Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1465/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş olan maddi və mənəvi zərərin hesablanaraq 15000 manat zərəri Cavabdeh bir dəfəyə və ya pensiya fondundan ona ayılan müavinətdən tutularaq aylıq ən azı 300 manat olmaqla ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 14.000 manat maddi, 1000 manat mənəvi zərərin Cavabdeh tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində Cavabdeh Bakı şəhəri Sabunçu qəsəbəsi Əsədullayev küçəsində yerləşən 45 kv m olan bir otaqlı çıxarışı olan yaşayış sahəsini 12000 manata ona satmışdır və bunu yazdığı iltizamdada göstərmişdir. Buna baxmayaraq, Cavabdeh daşınmaz əmlakın sənədlərini ona təqdim etməmiş və o, bununla bağlı 2022-ci ildə Yasamal rayon məhkəməsinə şikayət etmişdir. Yasamal rayon məhkəməsi dediklərini nəzərə alaraq ödənmiş olan 12000 manatın bir dəfəyə alınıb ona təqdim olunmasıyla bağlı qərar qəbul etmişdir. Bu qərara baxmayaraq, Cavabdeh 12000 manatı hissə-hissə ödəyərək xx.xx.2023-cü ildə bitirmişdir. 2018-2022-ci ildən bu günə qədər o, aldığı daşınmaz əmlakda məskunlaşa bilmədiyi üçün ailəsi ilə birgə aylıq 280 manata kirayə qalmaq məcbutiyyətində qalmışdır. Bununla yanaşı 2018-ci illə 2023-cü ili qarşılaşdırdıqda daşınmaz əmlakların qiymətlərində yüksəlmə baş vermişdir və o, artıq 12000 manata daşınmaz əmlak ala bilmir. 2022-ci ildən bu günə maddi zərərlə birgə şəxsin ona vurmuş olduğu mənəvi zərərlərdə vardır. Cavabdeh dəfələrlə etik qaydaları pozaraq (cinayət məcələsini 147.1 və 148-ci maddələri) ona təhqir edici sözlər demiş, hətta, yalandan şər-böhtan ataraq polisə şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin ondan aldığı pulu qanunsuz olaraq saxlaması nəticəsində ona ziyan dəymişdir. Həmçinin cavabdeh tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilməsi ilə bağlı Yasamal RPİ-nin 28-ci polis bölməsinə şikayət etmiş. Cavabdehin də ondan şikayət etməsi ilə əlaqədar barəsində cərimə tətbiq olunmuşdur. Cavabdehin ona qarşı qeyri-etik hərəkətlərini və cərimə olunmasını mənəvi zərər kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5995/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh 12000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, borclu Cavabdeh mülkiyyətində olan “Nissan Sentra” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı, “M 21 VOLQA” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilllərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin 07 may 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh və X1 qarşılıqlı ərizələri əsasında Yasamal RPİ-nin 28-ci PŞ-də araşdırma aparılmış və nəticədə xx.xx.2023-cü il tarixdə material Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 04 iyun 2024-cü il tarixli məktubu ilə Cavabdeh müraciəti əsasında toplanmış materialdan götürülmüş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Məhkuba əlavə olunmuş: Cavabdeh xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayon Məhkəməsində Adilə və Əfsanə adlı qadınlarla məhkəmə prosesindən sonra məhkəmə zalından çıxdıqdan sonra, məhkəmənin giriş qapısında qadınlar onu cəmiyyətin gözü qarşısında təhqir ediblər və ona bədən xəsarəti yetiriblər. Onunla yaşadığı ünvana getmək istəyiblər, o etiraz etdikdə qadınlar onu cəmiyyətin gözü qarşısında söyərək, bədən xəsarəti yetiriblər. Qadınlar onu əl ilə vuraraq, qoluna xəsarət yetiriblər. Aralarındakı münaqişə təxminən 1 saat davam etmişdir. X1 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cavabdehlə məhkəmə işləri vardır. Həmin şəxs 4 ildir ki, onları və dövlət orqanlarını aldadaraq məhkəmə işinin uzanmasına səbəb olmuş və həmin gün məhkəmə iclasından sonra ona və qızına qarşı söyüşlər və əxlaqsız fikirlər bildirmiş, əxlaqsız təkliflər etmişdir. Bildirmək istəyir ki, o və qızı Əfsanə ona vurmamış, fiziki təsir göstərməmiş, əksinə həmin şəxs onlara qarşı etik qaydaları pozmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh barəsində yazdığı şikayətlə tanış olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində X2 ona və valideyninə qarşı etik qaydalarından kənar sözlər sərf etmiş, onu maşın yolunda və məhkəmə girişində itələmişdir. Daha sonra yaxşı etdiyini və heç bir dövlət orqanına və məmuruna ona heç bir şey bildirməyəcəyini demişdir. O, tərzdə də onlardan şikayət edib, yalançı şahidlərini gətirəcəyini demişdir. my.gov.az saytından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli MN ******* saylı protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5995/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra işindən sənədlərin surətlərindən görünür ki: xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərara əsasən Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)-5995/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdeh 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2021-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu Cavabdeh icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu Cavabdeh bildirişi və “icraata başlamaq haqqında” qərarı xx.xx.2022-ci il tarixdə imza etməklə almışdır. Qəbzlərin surətinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə 500 manat, 27 aprel 2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində pul vəsaiti tələbkar İddiaçı hesabına köçürülmüşdür. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş aktların surətlərindən görünür ki, borclu Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində ödənilmiş pul vəsaiti tələbkar İddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, idddiaçı 12.000 manat məbləğində pulu vəsaitini xx.xx.2018-ci il tarixdə cavabdehə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5995/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 12000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Borclu Cavabdeh tərəfindən icra sənədinin icrası hissə-hissə icra olunmuş, tələbkara olan borc xx.xx.2023-cü il tarixdə tam olaraq ödənilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi ziyan ödənilməsini tələb edir. İddiaçı vurulmuş maddi ziyanı cavabdehdan aldığı daşınmaz əmlakda məskunlaşa bilməməsi nəticəsində kirayə haqqı ödəməsini ilə, həmçinin cavabdehin pul vəsaitini qanunsuz olaraq özündə saxlaması ilə əsaslandırmışdır. Aylıq 280 manat kirayə haqqı ödəməsi barədə məhkəməyə qəbzlər təqdim etmişdir. Məhkəmə iddia tələbini maddi ziyan hissəsində qismən əsaslı hesab edir. İdddiaçının pul vəsaitini cavabdehə vediyi xx.xx.2018-ci il tarixdən qətnamə qəbul olunan tarixədək, həmçinin qətnamə qəbul olunduğu tarixdən icra olunanadək olan müddət ərzində borclu Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Həmin məbləğ cavabdehə pul vəsaiti verildiyi tarixdən (xx.xx.2018-ci il) qətnamə qəbul olunan tarixədək (xx.xx.2021-ci il) 1700 manat, qətnamə qəbul olunduğu tarixdən icra olunan tarixədək isə 912,5 manat təşkil edir. Odur ki, Cavabdeh 2612,5 (iki min altı yüz on iki manat beş qəpik) manat məbləğində maddi ziyanın əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanının ödənilməsi bağlı hissəsində isə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərlə bağlı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı, yəni cavabdehin dəfələrlə onu təhqir etməsi, etik qaydaları pozması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdehin şikayəti əsasında iddiaçının inzibati məsuliyyətə cəlb olunması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumunun 46,12 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2612,5 (iki min altı yüz on iki manat beş qəpik) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 46,12 (qırx altı manat on iki qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1465/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1465/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver