmi ödəniləcək 24.412 manat məbləğdən 12.206 manat xəstə tərəfindən, 12.206 manat isə xeyriyyəçi Tural Əsgərov tərəfindən ödənilmişdir. X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, X4 göstərilən tibbi xidmətlərə görə cəmi ödəniləcək 1772,61 manat məbləğdən 572,61 manat xəstə tərəfindən, 1200 manat isə xeyriyyəçi Tural Əsgərov tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən verilmiş 190303 nömrəli qəbzdən görünür ki, Kəmalə Sarıyevaya göstərilən tibbi xidmətlərə görə xx.xx.2023-cü il tarixdə 393,60 manat pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 190305 nömrəli qəbzdən görünür ki, Gülnarə Abbasovaya göstərilən tibbi xidmətlərə görə xx.xx.2023-cü il tarixdə 451,20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Gömrük Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən verilmiş 38080 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, aparılan tibbi xidmətlərə görə 140 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Gömrük Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən verilmiş 38086 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, aparılan tibbi xidmətlərə görə 165 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Gömrük Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən verilmiş 18205 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, aparılan tibbi xidmətlərə görə 13,20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Gömrük Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən verilmiş 40532 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, aparılan tibbi xidmətlərə görə 55 manat ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xidmət çek siyahısından görünür ki, Gülnarə Abbasovaya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək göstərilən tibbi xidmətlərə görə 933,82 manat pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, Gülnarə Abbasovaya göstərilən tibbi xidmətlərə görə 5302 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 62 manat, 160822 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 324 manat, 7294 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 131 manat, 7643 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 8 manat, 7644 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 8 manat, 7651 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 40 manat, 161199 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 284 manat, 1898 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat, 1963 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 116 manat, 2120 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 23 manat, 4866 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən 200 manat, 7989 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 9 manat, 3567 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən 102 manat, 97651 nömrəli, 97513 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat, 3529 nömrəli, xx.xx.2023cü il tarixli qəbzə əsasən, 27,26 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 86,78 manat, 97769 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 107 manat, 97777 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 26.78 manat, 97908 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən 91 manat, 98146 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat, 196485 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 9 manat, 98335 nömrəli xx.xx.2023cü il tarixli qəbzə əsasən 111 manat, 98354 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 9 manat, 98575 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 62 manat, 98624 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat, 98856 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat, 197759 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 50 manat, 3613 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 99 manat, 3614 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 9 manat, 3627 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 80 manat ödənişlər edilmişdir. İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən pasiyent Gülnarə Abbasovaya naməlum mənşəli qızdırma (qanın ümumi əkilməsi üçün göndərilir) səbəbindən Bakı B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutuna göndərilməsi məqsədilə göndəriş vərəqəsi verilmişdir. İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 351463 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda dəqiqləşdirilməmiş böyrək çatmamazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 523 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 2- 2/321/2-088820/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun 1980-ci il təvəllüdlü mərhum həyat yoldaşı X3 əziyyət çəkdiyi böyrək çatışmazlığı xəstəliyindən müalicə olunması üçün X9 təxminən 30.000 (otuz min) manat məbləğində pul xərcləməsinə baxmayaraq yoldaşının xx.xx.2023-cü il tarixdə İmişli rayonunda böyrək çatışmazlığından vəfat etməsi ilə əlaqədar onun müalicəsinə sərf etdiyi maddi vəsaitin geri qaytarılması barədə Yasamal rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Nəzərinə çatdırılmışdır ki, müraciətdə göstərdiyi xüsusatlar mülki mübahisə xarakterli olduğundan məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi əsasında birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 409 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X8 həqiqətən İmişli rayonunun Muradxanlı kənd sakini İddiaçı arvadıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik Hüquqi şəxsinin 493/KEŞ saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X3 adına təqdim edilmiş tibbi sənədlərə əsasən, o, sağlığında xroniki böyrək xəstəliyindən əziyyət çəkmiş və 2011-ci ildə “Canlı donorlu Böyrək Transplantasiyası” cərrahiyyə əməliyyatı keçirmişdir. X6 xx.xx.2023-cü il tarixdə X9 daxil olmuş, aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “Xroniki böyrək xəstəliyi V mərhələ. Tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək” diaqnozu düzgün təyin edilmişdir. 2.6. X4 təyin edilmiş diaqnoza əsasən, ona canlı donordan retransplantasiya cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Bunun üçün laborator tədqiqatlar aparılmış və əməliyyat uyğunluğu yoxlanılmışdır. 3. X3 üzərində “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” cərrahiyyə əməliyyatının aparılması taktikası düzgün seçilmişdir. 4.5. X3 üzərində xx.xx.2023-cü il tarixdə “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetrilmişdir. Əməliyyatdan sonrakı dövrdə adekvat müalicələr təyinat üzrə aparılmış və xəstə xx.xx.2023-cü il tarixdə nefroloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılmışdır. 7. Qərardaddan görünür ki, X3 ölümü xx.xx.2023-cü il tarixdə qeyd edilmişdir. Lakin meyitin məhkəmə-tibbi ekspertizası aparılmadığı üçün onun ölümün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olıuaması haqqında fikir söylənilməsi mümkün olmadı.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X8 2022-2023-cü illər ərzində cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və digər xəstəxanalarda müayinələrdən keçmiş və müalicələr almışdır. O, sağlığında xroniki böyrək xəstəliyindən əziyyət çəkmiş və 2011-ci ildə “Canlı donorlu Böyrək Transplantasiyası” cərrahiyyə əməliyyatı keçirmişdir. X6 xx.xx.2023-cü il tarixdə X9 daxil olmuş, aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “Xroniki böyrək xəstəliyi V mərhələ. Tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək” diaqnozu qoyulmuşdur. X4 təyin edilmiş diaqnoza əsasən, ona canlı donordan retransplantasiya cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. X3 üzərində xx.xx.2023-cü il tarixdə “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə müalicələr aparılmış və xəstə xx.xx.2023-cü il tarixdə nefroloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılmışdır. Daha sonra X8 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş böyrək çatmamazlığından vəfat etmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər ondan həyat yoldaşını sağaltmaq adı ilə müalicə və müayinələr üçün 30.000 manat vəsait götürmüşlər. Yoldaşını dəfələrlə müalicə etmişlər və sonuncu dəfə xx.xx.2023-cü ildə böyrək transplantasiya əməliyyatı olduqdan bir müddət sonra onu evə buraxmışlar, lakin həyat yoldaşı həmin xəstəlikdən 3-4 ay sonra vəfat etmişdir. Hesab edir ki, həyat yoldaşının ölümü cavabdehlərin təqsiri üzündən olmuşdur. Belə ki, ona əməliyyatın fəsadları barədə məlumat versələr belə xəstə icazə vərəqəsini savadsız olduğundan oxuyub anlaya bilməzdi. Həmçinin iddia edir ki, ondan müalicələr üçün 30.000 manat pul tələb olunduğu və maddi imkanı çatmadığına görə həmin vəsaiti ödəmək üçün borca girmək məcburiyyətində qalmışdır və hazırda da həmin borcları ödəməyə davam edir. Həmçinin həyat yoldaşının ölümü onu və 4 övladını dərindən sarsıtmış və onlarda ağır mənəvi izdirab keçirmişlər. Qeyd olunanlara əsasən hesab edir ki, ona cavabdehlərin təqsirli əməllərinə görə maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik Hüquqi şəxsinin 493/KEŞ saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyini təqdim etmişdir. Həmin rəyin nəticə hissəsindən görünür ki, X3 adına təqdim edilmiş tibbi sənədlərə əsasən, o, sağlığında xroniki böyrək xəstəliyindən əziyyət çəkmiş və 2011-ci ildə “Canlı donorlu Böyrək Transplantasiyası” cərrahiyyə əməliyyatı keçirmişdir. X6 xx.xx.2023-cü il tarixdə X9 daxil olmuş, aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “Xroniki böyrək xəstəliyi V mərhələ. Tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək” diaqnozu düzgün təyin edilmişdir. X4 təyin edilmiş diaqnoza əsasən, ona canlı donordan re-transplantasiya cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Bunun üçün laborator tədqiqatlar aparılmış və əməliyyat uyğunluğu yoxlanılmışdır. X3 üzərində “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” cərrahiyyə əməliyyatının aparılması taktikası düzgün seçilmişdir. X3 üzərində xx.xx.2023-cü il tarixdə “Greft Nefrektomiya + Canlı donoru retransplantasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetrilmişdir. Əməliyyatdan sonrakı dövrdə adekvat müalicələr təyinat üzrə aparılmış və xəstə xx.xx.2023-cü il tarixdə nefroloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılmışdır. Qərardaddan görünür ki, X3 ölümü xx.xx.2023-cü il tarixdə qeyd edilmişdir. Lakin meyitin məhkəmətibbi ekspertizası aparılmadığı üçün onun ölümün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Göründüyü kimi, məhkəmənin təyin etdiyi ekspertiza xəstəxanada aparılan müayinələrin, dərman müalicəsinin və böyrək transplantasiyası əməliyyatının düzgün həyata keçirildiyini təsdiqləmişdir. İddiaçı aparılmış müalicələrlə həyat yoldaşının ölməsinə səbəb olması faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, xəstə əməliyyatdan öncə ölüm riski və digər fəsadlar barədə məlumatlandırılmış, vəziyyəti barədə müvafiq əməliyyat üçün icazə vərəqəsini də imzalamışdır. Bu hal xx.xx.2023-cü il tarixdə X6 tərəfindən imzalanmış Böyrək köçürülməsi əməliyyatı-resipientin (alıcı, xəstənin) məlumatlandırma və əməliyyata razılıq vərəqəsində öz əksini tapmışdır. Məhkəmə baxışından tədqiq olunan sübutlardan və ekspert rəyindən də müəyyən edilmişdir ki, xəxstəyə cərrahiyyə əməliyyatının aparılması taktikası düzgün seçilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetrilmişdir. Beləliklə, iddiaçı cavabdehlər tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu, bu zərərin cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...” Məhkəmə qeyd edir ki, mənəvi ziyanın ödənilməsi üçün ziyanın dəyməsində təqsirin olması vacibdir. İddiaçının həyat yoldaşının vəfatı səbəbindən çəkdiyi mənəvi sarsıntılar, götürdüyü borclar və digər maddi çətinliklər, xəstəxananın günahı üzündən baş verməmişdir. Həmçinin keçirilmiş ekspertizanın rəyi və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla da xəstəxananın təqsiri sübut olunmadığından, məhkəmə hesab edir ki, iddiaçının mənəvi ziyan tələbi də əsassız hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar