Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-146/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdeh və Cavabdeh2 MMC-nin direktoru X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və X6 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb olunmaqla “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və X6 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və X4 müştərək qaydada mənzilin dəyəri olaraq 310000 manat, məhkəmədə xərclərinin əvəzi olan 2000 manat maddi zərər, mənəvi zərərin əvəzi olaraq 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh2 MMC və X4 müştərək qaydada 50000 manat maddi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahat verərək bildirir ki, iddiaçı ilə birlikdə Cavabdeh2 MMC və X1 bankla kredit müqaviləsi imzalamışdır. 2008-ci ildə 1 il müddətinə 200 000 manat əldə etmişlər, bundan əlavə girov olaraq Kapital banka İddiaçı məxsus evə ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra Hafiz müəllim pulu ödəyə bilməmişdir. Bu barədə məhkəmənin qətnaməsinə əsasən İddiaçı mənzildən çıxarılmışdır. İpoteka qoyan İlahə xanım idi, pulu götürən Hafiz müəllim olmuşdur. Cavabdehin dediyinə görə pulu İlqara təqdim etmişdir. İddiaçı isə bildirmişdir ki, İlqarın iştirakı olmayıb. Hafiz müəllim vədlər vermişdir ki, müəyyən qazanc olacaq, ipoteka borcu bağlanacaq və özü də gəlir əldə edəcək. Bugün vəziyyət məlumdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh2 MMC-nin direktoru X9 izahat verərək bildirir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və X6 qarşı 50000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulmasına dair iddia tələbini qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2927/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 136000 manat əsas, 159810,77 manat faiz borcu, cəmi 295810,77 manat pulun Cavabdeh2 MMC-dən Bankın xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, mənzilin ilkin satış qiymətinin 310000 manat müəyyən olunması qət edilmiş, məhkəmə xərcləri tələbin təmin olunmuş hissəsinə münasib olaraq tərəflərə aid edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2927/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-234/2015 №-li mülki iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilmişdir. Beləliklə, işin halları odur ki, İddiaçı Cavabdeh2-nin kredit müqaviləsi üzrə borcunun qaytarılmasının təminatı kimi öz mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Nəticədə bankın Cavabdeh2 MMC-yə qarşı borc tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəlmişdir. İddiaçı ona dəymiş 50000 manat məbləğində zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul edir və 50000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun ondan və direktoru olduğu Cavabdeh2 MMC-dən müştərək qaydada tutulmasına razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC və X4 müştərək qaydada 50000 (əlli min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və X4 müştərək qaydada 50000 (əlli min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-146/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-146/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver