Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1461/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X5 cəlb edilməklə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X5 cəlb edilməklə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin fevral ayında 10 nəfər aylıq 400 manat olmaqla, lotereya oynamağa başlamışdır. İddiaçının yaşadığı ünvanın məhəlləsində xırda ticarətlə məşğul olan Cavabdeh da onlarla 2 yerə aylıq 400 manat olmaqla, lotereya oynamağı xahiş etmişdir. İddiaçı cavabdehi tanıdığı üçün buna etiraz etməmişdir. Onlar öz aralarında yerləri müəyyən etmək üçün püşk atmışdır. Atılmış püşkə əsasən, cavabdehin yeri 2-ci və 8-ci yer olmuşdur. O iki yer üçün oynadığından aylıq 800 manat məbləğində pul ödəməli olmuşdur. Cavabdeh 9 ay müddətində aylıq 800 manat olmaqla öz yerini çıxmaq şərti ilə ümumilikdə 5600 manat lotereya üçün pul vermişdir. Cavabdeh sonuncu dəfə özünə çatacaq olan 4000 manat pulu götürüb yerdə qalan yəni 2400 manat pulu verməkdən imtina etmişdir. İddiaçı 2400 manat pulu tələb etdikdə isə maddi vəziyyəti ilə bağlı güzəşt etməsini, borcu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Lakin sonradan maddi vəziyyətindəki problem davam etdiyindən ödəyə bilmədiyini bildirmişdir. Üç ay üçün hər ay 800 manat hesablanılmaqlı onun lotereya oyunu ilə bağlı 2400 manat məbləğində borcu yaranmışdır. Cavabdein lotoreya oyununun digər tərəflərinə olan borcu iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də ümumilikdə 2400 manat məbləğində borcu tələb etməkdə haqlıdır. İddiaçı mübahisə ilə bağlı Yasamal RPİnin İstintaq Şöbəsinə müraciət etmişdir. Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 xx.xx.2022-c il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "İddiaçı ilə Cavabdeh arasında mülki münasibətlərdən əmələ gələn öhdəlik yaranmışdır. Belə olan halda tərəflər arasında sonradan yaranmış mübahisələr yalnız mülki qaydada məhkəmə yolu ilə həll olunmalıdır. Buna görə də, yuxarıda qeyd olunanlara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmalıdır. Həmçinin, qərarda da öz əksini tapdığı kimi, cavabdeh polisə verdiyi izahatında İddiaçı 2400 manat məbləğində borcu olmasını etiraf etmişdir. Qeyd olunanlara baxmayaq, Cavabdeh borcunu bugünədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı ərizəsini məhkəməyə təqdim edərək iddia tələbini qəbul etdiyini və 2400 manat borcun ondan tutulmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun növbəsində lotoreya pulunu vermədiyindən İddiaçı şəxsi vəsaiti hesabına ona 800 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun növbəsində lotoreya pulunu vermədiyindən İddiaçı şəxsi vəsaiti hesabına ona 800 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun növbəsində lotoreya pulunu vermədiyindən İddiaçı şəxsi vəsaiti hesabına ona 800 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərarın təsviri hissəsində izahatı alınmış X3 ifadəsində bildirmişdir ki, Elvini qonşuluqda yaşayan şəxs kimi tanımışdır. 2021-ci ildə Elvinin təklifi ilə aylıq 400 manat olmaqla lotoreya oynamış, 7-ci ayın ödənişini ödəyib toplanmış pulları götürdükdən sonra maddi vəziyyətində problemlər yarandığından sonrakı aylıq ödənişləri ödəyə bilməmişdir. Daha doğrusu üç ay üçün hər ay 800 manat hesablanılmaqla ona lotoreya oyunu ilə bağlı 2400 manat məbləğində borc yaranmışdır. Gücü çatdıqca həmin pulu hissə-hissə qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər öz aralarında şifahi razılığa gələrək lotoreya oyunu onamışlar. Cavabdeh özünə aid yer üzrə toplanmış lotoreya məbləğinin götürdükdən sonra yerdə qalan 3 nəfərə hər birinə 800 manat olmaqla ödəməli olduğu 2400 manatın ödənilməsindən boyun qaçırmışdır. İddiaçı isə onun yerinə X7, X8 və X4 öz hesabına hər birinə 800 manat olmaqla ödəməli olduğu 2400 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2400 manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və ödənilmiş rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1461/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1461/2023
15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver